Məhkəmə qərarları › İş №2(078)-1005/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1005/2023

03.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1005/2023 03.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Dövlət Universitetinin nümayəndəsi X1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Dövlət Universitetindən 6500 (altı min beş yüz) manat pulun və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, ilkin iddia tələbində Naxçıvan Dövlət Universitetinə qarşı iddia qaldırsa da, tələbin əslində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qaldırılmalı olduğunu bildiyindən Naxçıvan Dövlət Universitetinin əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əvəz olunması, Naxçıvan Dövlət Universitetinin isə üçüncü şəxs qismində cəlb edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi əsl cavabdeh qismində və Naxçıvan Dövlət Universiteti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil 03 noyabr 2023-cü il tarixdə saat 11:00-da keçirilən hazırlıq iclası zamanı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 2278 nömrəli qəbzlə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Dövlət Universitetinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 2278 nömrəli qəbzlə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar