Məhkəmə qərarları › İş №2(078)-1030/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1030/2020

18.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1030/2020 18.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2014 nömrəli xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. İddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2014 nömrəli xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2008-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 306 nömrəli nikah qeydi pozulmuş, boşanmadan sonra xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 anası Məmmədova (Əsədullayeva) Sevinc Sübahim qızının yanında saxlanılmaqla Cavabdeh xx xxxxxx 2014cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşaq üçün 50 (əlli) manat olmaqla, iki uşaq üçün ümumilikdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Məmmədova (Əsədullayeva) Sevinc Sübahim qızının xeyrinə ödənilməsi qət olunmuşdur. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında Cavabdeh ilə xx xxxxxx 2008-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Münasibətləri tutmadığı üçün özünün tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2014 nömrəli xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2008-ci il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində bağlanmış 306 nömrəli nikah qeydi pozulmuş, boşanmadan sonra xx xxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 anası Məmmədova (Əsədullayeva) Sevinc Sübahim qızının yanında saxlanılmaqla Cavabdeh xx xxxxxx 2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşaq üçün 50 (əlli) manat olmaqla, iki uşaq üçün ümumilikdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Məmmədova (Əsədullayeva) Sevinc Sübahim qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Cavabdehin uzun müddətdir ki, işləmək üçün Türkiyə Respublikasına getdiyini, hazırda da orada yaşadığını, məhkəmə tərəfindən təyin olunmuş aliment məbləğini ödəmədiyini, axırıncı dəfə alimentlə bağlı cavabdehlə telefonla danışdıqda cavabdehin ona alimentlə anasının məşğul olduğunu desə də, cavabdehin anasının da ona hər hansı aliment ödəmədiyini, boşandıqları vaxtdan bəri cavabdehin övladları ilə maraqlanmadığını, ümumiyyətlə üzərinə düşən vəzifəni yerinə yetirmədiyini bildirən iddiaçı qeyd etmişdir ki, o, övladları ilə birlikdə atasının himayəsinə yaşayır, onların tələbatları atası tərəfindən qarşılansa da, uşaqlar böyüdüyü və təbii olaraq təlabatları artdığı üçün onların ehtiyaclarının qarşılanmasında maddi cəhətdən çətinlik çəkir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının sabit məbləğdə ifadə olunan alimentin miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, iddiaçı 2014-cü il tariixdə məhkəməyə müraciət edərək allimentin artırılmasını tələb etmişdir. Məhkəmə 2014-cü il üçün yaşayış minimumunun bir uşaq üçün 103 manat məblığində müəyyən edildiyini və həmin vaxt üçün 50 manat olmaqla ümumilikdə 100 manat alimentin iddiaçının xeyrinə ödənilməsinin qət edildiyini, 2014-cü ildən 6 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istinsa olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən olunmasını, xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 halhazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(110-50)=720 təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-173/2014 nömrəli xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesabansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar