Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-10/2025 15.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda cavabdeh şəxsin mülkiyyətində olan Şərur rayonu, Ələkli kəndində yerləşən evə çəkilmiş xərc olaraq 10000 (on min) manat pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, cavabdehin qardaşı X16 ilə xx.xx.1996cı il tarixdə el adətinə uyğun olaraq rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından iki övladları doğulmuşdur ki, onlar da artıq yetkinlik yaşına çatmışlar. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən isə aralarındakı nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-76/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqdan sonra 5 il ərzində (2001-ci ilədək) Cavabdeh mərhum atası-qayınatası Əli Abbasova məxsus Şərur rayonu, Ələkli kəndində yerləşən evdə ərinin valideynləri ilə birgə yaşadıqları müddətdə həmin kənddə torpaq sahəsi alaraq fərdi yaşayış evi tikmiş və 2003-cü ilədək həmin fərdi yaşayış evində yaşamışlar. 2003-cü ilin payızında isə həmin torpaq sahəsini üzərindəki fərdi yaşayış evi ilə birlikdə 5500 (beş min beş yüz) manata satıb, qayınatası X9 adına Şərur rayon, Ələkli kəndində qeydiyyata alınmış 2107.60 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evini onların adına qeydiyyata aldıracağı barədə razılaşaraq əldə etdikləri pulu Bakı şəhərində özünə ev alması üçün cavabdeh- qaynı Cavabdeh vermişlər. Onlar isə həmin, yəni 2003-cü ilin sentyabr ayından yenidən ailəliklə cavabdehin ata evinə köçərək evdə təmirbərpa işləri aparmaqla 02 iyul 2021-ci il tarixədək mübahisəsiz olaraq həmin evdə birlikdə yaşamışlar. Birgə yaşadıqları müddətdə o, keçmiş əri Şahinlə birgə həmin evin təmir-bərpa edilməsi ilə əlaqədar 20.000 (iyirmi min) manatdan artıq xərc çəkməli olmuşlar. Belə ki, evin dam örtüyünün, tavan və döşəmənin yenilənməsi, açıq eyvanın hörülərək yenidən qurulması eyni zamanda mətbəx, hamam və tualetin bərpası ilə əlaqədar qeyd etdiyi xərclərin çəkilməsi zəruri idi. Göstərdiyi xüsusatları isə məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz izahatları ilə təsdiq edə bilərlər. Lakin aralarındakı nikaha xitam verilməsi ilə əlaqədar digər tərəflə münasibətləri pozulmuş, ona məxsus qızıl və cehiz əşyalarının qaytarılması, həmçinin həmin evdən yaşayış və istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ilə əlaqədar məhkəmə qərarları qəbul edilmiş, yaşadıqları evin əvvəlki sahibinin vəfatı ilə əlaqədar evin təmiri ilə bağlı çəkdikləri xərclərin ödənilməsi mümkün olmamış, ona vurulmuş ziyan ödənilməmişdir. Hazırki vəziyyətdə isə vaxtı ilə yaşadıqları mərhum qayınatasına məxsus ev Cavabdeh adına qeydiyyata alındığından müvafiq tələblə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmədən keçmiş əri Şahinlə birgə yaşadıqları, hazırda cavabdehə məxsus olan Şərur rayonu, Ələkli kəndində yerləşən evə çəkilmiş xərcin yarısı olan 10.000 manat pulun alınaraq ona ödənilməsini istəyir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 20 fevral 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı təmsil etdiyi Cavabdeh qarşı «çəkilmiş xərclərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, el adətinə uyğun olaraq xx.xx.1996-cı ildə cavabdehin qardaşı X16 ilə rəsmi nikaha daxil olmuş və 5 il ərzində, yəni 2001-ci ilədək həyat yoldaşı Şahinlə birlikdə qayınatası mərhum X18 rayon Ələkli kəndində yerləşən evində yaşamışlar. Bu müddətdə həmin kənddə torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmişlər və 2003-cü ilədək həmin evdə yaşamışlar. 2003-cü ilin payızında isə həmin evi torpaq sahəsi ilə birlikdə 5500 (beş min beş yüz) manata satıb, qayınatası X9 adına Şərur rayonunun Ələkli kəndində qeydiyyata alınmış 2107.60 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evini onların adına qeydiyyata aldıracağı barədə razılaşaraq əldə etdikləri pulu Bakı şəhərində özünə ev alması üçün qaynı Cavabdeh vermişlər. Özləri isə 2003-cü ilin sentyabr ayından yenidən cavabdehin ata evinə köçərək, evdə təmir-bərpa işləri aparmaqla 02 iyul 2021-ci il tarixədək mübahisəsiz olaraq həmin evdə birlikdə yaşamışlar. Birgə yaşadıqları müddətdə keçmiş əri Şahinlə birgə evin təmir-bərpa edilməsi ilə əlaqədar 20.000 (iyirmi min) manatdan artıq xərc çəkməli olmuşlar. Belə ki, evin dam örtüyünü, tavan və döşəməsi yeniləmiş, açıq eyvan hördürmüş, eyni zamanda mətbəx, hamam və tualetin bərpasına xərc çəkmişlər. Göstərdiyi xüsusatları isə məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz izahatları ilə təsdiq edə bilərlər. Bunlardan əlavə iddiaçı ərizəsində onu da qeyd etmişdir ki, aralarındakı nikahın pozulması, qızıl-zinət əşyalarının qaytarılması və kompensasiya ödənilməklə, evdən yaşayış və istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarları qəbul edilmişdir. Evin əvvəlki sahibinin vəfatı ilə əlaqədar evin təmirinə çəkdikləri xərclərin ödənilməsi mümkün olmamış, ona vurulmuş ziyan ödənilməmişdir. Hazırki vəziyyətdə isə vaxtı ilə yaşadıqları qayınatasına məxsus ev Cavabdeh adına qeydiyyata alındığından müvafiq tələblə məhkəmədə iddia qaldırmağa məcburdur. Hesab edir ki, məhkəmə keçmiş əri Şahinlə birgə yaşadığı hazırda cavabdehə məxsus olan Şərur rayon Ələkli kəndində yerləşən evə çəkilmiş xərcin yarısı olan 10000 manat pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edəcəkdir. Daha sonra iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.2, 1096.1, 1096.2. 1097.1, 1097.3 və 1115-ci maddələrinə istinad edərək ki, məhkəmədən cavabdehin şəxsi mülkiyyətində olan, Şərur rayon Ələkli kəndində yerləşən evə çəkilmiş xərc olaraq 10000 (on min) manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü pul tələbi əsassız olduğundan təmin edilə bilməz. Əvvəla qeyd edilməlidir ki, iddiaçı Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-578/2023 saylı qətnaməsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi müqabilində cavabdehdən 6000 (altı min) manat məbləğində kompensasiya almışdır. Digər tərəfdən, iddiaçı cavabdehə məxsus fərdi yaşayış evində hansı əsasla (müqavilə, tapşırıq və s), nə zaman və nə kimi təmir-tikinti və bərpa işlərini aparması, nə qədər xərc çəkməsi, çəkdiyi xərclərə görə ödəmənin hansı mənbədən aparması, təmir-tikinti və bərpa işlərinə nə kimi mal-material sərf edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 14.2-ci maddəsində isə göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərin prosesdə çəkişməsini təmin etməli, onlara sübutlarını təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bunlarla yanaşı, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)- 578/2023 nömrəli qətnaməsinin 2-ci səhifəsinin sonuncu abzasında göstərilir ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(110)-116/2023 nömrəli qətnaməsindən görünür ki, X5 qayınatası X6 fərdi yaşayış evinin təmir-bərpa olunmasına çəkilmiş 5795 manat pulun yarısını tələb etmiş, iş məhkəmənin icraatında olduğu vaxt cavabdeh öldüyündən iddiaçının müraciəti əsasında iş həmin hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının eyni əsas üzrə cavabdehdən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsinin qanuni əsası mövcud olmamaqla, hər hansı sübutla təsdiq edilməmişdir. Ümumiyyətlə iddiaçı və onun keçmiş əri X16 tərəfindən öz hesablarına cavabdehə məxsus fərdi yaşayış evində hər hansı təmir-bərpa işləri aparılmamış və aparıla da bilməzdi. Çünki cavabdeh onlara ona bu barədə hər hansı tapşırıq verməmiş, onlar arasında bununla bağlı müqavilə və ya hər hansı digər əqd bağlanmamışdır. Odur ki, iddia tələbi əsaslı hesab sayıla və təmin oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iş üzrə İddiaçı izahatında 2007-ci ildə o evə köçən zaman evi onların adına keçirəcəklərini dediklərini, 1996-cı ildə ailə həyatı qurduqlarını, 1999-cu ildə yeni evə köçdüklərini, 2003-cü ilə qədər həmin evdə qaldıqlarını, 2007-ci ildə o evə köçən zaman evi onların adına keçirəcəklərini dediklərini, evi satmaq istəyəndə Arazın “evi satmayın, o ata evidir” dediyini, 2021-ci ilə kimi həmin evdə qaldıqlarını, qayınanasının və qayınatasının onlarla yaşamadığını, ancaq onlara özlərinin baxdıqları, onlar o evə köçəndə 2 otaq olduğunu, başqa heç nə olmadığını, salon, açıq balkon düzəltdiklərini, hamam və mətbəxi özlərinin tikdiklərini, başqa da nə təmir işi gedibsə, hamısını özlərinin etdiklərini, döşəmələri özlərinin düzəltdiklərini, tövlə və toyuq damı düzəltdiklərini, yoldaşının vəsaiti olduğunu, yoldaşının Türkiyədə işlədiyini, oğlunun əmisinin onu məcbur edərək “sən belə ərizə yaz evi sənin adına keçirəcəklər” dediyini, “ev onun adına keçəcək” deyə elə bir ərizə yazdığını, cavabdeh tərəfindən 20000 manat pul məbləği qarşılığında evin onun adına keçməsinin təklif olunduğunu, ekspert rəyində göstərilən 3602 manatın az olduğunu, onu qane etmədiyini, sadəcə 2007-ci ildə 3000 manat həmin evə xərc çəkdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 izahatında iddianı müdafiə etdiklərini, cavabdehin pul məbləği qarşılığında evin iddiaçıya verilməsini təklif etdiyini, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan Şərur rayonu, Ələkli kəndində yerləşən evə çəkilmiş xərc olaraq 10000 (on min) manat pulun iddiaçıya verilməsini istədiyini, ekspert rəyi ilə razı olmadıqlarını, iddiaçının hal-hazırda qardaşının evində yaşadığını, iddiaçının iddianı qaldırmaqda məqsədinin də elə özünə şərait qurmaq, ev almaq olduğunu, ekspert rəyində göstərilən 3602 manatla bunun mümkün olmadığını, həmin məbləğlə ev qurmağın mümkün olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 izahatında etiraz ərizəsində də hər şeyin göstərildiyini, iddiaçının dediklərindən evin indiki halına gəlməsində bütün əziyyəti onların çəkməsinin göründüyünü, Şərur Rayon Məhkəməsinin qətnaməsi olduğunu, iddiaçı tərəfə 6000 manat kompensasiya ödənildiyini, evin qiymətləndirilməsi aparılaraq dəyərinin 20000 manat müəyyən edildiyini, cavabdehin elə bir təklifi olmadığını, evin ümumi dəyərinin qiymətləndirildiyini, 02 iyul 2021-ci il tarixdə iddiaçının evdən çıxdığını və bir daha qayıtmadığını, Şahin Abbasovun 3000 manat olmaqla 2021-ci ilin may ayında kredit götürdüyünü, kreditin 1750 manatına Arazın kömək edib ödədiyini, 1 ildən sonra iddiaçı ilə Şahin Abbasovun arasında olan nikahın pozulduğunu, 1 otağın tavanına alçıpan vurulduğunu, koridor və 1 otağın döşəməsinə laminat vurulduğunu, 3 plastik pəncərə qoyulduğunu, Arazın özünün işlənmiş pəncərə alıb göndərdiyini, 1 dənə də dəmir qapı göndərdiyini, ekspert rəyində hətta daha artıq məbləğ müəyyən edildiyini, iddiaçıya 6000 manat kompensasiya ödənildiyini, əmlak bölgüsü olduğunu, iddiaçının keçmiş ərinin qızıl-zinət əşyalarını iddiaçıya qaytardığını, üstəlik həmin qızıl-zinət əşyalarının dəyərini də iddiaçıya ödədiyini bildirdiyini, cavabdehin hazırda kredit ödədiyini, 3000 manat krediti ödədiyini, ekspert rəyində xərclərin artıq göstərildiyini, lakin ekspert rəyində göstərilən məbləğin yarısını iddiaçıya ödəməyə razı olduqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 14 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında o evin onların adına olmadığını, bununla bağlı arayışları olduğunu, məbləğlərlə qətiyyən razı olmadığını, atası ilə anasının təqaüdləri ilə dolandıqlarını, qardaşının kredit götürdüyünü, həmin kreditin 1750 manatını özünün ödədiyini, qardaşının 15 il işsiz qaldığını, evi təmir etdirmək üçün pulları olmadığını, çəkilən xərcin bir qismini qardaşının oğlunun ödədiyini, qalan bütün xərci özünün çəkdiyini, həyətdə ağac əkdiklərini, 4 dənə plastik pəncərə qoyduqlarını, salon və koridorun döşəməsini laminat vurduqlarını, qalan apardıqları təmir işlərinin pulunu özünün ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində 2017 ya da 2018-ci il olduğunu, Şahinin zəng edərək onu işləmək üçün çağırdığını, həyətlərində 4 m çuxur qazdığını, damlarını düzəltdiyini, evdə iddiaçının qayınatası, qayınanası, Şahin və uşaqlarının yaşadıqlarını, qonşu olduqları üçün zəhmət haqqı almadığını, maşının haqqını verdiklərini, ancaq nə qədər verildiyini bilmədiyini, evin köhnə və uçuq olduğunu, başqa təmir işi getmədiyini, Yol İdarəsinin hasarı təmir etdiyini, sökük dam olduğunu, nə isə tikilsin deyə söküldüyünü, evdə olduğunu, yemək də yediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində həmin evdə 8-10 il olar ki, işlədiyini, balkonda suvama işi gördüyünü, evin içinə keçmədiyini, təxminən 50 m2 olduğunu, xidmət haqqı nə qədər aldığını xatırlamadığını, xidmət haqqını Şahinin ödədiyini, həyətdə Şahinin də işlədiyini, yerə beton verildiyini, ancaq evin içini bilmədiyini, ondan sonra da evdə təmir aparıldığını, tam olaraq hansı təmir işlərinin aparıldığını bilmədiyini, çünki o evə getmədiyini, Təbrizin hansı təmir işlərini etdiyini bilmədiyini, Arazı həmin vaxt evdə görmədiyini, beton verdiyini, başqa nə təmir işi olduğunu bilmədiyini, tikilişdə iştirak etmədiyini, həmin evdə 7-10 gün işlədiklərini, yeməyi ev sahibinin verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində 2021-ci ildə həmin evdə işlədiyini, alçı çəkdiyini, kafel və laminat döşədiyini, dəqiq evin ölçülərini xatırlamadığını, 3x3 ölçüdə olan mətbəxə kafel vurduqlarını, 4x5 ya da 4x4 ölçüdə olan otağa alçıpan vurub və üstünə alçı çəkdiklərini, salonu ağartdığını, salona karopka yığıldığını, döşəməsinə laminat vurduqlarını, rəngləmə olmadığını, tavana da boya vurduqlarını, iki qapı açdığını, böyük otaqda heç nə etmədiklərini, seyf qapı da vurduqlarını, koridorun tavanın düzəldib, yerə laminat döşədiklərini, özünün, Bəhruzun və bir də fəhlənin işlədiyini, pulu Arazın göndərdiyini, qapıların da ölçüsünü Araza özünün dediyini, onun da Bakıdan qapıları göndərdiyini, pulu kartına Arazın vurduğunu, 3 nəfərə 600 manat pul verildiyini, laminatın baha olduğunu, 13-14 manat qiyməti olduğunu, başqa elə çox pul tutan material olmadığını, başqa işlər barədə bilmədiyini, özü işləyəndə başqa iş getmədiyini, 10-12 gün işlədiklərini, yeməyi evdən verdiklərini, böyük otaqda təmir işi aparmadıqlarını, kreditlə edəcəklərini dediklərini, beton işini özlərinin apardıqlarını, salonun yerinə beton verildiyini, Cavidlə bir işləmədiklərini, onu görmədiyini, 3 dənə boyaya təxminən 90 manat pul verildiyini bildirdi. İddia ərizəsinə əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 2(110)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X16 arasında Şərur rayon Xanlıqlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bağlanmış xx.xx.1996-cı il tarixdə 09 saylı akt qeydi ilə bağlanmış nikah Şərur Rayon Məhkəməsinin 2(110)-76/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 2(110)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsində qeyd olunan və naturada olması müəyyən edilən 2 ədəd yorğan, 2 ədəd döşək, 1 ədəd sandıq, 2 ədəd yastıq 2 ədəd yun döşəkçə, 2 ədəd tük balınc, 1 ədəd böyük qazan, 2 ədəd padnos, 1 ədəd çömçə, 2 ədəd xalça, 1 ədəd yun yataq örtüyü və 1 ədəd çamadandan ibarət cehiz əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 550 manat məbləğində pulun cavabdeh X7 alınaraq İddiaçı qaytarılması, iddia ərizəsində qızıl-zinət əşyalarının siyahısının 1-ci bəndində qeyd olunan və təqribi çəkisi 5 qram olan kalso üzük, 3-cü bəndində qeyd olunan və təqribi çəkisi 9 qram olan sırğa - üzük dəstindən ibarət qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 840 (səkkiz yüz qırx) manat məbləğində pulun cavabdeh X7 alınaraq İddiaçı ödənilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaklardan 55 ekran televizor, video maqnitafon, 1 ədəd televizor altı, 2 ədəd 5x4 ölçüdə İran istehsalı xalça, "Oka” markalı Rusiya istehsalı paltaryuyan maşın, “Monexe” markalı tozsoran, 1 ədəd Rusiya istehsalı dolab, 1 ədəd “Arçelik” markalı soyuducu, 1 ədəd taxt yorğanı, 1 ədəd “Ari” markalı çörək bişirən soba, 1 ədəd taxt üçün yorğan döşək dəsti, 1 ədəd taxt örtüyü, 1 ədəd kompüter, 1 ədəd İran istehsalı çamadan, 1 ədəd İran istehsalı qaz sobası, 1 ədəd ütü, qırx ədəd boş qab, yüz ədəd qarışıq şüşə balon, beş ədəd toyuq, bir baş inək, bir baş balası, həmçinin bir baş danaya görə dörd yüz əlli manat məbləğində pulun cavabdeh X7 alınaraq İddiaçı verilməsi, Şərur rayon Aqrar islahat Komissiyasının xx.xx.1996-cı tarixli 01 nömrəli qərarı ilə Şərur rayon Ələkli kəndi ərazisində birgə mülkiyyət hüququ üzrə - İddiaçı və X10 adlarına JN-0010A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 0.35 ha torpaq sahəsində İddiaçı 1/2 (ikidə bir) hissədə payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 2(110)-578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X3 Şərur rayonunun Ələkli kəndində 0,2108 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75,76 m2 olan **********05-10301 reyestr nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna iddiaçı Cavabdeh tərəfindən 6000 (altı min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023cü il tarixli, 04/1014 nömrəli məktubundan görünür ki, Şərur rayonu, Ələkli kəndində 2108 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,76 m2 olan fərdi yaşayış evi Şərur rayon ikinci notariat kontorunun 28 sentyabr 2007-ci il tarixli, 4Ə-80 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında 07 fevral 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2007-ci ilin avqust ayında verilmiş 1316 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Şərur rayonu, Ələkli kəndində yerləşən 2108 m2 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 75,76 m2 olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş 28 sentyabr 2007-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 MR DƏDR Xidmətinin ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən ona məxsus olan və Ələkli kəndində 2107.60 kv.m torpaq sahəsində olan, 3 otaqlı, əsas yaşayış sahəsi 61.2 kv.m olan mənzili oğlu Cavabdeh bağışlamış və Cavabdeh ona bağışlanan mənzili və torpaq sahəsini hədiyyə qismində qəbul etmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti Ələkli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonu, Ələkli kəndində qeydiyyatda olmaqla hal-hazırda Şərur rayonu, Ələkli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” rəydən görünür ki, Naxçıvan MR, Şərur rayonu, Ələkli kəndində yerləşən torpaq sahəsi 0.2108 ha, ümumi sahəsi 103.76 m2, yaşayış (əsas) sahəsi 61.2 m2, köməkçi sahəsi 42.56 m2 olan 3 otaqlı daşınmaz əmlakın xx.xx.2023-cü il tarixinə bazar dəyəri 20800 manat təşkil etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şərur Rayon Məhkəməsinin 2(110)-578/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Şərur Rayon Məhkəməsinin 2(110)-116/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şərur Rayon Məhkəməsinin 2(110)-578/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Hazırda iddiaçının Şərur rayonu, Ələkli kəndində 0,2108 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75,76 m2 olan fərdi yaşayış evinin təmirinə çəkilmiş 20000 (iyirmi min) manat xərcin yarısı olan 10000 (on min) manatın Cavabdeh alınaraq iddiaçıya verilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, cavabdeh tərəfdən məhkəməyə göndərilmiş iddiaya etiraz ərizəsini araşdırıb, həmin izahatları və iddiaya etiraz məktubunu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini iddia tələbi ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, İddiaçı hazırki vəziyyətdə çəkilən xərci tələb etmək hüququna malik olmaqla bu cür subyektiv hüququn daşıyıcısı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, iş üzrə İddiaçı ilə X16 arasında nikah pozulmuşdur. Artıq tərəflər arasında etibarlı ailə münasibətlərinə xitam verildiyindən hüquqi əsas olmadan varlanma sonradan aradan qalxmış əsasa (ailə münasibətlərinin xitam verilməsi) söykənmiş və bu halda iddiaçı nikah müddətində yaşadığı cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində birgə nikah dövründə ailənin qazancı nəticəsində aparılmış təmir xərclərini varlanmış şəxsdən-Cavabdeh (mülkiyyətçidən) tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi (mülkiyyətçi olduğundan) İddiaçı ilə X16 birgə nikahda olduqları müddətdə Şərur rayonu, Ələkli kəndində 0,2108 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75,76 m2 olan fərdi yaşayış evinin təmirinə çəkilmiş xərclərin yarısını iddiaçının tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin izahatları, həmçinin şahidlərin ifadələri əsasında müəyyən edilmişdir ki, Şərur rayonu, Ələkli kəndində 0,2108 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 75,76 m2 olan fərdi yaşayış evi 28 sentyabr 2007-ci il tarixdə yəni İddiaçı ilə X16 birgə nikahda olduqları dövrdə Cavabdeh mülkiyyətinə verilsə də, həmin evin balkonunda aparılan suvama işi və betonun tökülməsi, mətbəxin kafelinin vurulması, 4*5 ölçüdə olan otağa alçıpan vurulması, üstünə alçı çəkilməsi, həmin otağın tavanına boya vurulması, salonun ağartması, salona laminat vurulması, evə iki qapı açılması, koridorun tavanının düzəldilib, yerinə laminat vurulması, koridorun rənglənməsi, salonun yerinə beton verilməsi, evə 4 ədəd plastik pəncərənin quraşdırılması birgə nikah dövründə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə X16 arasında birgə nikah dövründə aparılan təmir işlərinə çəkilmiş xərc müəyyənləşdirilməklə, həmin ev Cavabdeh mülkiyyətində olduğundan həmin xərcin yarısı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Qeyd olunan evə çəkilmiş xərclərin müəyyən edilməsinə ehtiyac yaranmış, həmin halın müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-359/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 858 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan Şərur rayonu, Ələkli kəndində 2108 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 75.76 m2 olan fərdi yaşayış evinin təmirinə (hər bir otaq və tikili üçün ayrı-ayrılıqda təmir xərcləri olmaqla), həmçinin sözügedən fərdi yaşayış evinin balkonunda aparılan suvama işi və betonun tökülməsi, mətbəxin kafelinin vurulması, 4*5 ölçüdə olan otağa alçıpan vurulub, salona laminat vurulmasına, evə iki qapı açılmasına, koridorun tavanının düzəldilib, yerinə laminat vurulmasına, koridorun rənglənməsinə, salonun yerinə beton verilməsinə, evə 4 ədəd plastik pəncərənin quraşdırılmasına çəkilmiş ümumi xərcin dəyəri 2024-cü ilin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3602 manat məbləğində olduğu müəyyən edilir. Həmçinin iddiaçının vəkili və nümayəndəsi Vəkil2 vəsatəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(078)-359/2024 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 10/8318 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan Şərur rayonu, Ələkli kəndində 2108 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 75.76 m2 olan fərdi yaşayış evinin təmirinə (hər bir otaq və tikili üçün ayrı-ayrılıqda təmir xərcləri olmaqla), həmçinin sözügedən fərdi yaşayış evinin balkonunda aparılan suvama işi və betonun tökülməsi, mətbəxin kafelinin vurulması, 4*5 ölçüdə olan otağa alçıpan vurulub, salona laminat vurulmasına, evə iki qapı açılmasına, koridorun tavanının düzəldilib, yerinə laminat vurulmasına, koridorun rənglənməsinə, salonun yerinə beton verilməsinə, evə 4 ədəd plastik pəncərənin quraşdırılmasına çəkilmiş ümumi xərcin dəyərinin orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3602 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymətləndirərək sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı ilə X16 arasında birgə nikah dövründə aparılan tikinti işlərinə, yəni fərdi yaşayış evinin balkonunda aparılan suvama işi və betonun tökülməsi, mətbəxin kafelinin vurulması, 4*5 ölçüdə olan otağa alçıpan vurulması, salona laminat vurulması, evə iki qapı açılması, koridorun tavanının düzəldilib, yerinə laminat vurulması, koridorun rənglənməsi, salonun yerinə beton verilməsi, evə 4 ədəd plastik pəncərənin quraşdırılması xərci ekspert rəyində göstərilən məbləğlər nəzərə alınmaqla evin təmirinə çəkilmiş ümumi xərcin yəni 3602 (üç min altı yüz iki) manat məbləğin yarısı Cavabdeh alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən iddia ərizəsində evə 20000 manat xərc çəkdikləri qeyd edilsə də, evə həmin məbləğdə xərcin çəkilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmədə işin araşdırılması zamanı da həmin məbləğdə xərc çəkilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 21.61 (iyirmi bir manat altmış bir qəpik) manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manatın 16.4 (on altı manat qırx qəpik) manat hissəsi İddiaçı, 3.6 (üç manat altmış qəpik) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin iddia qismən təmin edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 82 (səksən iki) manat hissəsi İddiaçı, 18 (on səkkiz) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən təmin edilməli; -Cavabdeh mülkiyyətində olan Şərur rayonu, Ələkli kəndində 2108 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 75.76 m2 olan fərdi yaşayış evinin balkonunda aparılan suvama işi və betonun tökülməsi, mətbəxin kafelinin vurulmasına, 4x5 ölçüdə olan otağa alçıpan vurulmasına, üstünə alçı çəkilməsinə, həmin otağın tavanına boya vurulmasına, salonun ağartmasına, salona laminat vurulmasına, evə iki qapı açılmasına, koridorun tavanının düzəldilib, yerinə laminat vurulmasına, koridorun rənglənməsinə, salonun yerinə beton verilməsinə, evə 4 ədəd plastik pəncərənin quraşdırılmasına çəkilmiş ümumi xərcin, yəni 3602 (üç min altı yüz iki) manat məbləğin yarısı, yəni 1801 (bir min səkkiz yüz bir) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli; -iddia qalan hissədə əsassız olduğundan rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 21.61 (iyirmi bir manat altmış bir qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli; -iddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manatın 16.4 (on altı manat qırx qəpik) manat hissəsi İddiaçı, 3.6 (üç manat altmış qəpik) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia qismən təmin edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 82 (səksən iki) manat hissəsi İddiaçı, 18 (on səkkiz) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin Cavabdeh mülkiyyətində olan Şərur rayonu, Ələkli kəndində 2108 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 75.76 m2 olan fərdi yaşayış evinin balkonunda aparılan suvama işi və betonun tökülməsi, mətbəxin kafelinin vurulmasına, 4x5 ölçüdə olan otağa alçıpan vurulmasına, üstünə alçı çəkilməsinə, həmin otağın tavanına boya vurulmasına, salonun ağartmasına, salona laminat vurulmasına, evə iki qapı açılmasına, koridorun tavanının düzəldilib, yerinə laminat vurulmasına, koridorun rənglənməsinə, salonun yerinə beton verilməsinə, evə 4 ədəd plastik pəncərənin quraşdırılmasına çəkilmiş ümumi xərcin, yəni 3602 (üç min altı yüz iki) manat məbləğin yarısı, yəni 1801 (bir min səkkiz yüz bir) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 21.61 (iyirmi bir manat altmış bir qəpik) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manatın 16.4 (on altı manat qırx qəpik) manat hissəsi İddiaçı, 3.6 (üç manat altmış qəpik) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qismən təmin edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 82 (səksən iki) manat hissəsi İddiaçı, 18 (on səkkiz) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-10/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-10/2025
15.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver