Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1003/2021 30.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 864.01 manat əsas borc, 140.34 manat faiz borcu olmaqla, cəmi 1004.35 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, BPM**********33 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə 1100 manat məbləğində kredit verildiyini, Kredit Müqaviləsinə əsasən borcalanın bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, Cavabdeh kredit vəsaitindən tam istifadə etdiyini, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdığını, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliyini yerinə yetirmədiyini, borcun ödənilməsini təmin etmədiyini, hazırda filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh "xxxx" ASC-yə 05 avqust 2021-ci il tarixə 864.01 manat əsas borc, 140.34 manat faiz borcu olmaqla, cəmi 1004.35 manat məbləğində kredit borcunun mövcud olduğunu, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 864.01 manat əsas borc, 140.34 manat faiz borcu olmaqla, cəmi 1004.35 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Naxçıvan" filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, BPM**********33 nömrəli Kredit Müqaviləsinə əsasən, borcverən borcalana şəxsi istehlak məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə 07 oktyabr 2023-cü il tarixədək 1100 (min yüz) manat məbləğində kreditdən istifadəyə görə illik 20% ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürür. Kredit Müqaviləsinə əlavə olunmuş 1 saylı əlavəyə (ödəniş cədvəli) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə 07 noyabr 2019-07 sentyabr 2023-cü il tarixləri aralığında hər ay 33.5 manat, 07 oktyabr 2023-cü il tarixdə isə 31.57 manat olmaqla, cəmi 1606.07 manat ödəməyi öhdəsinə götürmüşdür. 05 avqust 2021-ci il tarixli, 254 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 05 avqust 2021-ci il tarixə 864.01 manat əsas borc, 140.34 manat faiz borcu olmaqla, cəmi 1004.35 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 23 avqust 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 23 avqust 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 864.01 (səkkiz yüz altmış dörd manat bir qəpik) manat əsas borc və 140.34 (yüz qırx manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1004.35 (min dörd manat otuz beş qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 05 avqust 2021-ci il tarixli, 254 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 05 avqust 2021-ci il tarixə 864.01 manat əsas borc, 140.34 manat faiz borcu olmaqla, cəmi 1004.35 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 864.01 (səkkiz yüz altmış dörd manat bir qəpik) manat əsas borc və 140.34 (yüz qırx manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1004.35 (min dörd manat otuz beş qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1003/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1003/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver