Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1020/2021 15.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladlarının mənzil hüquqlarının bərpa olunması üçün X3 40000 (qırx min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddiasını müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, 2008-ci ildə cavabdehin oğlu X9 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahlarından 20 dekabr 2008-ci il tarixdə X22 və 26 aprel 2011-ci il tarixdə X15 adlı iki övladları doğulmuşdur. O cavabdehin mülkiyyətində olan evə gəlin köçmüş və 05 mart 2021-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Daha sonra qayınanası Zenfira Quliyeva alıcı ilə əlbir olub evi sökərək torpağı 80000 (səksən min) manata satmışdır. Hətta ev təcili sökülərək Daşınmaz Əmlakın reyestrində qeydiyyatı silinmiş və sadəcə torpaq olaraq sənədləşdirilib satılmışdır. Torpaq sahəsini alan şəxs orada tikinti obyekti inşa etmişdir. Qayınanası ev sökülərkən məcburi qaydada onları evdənçıxarmış və övladlarının evə olan yaşayış və istifadə hüququndan məhrum etmişdir. Hazırda övladları ilə birlikdə kirayə yaşayır. Onunla cavabdehin oğlu X9 arasıdakı nikah 26 avqust 2021-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlar onun himayəsində saxlanımışdır. Cavabdeh torpaq sahəsinin pulu ilə özünə və digər oğluna ev tikdirir, lakin onun uşaqlarının haqqını vermək istəmir. Halbuki onun övladlarının mənzil hüquqları pozulmuşdur və bərpa edilməlidir. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddiaçının izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh X7 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının qeyd etdiyi hallar həqiqətə uyğun deyildir. Həqiqətən iddiaçı onun keçmiş gəlinir. Təxminən 13 il əvvəl oğlu X9 ilə ailə qurmuş, nikahlarından iki oğlu doğulmuşdur. O digər oğlu ilə birlikdə Naxçıvan şəhəri 20 A məhəlləsi döngə 4/6 ünvanında yaşayır və ev iki hissəyə bölünmüşdü. Bir tərəfində o və əri, digər tərəfində isə oğlu və ailəsi yaşayıbdır. İddiaçının əri Ramil Bakıda işləyib və yaşayıbdır. Xanım da uşaqları ilə birlikdə Bakı şəhərində yaşayırdı. Ramil Bakıda işləsə də reallıqda onları o və əri pensiyası ilə saxlayıbdır. Çünki dəfələrlə Xanım dolana bilmədiklərini bildirib gedib onlarla qalıbdırlar. Sonuncu dəfə təxminən iki il əvvəl yenə də iddiaçı ilə oğlu yola gedə bilmədikləri üçün gedib Xanımı və uşaqları öz evinə gətiribdir. Xanım və oğlunun problemləri olsa da o gəlini və uşaqları atmayıbdır. Öz yanında saxlayıbdır. Xanım evlərdə xadimə işləyibdir. Daha sonra Xanımın düzgün olmayan hərəkətlərini eşidibdir. Bütün məhəllə onun hərəkətlərini yanında olan oğluna danışıbdır. Artıq Xanımla bir evdə yaşamaq mümkün olmadığına görə əvvəlcə kirayə tapıb, evini düzəltdikdən sonra onu və uşaqları kirayə köçürdübdür. Xanım və uşaqları kirayə yaşadıqları müddətdə torpaq sahəsini satıbdır. Satmaqda isə məqsədi o olubdur ki, ev yararsız vəziyyətdə olubdur və sığorta aktı ilə də təsdiq edilibdir. Torpaq sahəsini yaxşı qiymətə aldıqları üçün evi söküb tək torpaq olaraq satıbdır. Torpaq sahəsini 80000 (səksən min) manata satıbdır. Həmişə bildiribdir ki, gələcəkdə nəvələri üçün nəsə edəcəkdir, ya torpaq sahəsi alıb verəcəkdir, ya da pul. Lakin indi nəvələri uşaqdır. Gəlinə isə elədikləri qarşısında heç nə verməyəcəkdir. Atası uşaqlara hər ay 240 manat aliment ödəyir. O halda uşaqlara torpaq verə bilər ki, iddiaçı alimentdən imtina etsin, alimentin qarşılığı olaraq torpaqla əvəzləşmə aparılsın. Onun nənə olaraq kimisə saxlamaq borcu yoxdur. Lakin yenə də insanlıq edib, bütün ehtiyaclarını ödəyib, qayğılarına qalıbdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal-İddiaçınn övladları 20 dekabr 2008-ci il tarixdə doğulmuş X16 və 26 aprel 2011-ci il tarixdə doğulmuş X8 mənzil hüquqlarının cavabdeh X7 tərəfindən pozulub-pozulmaması ilə bağlı məsələdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının, onun vəkili və nümayəndəsinin və cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixli 04/470 nömrəli məktubundan aydın olur ki, Naxçıvan şəhəri 20A məhəlləsi döngə 4/6 (93( ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin 12 iyun 2001-ci il tarixli 25 nömrəli Qərarı əsasında 2001-ci ilin iyul ayında Cavabdeh adına qeydiyyata alınmış və onun adına JN- 490A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində inşa etdiyi ümumi sahəsi 187.41 kv.m olan 6 otaqlı fərdi yaşayış evini 03.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. 04.03.2021-ci il tarixdə X10 Xidmətə müraciət edərək fərdi yaşayış evini söküb məhv etdiyi üçün fərdi yaşayış evinin qeydiyyatının ləğv edilməklə torpaq sahəsi kimi qeydiyyatın aparılmasını xahiş etmişdir. Xidmətin Naxçıvan Şəhər İdarəsinin baş məsləhətçisi X13 tərəfindən hüquq sahibinin iştirakı ilə əmlaka yerində baxış keçirilmiş və fərdi yaşayış evinin faktiki olaraq mövcud olmaması barədə müvafiq akt tərtib edilmişdir. Bütün bunlardan sonra Cavabdeh ərizəsinin icrası təmin olunmuş, onun adına qeydiyyata alınan ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin qeydiyyatı ləğv olunmuş və əmlak 04.03.2020-ci il tarixdə torpaq sahəsi kimi qeydiyyata alınmışdır. 05.03.2021-ci il tarixdə Naxçıvan Şəhər 1 saylı Notariat Ofisində qeydiyyata alınan 4Ə-102 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh torpaq sahəsini X1. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 ilə X17 24 sentyabr 2008-ci il tarixdə nikah bağlamış və bu barədə 309 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X22 20 dekabr 2008-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, atası X9, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X15 26 aprel 2011-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, atası X9, anası İddiaçıdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli 65 nömrəli məktubdan aydın olur ki, Əliyeva X14 şəhəri Sabir küçəsi 95 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 5 ünvanda yaşamışdır. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X2 şəhəri 20 A məhəlləsi 4/6 ünvanında yerləşən 0.0609 ha torpaq sahəsini 40000 (qırx min) manat müqabilində X1. İş materiallarında olan nikahın pozulması barədə Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(078)-470/2021 nömrəli qətnaməsindən aydın olur ki, X9 ilə İddiaçı arasında Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində 24 sentyabr 2008-ci il tarixdə bağlanmış 309 nömrəli nikah pozulmuş, boşanmadan sonra 20 dekabr 2008-ci il təvəllüdlü X22 və 26 aprel 2011-ci il təvəllüdlü X15 anaları İddiaçı yanında saxlanılmışdır. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci, 228.5-ci maddələri və həmin maddələrə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı övladları 20 dekabr 2008-ci il təvəllüdlü X22 və 26 aprel 2011-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatmadıqlarından və nikahın pozulması barədə məhkəmə qətnaməsi əsasında anasının himayəsində qalmaları müəyyən edildiyindən ilk olaraq İddiaçı mübahisəli (hazırda mövcud olmayan) evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Belə ki, iddiaçının istifadə hüquq mövcud olmadığı halda onun himayəsində olan övladlarının mənzil hüquqlarının pozulmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9- cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130- cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin İddiaçı gəlin köçən zaman qayınanası-cavabdeh X4 mülkiyyətində olması və 2019-cu ildə fərdi yaşayış evinin cavabdehin adına qeydiyyata alınması nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisəli yaşayış evindən istifadə ilə bağlı hüquq münasibətləri tərəflər arasında mənzilin qeydiyyata alındığı vaxt-2019-cu il tarixdə yaranmış və bu münasibətə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin məzmumuna görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Lakin iş üzrə İddiaçı övladları-yəni cavabdeh X4 yetkinlik yaşına çatmayan nəvələri X22 və X15 iş üzrə cavabdehin ailə üzvü deyildir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdən biri olmasını da sübut edə bilməmişdir. Belə olan təqdirdə iş üzrə cavabdeh X7 tərəfindən iddiaçının-dolayı yolla da onun yetkinlik yaşına çatmayan övladları X16 və X8 mənzil hüquqlarının pozulmasından söhbət gedə bilməz. Mənzil hüquqları pozulmadığı halda da hər hansı kompensiyasiyapul tələbi barədə qaldırılan iddianın uğurlu olması istisna edilir. Məhkəmə bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982ci il tarixli qərarı, “X23rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1020/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1020/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver