Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1019/2021 15.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı təşkilatın nümayəndəsi X2 iştirakı ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2865.08 (iki min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat, faiz borcu üzrə 262.41 (iki yüz altmış iki manat qırx bir qəpik) manat, cəmi 3127.49 (üç min yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat, 27 fevral 2020-ci il tarixli, BPM**********41 saylı X6 müqaviləsinə əsasən 12 avqust 2021-ci il tarixə əsas borc üzrə 299.50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat, faiz borcu üzrə 76.95 (yetmiş altı manat doxsan beş qəpik) manat, cəmi 376.45 (üç yüz yetmiş altı manat qırx beş qəpik) manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı təşkilatın nümayəndəsi qismində izahat verən X4 iddianı müdafiə edərək, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında 27 fevral 2020-ci il tarixli, BPM**********41 saylı X6 müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə illik 20% dərəcəsi ilə hesablanmaqla, 3500 manat, 36 ay müddətinə illik faiz dərəcəsi 24% hesablanmaqla, 300 manat məbləğində kredit verildiyini, borclunun müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və bankın xidmət şərtləri və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürdüyünü, borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, lakin cavabdehin müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəmədiyini, yuxarıda adıçəkilən 27 fevral 2020ci il tarixli kredit müqaviləsinə əsasən (nağd şəkildə verilən kredit) 12 avqust 2021-ci il tarixə Cavabdeh əsas borc üzrə 2865.08 (iki min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat, faiz borcu üzrə 262.41 (iki yüz altmış iki manat qırx bir qəpik) manat, cəmi 3127.49 (üç min yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat, 27 fevral 2020-ci il tarixli, BPM**********41 saylı X6 müqaviləsinə əsasən 12 avqust 2021-ci il tarixə əsas borc üzrə 299.50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat, faiz borcu üzrə 76.95 (yetmiş altı manat doxsan beş qəpik) manat, cəmi 376.45 (üç yüz yetmiş altı manat qırx beş qəpik) manat borcunun mövcud olduğunu, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2865.08 (iki min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat, faiz borcu üzrə 262.41 (iki yüz altmış iki manat qırx bir qəpik) manat, cəmi 3127.49 (üç min yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat, 27 fevral 2020-ci il tarixli, BPM**********41 saylı X6 müqaviləsinə əsasən 12 avqust 2021-ci il tarixə əsas borc üzrə 299.50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat, faiz borcu üzrə 76.95 (yetmiş altı manat doxsan beş qəpik) manat, cəmi 376.45 (üç yüz yetmiş altı manat qırx beş qəpik) manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, BPM**********41 nömrəli X6 Müqaviləsinə əsasən, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 15000 (on beş min) manat məbləğinədək illik 24% ödəmək şərtilə, kredit limiti ayırmağı, müştəri isə ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 fevral 2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən, bank tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 24% hesablanmaqla, 300 (üç yüz) manat məbləğində kredit verilir. 12 avqust 2021-ci il tarixli, 698 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş əsas borcu 2865.08 AZN, ödənilməmiş faiz borcu 262.41 AZN, cəmi borcu 3127.49 AZN təşkil edir. 12 avqust 2021-ci il tarixli, 699 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş əsas borcu 299.50 AZN, ödənilməmiş faiz borcu 76.95 AZN, cəmi borcu 376.45 AZN təşkil edir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 27 mart 2020-27 yanvar 2024-cü il tarixləri aralığında 106.6 manat, 27 fevral 2024-cü il tarixdə isə 99.75 manat olmaqla, cəmi 5109.95 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarına əlavə olunan sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2865.08 (iki min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat, faiz borcu üzrə 262.41 (iki yüz altmış iki manat qırx bir qəpik) manat, cəmi 3127.49 (üç min yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat, 27 fevral 2020-ci il tarixli Razılaşmaya əsasən əsas borc üzrə 299.50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat, faiz borcu üzrə 76.95 (yetmiş altı manat doxsan beş qəpik) manat, cəmi 376.45 (üç yüz yetmiş altı manat qırx beş qəpik) manat olmaqla, ümumilikdə 3503.94 (üç min beş yüz üç manat doxsan dörd qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, BPM**********41 nömrəli X6 Müqaviləsinə əsasən, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 15000 (on beş min) manat məbləğinədək illik 24% ödəmək şərtilə, kredit limiti ayırmağı, müştəri isə ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 fevral 2020-ci il tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən, bank tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 24% hesablanmaqla, 300 (üç yüz) manat məbləğində kredit verilir. 12 avqust 2021-ci il tarixli, 698 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş əsas borcu 2865.08 AZN, ödənilməmiş faiz borcu 262.41 AZN, cəmi borcu 3127.49 AZN təşkil edir. 12 avqust 2021-ci il tarixli, 699 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş əsas borcu 299.50 AZN, ödənilməmiş faiz borcu 76.95 AZN, cəmi borcu 376.45 AZN təşkil edir. İddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçı təşkilatın müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu krediti faizləri ilə birlikdə qaytarmaq öhdəliyini lazımınca icra etməmiş və yuxarıda müəyyən olunan müvafiq borc məbləği yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmış və borclu müqavilədən irəli gələn öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə iddiaçı təşkilat haqlı olaraq məhkəməyə müraciət etmişdir. Bu öhdəliyin predmetini pul təşkil etdiyinə görə həmin öhdəliyin obyektini borclunun pul verilməsinə yönələn hərəkəti təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə bank qarşısında öhdəliyin icra edilməməsi, yəni müəyyən edilmiş məbləği vaxtında qaytarmaması nəticəsində öhdəliyin şərtləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında deyilir: Mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MMin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan MM-in 449.1-ci maddəsinə əsasən, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 27 fevral 2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 2865.08 (iki min səkkiz yüz altmış beş manat səkkiz qəpik) manat, faiz borcu üzrə 262.41 (iki yüz altmış iki manat qırx bir qəpik) manat, cəmi 3127.49 (üç min yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat, 27 fevral 2020-ci il tarixli Razılaşmaya əsasən əsas borc üzrə 299.50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat, faiz borcu üzrə 76.95 (yetmiş altı manat doxsan beş qəpik) manat, cəmi 376.45 (üç yüz yetmiş altı manat qırx beş qəpik) manat olmaqla, ümumilikdə 3503.94 (üç min beş yüz üç manat doxsan dörd qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1019/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1019/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver