Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-1010/2020 17.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2nın Borclu qarşı aliment tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: X3 Zahir Adil oğluna qarşı aliment tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il tarixdə doğulmuş X6, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X7 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Borclu aliment alınıb ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X2 ərizəsində, 2009-cu ildə Borclu ilə ailə qurduqlarını, evliliklərindən xx xxxx 2009-cu il tarixdə X12, xx xxxxxx 2011-ci il tarixdə X13 və xx xxxx 2016-cı il tarixdə X9 adlı övladlarının doğulduğunu, birlikdə yaşadıqları müddətdə aralarında çoxlu söz-söhbətlər, mübahisələr olduğunu, nəticədə ayrıldıqlarını, hal-hazırda da ayrı yaşadıqlarını, 3 uşağı ilə birlikdə valideynlərinin evində yaşadığını, Zahirin nə onunla, nə də uşaqları ilə maraqlanmadığını, uşaqların saxlanması üçün heç bir maddi köməklik göstərmədiyini, uşaqları atası evində saxlamaqda əziyyət çəkdiyini, özünün heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin çox pis olduğunu, uşaqları təkbaşına saxlaya bilmədiyini, göstərilənləri nəzərə alaraq, xx xxxx 2009-cu il tarixdə doğulmuş X6, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X7 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Borclu aliment alınıb ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş: Az-İ seriyalı, 419138 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, Borclu ilə X14 arasında xx xxx 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 122 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Dilanova" soyadı verilmişdir. Az-İİ seriyalı, 334923 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Borclu ilə X5 birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Az-İİ seriyalı, 666314 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Borclu ilə X5 birgə nikahlarından xx xxxxxx 2011-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Az-İİİ seriyalı, 534475 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Borclu ilə X5 birgə nikahlarından xx xxxx 2016-cı il tarixdə X9 adlı uşaqları doğulmuşdur. Naxçıvan ŞPİ tərəfindən verilmiş AZE seriyalı, 16883237 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2432 nömrəli arayışa əsasən, X1 şəhəri, Əlincə, ev 4A, mənzil 32 ünvanında qeydiyyatdadır. Naxçıvan ŞPİ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Dilanov X16 şəhəri, Əlincə, ev 3A, mənzil 28 ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən belə hesab edirəm ki, Borclu uşaqlarının maddi cəhətdən saxlanılması üçün maddi yardım göstərmədiyindən və X11 uşaqların saxlanmasında çətinlik çəkdiyindən Borclu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay aylıq qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsi miqdarında aliment tutularaq, xx xxxx 2009-cu il tarixdə doğulmuş X6, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X7 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları X8 verilməlidir. Çünki valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.3-cü maddəsinə əsasən, üç və daha çox uşağa görə valideynin qazancının və (və ya) başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə görə, məhkəmə əmri haqqında ərizələrdən 20 (iyirmi) manat dövlət rüsumu tutulmalı olduğuna görə və həmin qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə, 20 (iyirmi) manat dövlət rüsumu iş üzrə borcludan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234, 275, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx xxx 1983-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 3 mənzil 28 ünvanında qeydiyyatda olan Borclu hər ay aylıq qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsi miqdarında aliment tutularaq, xx xxxx 2009-cu il tarixdə doğulmuş X6, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş X7 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxxxxx 1990-cı il tarixdə Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuş, haliyədə ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olan X8 verilsin. Alimentin tutulması tarixinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Məhkəmə əmri dərhal icra olunsun. Borclu 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1010/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-1010/2020
17.11.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver