Məhkəmə qərarları › İş №2(078)-1036/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1036/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1036/2021 06.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, Yasamal rayonu, X4., ev 81K ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat əsas borc, 19.38 (on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 20.75 (iyirmi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1270.94 (bir min iki yüz yetmiş manat doxsan dörd qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "Yelo Bank” ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı olaraq digər Cavabdeh2 ilə Bank arasında 15 noyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Ərizədə qeyd edilmişdir ki, borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 22 iyul 2021-ci il tarixinə 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat əsas borc, 19.38 (on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 20.75 (iyirmi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1270.94 (bir min iki yüz yetmiş manat doxsan dörd qəpik) manat borc mövcuddur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat əsas borc, 19.38 (on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 20.75 (iyirmi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1270.94 (bir min iki yüz yetmiş manat doxsan dörd qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli 1-Z- 1-0-642-14 nömrəli Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 1230.81 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 15 noyabr 2019-cu il tarixdə bağlanmış 1-Z-1-0-642-14 saylı Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 ilə Bank arasında bağlanmış Kredit müqaviləsi üzrə kredit öhdəliyinin təmin edilməsi şərti ilə "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. 22 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən 15 noyabr 2019-cu il tarixli 1-Z-1- 0-642-14 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh2 həmin tarixə olan borcu 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat əsas borc, 19.38 (on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 20.75 (iyirmi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1270.94 (bir min iki yüz yetmiş manat doxsan dörd qəpik) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli xəbərdarlıq məktubnundan məlum olur ki, həmin tarixdə borclular Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat əsas borc, 19.38 (on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 20.75 (iyirmi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1270.94 (bir min iki yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən 29.07.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1n və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı təşkilata qaytarılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 06 sentyabr 2021-ci il tarixdə daxil olmuş, ərizə üzrə 08 sentyabr 2021-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 15 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1230.81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat əsas borc, 19.38 (on doqquz manat otuz səkkiz qəpik) manat faiz, 20.75 (iyirmi manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1270.94 (bir min iki yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən 29.07.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar