Məhkəmə qərarları › İş №2(078)-1037/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1037/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1037/2024 05.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 24 iyun 2024-cü ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhər Məhkəməsinin 2(078)-344/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 09 fevral 2017-ci il təvəllüdlü X8 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sabit məbləğdə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə Naxçıvan şəhər Məhkəməsinin 2(078)-344/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Birgə nikahlarından 09 fevral 2017-ci il təvəllüdlü X8 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlu adlı uşaqları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-344/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli iddianın təmin etmə haqqında qərardadı ilə hər uşağa sabit 130 (yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat aliment qət olunmuşdur. Hal-hazırda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 344/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərardadı il müəyyən olunmuş alimentin miqdarı övladlarının saxlanılmasına kifayət etmir. 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlu epilepsiya xəstəsi və fəlçdir. 09 fevral 2017-ci il təvəllüdlü X3 isə gözlərində çəpləşmə var. Hər iki uşağın müalicəyə ehtiyacı var. O uşaqların maddi tələbatlarının qarşılanmasında xeyli əziyyət çəkir. Ona görə də alimentin miqdarının artırılmasını xahiş edir. Övladları böyüdükcə onların maddi tələbatı da artır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat təşkil edir. Cavabdeh 22 iyul 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə qeyd etmişdir ki, iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra bu günədək heç bir gecikdirmə olmadan uşaqlarına alimenti vaxtlı vaxtında rəsmi və qeyri rəsmi formada artıqlaması ilə ödəmişdir. Onların müalicəsi üçün də öz üzərinə düşən formada (maddi və s. dəstək göstərməklə) məşğul olmuşdur. Onlara pensiya təyini ilə bağlı işləmlərdən tutmuş, müayinə, müalicə və s. təminatları ilə məşğul olmuşdur. Hazırda oğlu Əliyev Sərxana təyin olmuş müavinət 350 manat, oğlu Əliyev Ayxana təyin olmuş müavinət isə 250 manat, hər uşağa görə isə iddiaçıya ödənilən müavinət isə 83 manat təşkil edir. O isə aylıq 360 manat əmək haqqının 260 manatını aliment kimi ödəyir. O aliment ödəməkdən boyun qaçırmaq istəsəydi aldığı əmək haqqı barədə arayışı qarşılıqlı iddia ərizəsinə əlavə edərək, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarının azaldılmasını tələb edərdi. O onsuz da göstərilən rəsmi məbləğin qat-qat artığını onların müalicəsi və həkim müayinələrilə bağlı uşaqlarına sərf etmişdir. Məhkəmənin nəzərinə onu çatdırmaq istəyir ki, xx.xx.2022-ci ildə Bakı Şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur (nikahın bağlanması haqqında şəhadətnamə AZ- İİ №495178, qeyd 335) və birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Əliyeva Zərifə (Doğum haqqında şəhadətnamə AZ- İV №882326, qeyd 3299) adlı uşaqları doğulmuşdur. İş materiallarından da göründüyü kimi faktiki olaraq təkcə uşaqlara görə kifayət qədər (əlavə ödənişlər nəzərə alınmadan rəsmi olaraq 350+250+166+260=886 manat) maddi yardım əldə edən iddiaçı hər dəfə aliment miqdarının artırılması barədə iddia qaldırmağı özünə rəva görür. Amma o buna rəsmi hüququ olduğu halda alimentin miqdarının azaldılması haqqında iddia qaldırmağı özünə rəva görməmişdir. Bu konkret halda da qarşılıqlı iddia verməkdən çəkinmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında uşaqların ikisinin də xəstə olduğunu, uşağın gözünə görə əməliyyata aparacağını, gözlərində həm çəpləşmə, həm zəiflik, həm də axma olduğunu, 260 manat aliment ödədiyini, onu da son vaxtlar normal ödəmədiyini, cavabdehin ərizədə imkanı olmadığını yazdığını, bunun yalan olduğunu, cavabdehin özünün Bakı şəhərində tikiş yeri açdığını, rəsmi olmasa da əldən azı 1500 manat əmək haqqı aldığını, Türkiyə Respublikasında da yeri olduğunu, onu da anasına verdiyini, anasının oranın müdiri olduğunu, cavabdehin özünün Bakı şəhərində 3 mərtəbəli evdə yaşadığını, bacısının, qardaşının 2 mərtəbəli evləri olduğunu, özünün anası və atası ilə yaşadığını, anasının xəstə olduğunu, pensiyasının elə özünü ancaq gördüyünü, özünün uşaqların xəstəliyinə görə ümumilikdə 550 manat pensiya aldığını, başa heç bir gəlirinin olmadığını, uşaqlar xəstə olduğu üçün işləyə bilmədiyini, uşaqların baxıma möhtac olduğunu, dinc durmadıqlarını, 550 manat pulun xəstə uşaqların tələbatını qarşılamadığını, uşaqlarından birinin epilepsiya xəstəsi olduğunu, onun 1 dərmanının 75 manat qiyməti olduğunu, uşağın epilepsiyası tutduğunu, təcili tibbi yardım çağırdığını, nə qədər pul lazım olduğunu, cavabdehin ikinci dəfə evlənməmişdən əvvəl uşaqları xəstəxanaya müalicəyə apardığını, köməklik də etdiyini, ancaq qızı olduqdan sonra heç nə etmədiyini, sadəcə alimenti ödədiyini, ikinci evliliyindən olan qızına restoranda ad günü etdiyini, dekor qurduğunu, ancaq öz uşaqlarına heç nə etmədiyini, 18 yaşında evləndiyini, 9 il uşağı olmadığını, sonra uşaqları olduğunu, onların da xəstə olduqlarını, uşaqlarının haqqını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər arasında 01 iyun 2012-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 09 fevral 2017-ci il təvəllüdlü X8 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlu adlı övladları doğulmuş, tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)- 344/2020 nömrəli qətnaməsi əsasında pozulmuş və 09 fevral 2017-ci il təvəllüdlü X8 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlunun analarının yanında saxlanılmaları və uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 260 (iki yüz altmış) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)-344/2020 nömrəli qətnaməsindən iş üzrə tərəflərin 01 iyun 2012-ci il tarixdə birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 634242 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 09 fevral 2017-ci il təvəllüdlü X8 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 634243 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlu adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli, AZ-İ seriyalı, 221480 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 97 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)-344/2020 nömrəli qətnaməsindən Cavabdeh ilə Əliyeva (Seyidova) Elnurə Mirsadıq qızı arasında Babək rayon Aşağı Buzqov kənd İcra Nümayəndəliyində 01 iyun 2012-ci il tarixdə bağlanmış 01 nömrəli nikahın pozulmasının, boşanmadan sonra 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlu və fevral 2017-ci il təvəllüdlü X3 anası Əliyeva (Seyidova) Elnurə Mirsadıq qızının yanında saxlanılmasının və Cavabdeh 18 mart 2020-ci il tarixdən hesablanmaqla 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlu və 09 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün ümumilikdə 260 (iki yüz altmış) manat alimentin tutularaq Əliyeva (Seyidova) Elnurə Mirsadıq qızının xeyrinə ödənilməsinin qət edilməsi aydın olur. İş materiallarına əlavə olunmuş Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 495178 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 17 mart 2022-ci il tarixdə nikahın bağlanmış, həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 335 nömrə ilə qeyd edilmiş və nikah bağlanarkən iddiaçı özünə cavabdehin soyadını, yəni “Əliyeva” soyadını seçmişdir. İş materiallarına əlavə olunmuş 5 saylı Bakı “ASAN xidmət” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı, 882326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 05 may 2023-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin NMR Tibbi-Sosial Ekspert Komissiyasının elektron qərarından X6 “yüngül dərəcəli əqli gerilik, yüngül dərəcəli əqli zəiflik” diaqnozunun qoyulması aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin NMR Tibbi-Sosial Ekspert Komissiyasının elektron qərarından Əliyev Sərxan Şahmar oğluna “uşaq serebral iflici, sağ tərəfli spastik hemiparez” diaqnozunun qoyulması aydın olur. İş materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, X6 orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyinə görə 150 (bir yüz əlli) manat müavinət ödənilir. İş materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, Əliyev Sərxan Şahmar oğluna sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduğuna görə 200 (iki yüz) manat müavinət ödənilir. İş materiallarına əlavə olunmuş sosial arayışdan görünür ki, İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyinə görə 100 (bir yüz) manat Prezident təqaüdü və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa qulluq etdiyinə görə 100 (bir yüz) manat Prezident təqaüdü ödənilir. Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)-344/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)- 344/2020 nömrəli qətnaməsi ilə hər ay bir uşağa 130 (bir yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin hər ay bir uşağa 130 (bir yüz otuz) manat, iki uşağa görə 260 (iki yüz altmış) manatdan başqa iddiaçıya uşaqların tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, iki uşaq üçün 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (235 manatın) yarısından çoxunun – hər ay sabit pul məbləğində bir uşağa 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə cəmi 380 (üç yüz səksən) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Həmçinin cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsində iddiaçıya kifayət qədər pensiya ödənildiyini həmçinin özünün də 260 manat aliment ödədiyini bildirməsinə münasibətdə məhkəmə cavabdehin diqqətinə çatdırır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar sağlamlıq imkanları məhdud və daim müalicəyə ehtiyacı olan uşaqlardır. Uşaqlara dövlət tərəfindən sağlamlıq vəziyyətlərinə görə ödənilən vəsait iddiaçının valideyn olaraq övladını saxlamaq vəzifəsindən azad etmir və y həmin vəsait nəzərə alınmaqla iddia tələbi rədd edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 235 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini və cavabdehin hazırki nikahından övladının olmasını nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 25.83 (iyirmi beş manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)-344/2020 nömrəli qətnaməsi ilə 09 fevral 2017-ci il təvəllüdlü X3 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli; -09 fevral 2017-ci il təvəllüdlü X3 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; -Cavabdeh 25.83 (iyirmi beş manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(078)-344/2020 nömrəli qətnaməsi ilə 09 fevral 2017-ci il təvəllüdlü X3 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 09 fevral 2017-ci il təvəllüdlü X3 və 09 fevral 2017-ci il təvəllüdlü Əliyev Sərxan Şahmar oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 190 (bir yüz doxsan) manat olmaqla, iki uşağa görə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 25.83 (iyirmi beş manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar