Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1018/2023 26.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın dəyərinin geri qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan cehiz əşyalarını qırıb yararsız hala salaraq vurduğu ziyana görə həmin əşyaların dəyəri olan 1450 (bir min dörd yüz əlli) manat məbləğində pulun və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(078)-1018/2023 nömrəli qərardadı ilə iş üzrə daşınar əmlakların hazırki bazar qiymətinin müəyyənləşdirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 863 nömrəli məhkəmə ekspertizasına dair rəydən məlum olmuşdur ki, həmin iş üzrə ekspertiza yekunlaşdırılmış və mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmiş və məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixdə saat 10:30-a təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəmənin ünvanına xx.xx.2023-cü il tarixli ərizə göndərərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 170.1ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 28211 nömrəli qəbzlə ödənilmiş 34 (oruz dörd) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın dəyərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 28211 nömrəli qəbzlə ödənilmiş 34 (oruz dörd) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1018/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1018/2023
26.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver