Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1016/2022 18.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Naxçıvan şəhəri Çənlibel 7/18 ünvanında qeydiyyatda olan İddiaçı Cavabdeh qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 fevral 2022-ci il tarixli, 7846 nömrəli kredit müqaviləyə əsasən Cavabdeh 474 (dörd yüz yetmiş dörd) manat, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 3 ay üzrə 142 (bir yüz qırx iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 646 (altı yüz qırx altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, Naxçıvan şəhəri, “PARK AVM” adlanan ticarət mərkəzində məişət avadanlığı mağazası işlədir. ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh ilə aralarında bağlanmış 12 fevral 2022-ci il tarixli, 7846 nömrəli kredit müqaviləsi ilə Cavabdeh 790 manat dəyərində bir ədəd Samsung A32 markalı mobil telefon almış və Cavabdeh öz xətti ilə yazılaraq, öz imzası ilş imzalanaraq bağlanmış 7846 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 790 (yeddi yüz doxsan) manat, ilkin ödəniş məbləği 79 (yetmiş doqquz) manat, kreditin qalıq məbləği 711 (yeddi yüz on bir) manat olmaqla 10 (on) ay müddətində ona qaytaracağını öhdəsinə götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, Cavabdeh 7846 nömrəli kredit müqaviləsinə üzrə ilk vaxtları kredit borcunu ödəyərək ilkin ödənişlə birlikdə 316 (üç yüz on altı) manat borcunu qaytarmışdır. Lakin cavabdeh kredit borcundan qalmış 474 (dörd yüz yetmiş dörd) manat pulu 2022-ci ilin 6-cı ayından bu günədək geri qaytarmamışdır. Cavabdehə bir neçə dəfə borclu olduğu pulun qaytarması barədə deyilsə də o, hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Cavabdehlə bağlanmış 7846 nömrəli kredit müqaviləsi görə aralarındakı razılığa əsasən cavabdehin ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağı razılaşdırılmışdır. Bu səbəbdən də cavabdehin 12 fevral 2022-ci il tarixli, 7846 nömrəli kredit müqaviləsi üzrə 3 (üç) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 3 ay üzrə 142 (bir yüz qırx iki) manat cərimə borcu hesablanmışdır. İddiaçı sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli Müqavilədən aydın olur ki, İddiaçı ilə X1 arasında mağazanın icarəsi haqqında müqavilə imzalanmış və İddiaçı “PARK AVM” Ticarət Mərkəzinin 17 nömrəli mağazasını icarəyə götürmüşdür (VÖEN: **********). xx.xx.2022-ci il tarixli, 7846 saylı kredit müqaviləsindən aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən borclu kreditlə 790 manat dəyərində bir ədəd Samsung A32 markalı mobil telefon almış və 79 manat ilkin ödəniş etdikdən sonra müqaviləyə əsasən üzərinə düşən borcu 711 manat borcu 9 ay müddətinə hər ay 79 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2022-ci il tarixli, 7846 saylı kredit müqaviləsi üzrə 474 (dörd yüz yetmiş dörd) manat əsas, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 3 ay üzrə 142 (bir yüz qırx iki) manat cərimə borcu olmaqla cəmi 616 (altı yüz on altı) manat pul İddiaçı xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 1798 nömrəli qəbzlə "xxxx" ASC Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 7846 saylı kredit müqaviləsi üzrə 474 (dörd yüz yetmiş dörd) manat əsas, hər ay üçün 10 (on) faiz olmaqla ödənilməmiş 3 ay üzrə 142 (bir yüz qırx iki) manat cərimə borcu olmaqla cəmi 616 (altı yüz on altı) manat pul İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 1798 nömrəli qəbzlə "xxxx" ASC Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1016/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1016/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver