Məhkəmə qərarları › İş №2(078)-1033/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1033/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1033/2021 13.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh

1. 29.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon üçün 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə; 2.29.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon üçün 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla ümumilikdə 528.2 (beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 29.01.2020-ci il tarixli və 29.09.2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" MMC-dən Cavabdeh İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon və İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon almış və nəticədə 528.2 (beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə 29.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 367 (üç yüz altmış yeddi) manat (12 ay x 30 manat + 7 manat ilkin ödəniş) olan İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 197 (bir yüz doxsan yeddi) manat olmaqla ondan 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17 (on yeddi) manat cərimə; 29.09.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat (12 ay x 25.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon üçün ümumikidə 331.2 ( üç yüz otuz bir manat, iyirmi qəpik) manat olmaqla ondan 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 (otuz) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 187 (bir yüz səksən yeddi) manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh 29.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon üçün 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17 (on yeddi) manat cərimə, 29.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon üçün 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 (otuz) manat cərimə olmaqla ümumilikdə 528.2 (beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş 29.01.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20067454 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Samsung galaxy A10 (SM-A105) İMEİ KOD **********45903 **********45900; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 29.01.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Samsung galaxy A10 (SM-A105) İMEİ KOD **********45903 **********45900; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 29.09.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21212897 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Samsung galaxy A01 Core (SM-A013) İMEİ kod **********02307 **********02307; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 29.09.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Samsung galaxy A01 Core (SM-A013) İMEİ kod **********02307 **********02307; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il;Telefon quraşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 25 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 29.01.2020-ci il tarixli 20067454 nömrəli və 29.09.2020-ci il tarixli 21212897 nömrəli Müqavilələrə əsasən Cavabdeh 25.08.2021-ci il tarixə "xxxx" MMC-yə İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon üçün 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17 (on yeddi) manat cərimə və İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon üçün 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 (otuz) manat cərimə olmaqla ümumilikdə 528.2 (beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 09.03.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 03.08.2021-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 29.01.2020-ci il tarixli 20067454 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon üçün 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17 (on yeddi) manat cərimə və 29.09.2020-ci il tarixli 21212897 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon üçün 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 (otuz) manat cərimə olmaqla ümumilikdə 528.2 (beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına 26.08.2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 06 sentyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 08 sentyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdim: İddia təmin edilsin. Cavabdeh 29.01.2020-ci il tarixli 20067454 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********45903 olan Samsung galaxy A10 markalı telefon üçün 180 (bir yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17 (on yeddi) manat cərimə və 29.09.2020-ci il tarixli 21212897 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********02307 Samsung galaxy A01 markalı telefon üçün 301.2 (üç yüz bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30 (otuz) manat cərimə olmaqla ümumilikdə 528.2 (beş yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına 26.08.2021ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar