Məhkəmə qərarları › İş №2(078)-1031/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1031/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1031/2021 14.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 A ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 24 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64804 olan Samsung Galaxy A31 markalı telefon üçün 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 4 ədəd X1 Security Camera markalı gizlilik kamerası üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 1253 (min iki yüz əlli üç) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 24 avqust 2020-ci il və 26 avqust 2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********64804 olan Samsung Galaxy A31 markalı telefon və 4 ədəd X1 Security Camera markalı gizlilik kamerası aldığını və nəticədə 1253 (min iki yüz əlli üç) manat borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə 24 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 712 (yeddi yüz on iki) manat (12 ay x 59 manat + 4 manat ilkin ödəniş) olan İMEİ kodu **********64804 olan Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 778 (yeddi yüz yetmiş səkkiz) manat olmaqla, ondan 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70 (yetmiş) manat cərimə pulu, 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd X1 Security Camera markalı gizlilik kamerası üçün ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat olmaqla, ondan 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 4 manat təşkil etdiyini, bunları nəzərə alaraq, 24 avqust 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********64804 olan Samsung Galaxy A31 markalı telefon üçün 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, 26 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 4 ədəd X1 Security Camera markalı gizlilik kamerası üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 1253 (min iki yüz əlli üç) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 21107522 nömrəli və 26 avqust 2020-ci il tarixli, 21114404 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 26 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 24 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 712 manat olan İMEİ kodu **********64804 olan Samsung Galaxy A31 markalı telefon üçün ilkin ödəniş 4 manat olmaqla, 12 ay müddətinə ayda 59 manat, 26 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 432 manat olan 4 ədəd X1 Security Camera markalı gizlilik kamerası üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 36 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 06 sentyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 06 sentyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 24 avqust 2020-ci il tarixli müqavilə üzrə 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, 26 avqust 2020-ci il tarixli müqavilə üzrə 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1283 (min iki yüz səksən üç) manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 21107522 nömrəli və 26 avqust 2020-ci il tarixli, 21114404 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. 26 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 24 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 712 manat olan İMEİ kodu **********64804 olan Samsung Galaxy A31 markalı telefon üçün ilkin ödəniş 4 manat olmaqla, 12 ay müddətinə ayda 59 manat, 26 avqust 2020-ci il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 432 manat olan 4 ədəd X1 Security Camera markalı gizlilik kamerası üçün ilkin ödənişsiz 12 ay müddətinə ayda 36 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 avqust 2020-ci il tarixli müqavilə üzrə 708 (yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə, 26 avqust 2020-ci il tarixli müqavilə üzrə 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1283 (min iki yüz səksən üç) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar