Məhkəmə qərarları › İş №2(078)-102/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-102/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-102/2024 04.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən fərdi yaşayış evinin nisyə alqı-satqısı haqqında bağlanmış müqaviləyə əsasən ona ödədiyi 65000 (altmış beş min) manat pulun, ev üçün çəkilmiş təmir xərcləri olan 1500 (bir min beş yüz) manatın və dövlət rüsumu olaraq ödənilmiş 292 (iki yüz doxsan iki) manat olmaqla ümumilikdə 67292 (altmış yeddi min iki yüz doxsan iki) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iş üzrə İddiaçı nümayəndəsi X6 ərizə təqdim edərək, ilkin iddia tələbində Cavabdeh1 qarşı iddia qaldırılsa da, mübahisəli evin mülkiyyətçisi cavabdehin qızı Cavabdeh2 evə çəkilən təmir xərclərinə münasibətdə Cavabdeh2 digər cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin 23 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 digər cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(078)-102/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli 332 nömrəli məhkəmə ekspertizasına dair rəydən məlum olmuşdur ki, həmin iş üzrə ekspertiza yekunlaşdırılmış və mülki iş 19 aprel 2024-cü il tarixdə ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmiş, mülki iş 22 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. 04 iyun 2024-cü il tarixdə tərəflər qarşılıqlı razılığa gələrək aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar.

1. İddiaçının nümayəndəsi X6: X3 iş üzrə cavabdehlər Cavabdeh1 və X2 qarşısında öhdəlik götürürəm ki, cavabdeh tərəfindən mənə qarşılıqlı razılaşma əsasında evə və evə çəkilən xərc olaraq 65.000 manat pul vəsaiti aldığım təqdirdə mübahisələndirilən yaşayış evini tərk edəcəyəm İmza: imza iddiaçının nümayəndəsi X6.

2. Cavabdehlər Cavabdeh1 və X2: Mən iş üzrə cavabdehlər Cavabdeh1 və X2 iddiaçının nümayəndəsi X4 götürdüyü öhdəliyə əsasən 65.000 manat pul vəsaitini iddiaçının iddia tələbinə əsasən 6 ay müddətində iddiaçıya ödəməyi öhdəmizə götürürük. Həmin pul vəsaiti ödəndiyi zaman iddiaçı mənzili tərk edəcəkdir. İmza: imza Cavabdeh1. İmza: imza cavabdeh X2. İddiaçının nümayəndəsi X6 barışıq sazişinin şərtləri daxilində iddiamdan imtina edirəm və barışıq sazişinin şərtləri ilə razılaşaraq təsdiq olunmasını, mülki iş üzrə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçının nümayəndəsi X4 və cavabdehlər Cavabdeh1 və X1 imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də iddiaçının nümayəndəsi X6 və cavabdehlər Cavabdeh1 və X1 arasında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 31142 nömrəli qəbzlə ödənilmiş 291 (iki yüz doxsan bir) manat dövlət rüsumu iddiaçıya geri qaytarlmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərarverdi:

İddiaçının nümayəndəsi X6 və cavabdehlər Cavabdeh1, X2 arasında imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 31142 nömrəli qəbzlə ödənilmiş 291 (iki yüz doxsan bir) manat dövlət rüsumu iddiaçıya geri qaytarlsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar