Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1043/2023 24.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmaqla, 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 440 (dörd yüz qırx) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 2010-ci il tarixdə nikah bağladıqlarını, birgə nikahlarından yetkinlik yaşına çatmamış 2 övladı- 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X7 olduğunu, uşaqlarının hal-hazırda onunla yaşadığını, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-671/2020 nömrəli qətnaməsi ilə nikahlarının pozulduğunu, həmin məhkəmənin 19 oktyabr 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi ilə isə hər ay sabit pul məbləğində bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 manat miqdarında alimentin Cavabdeh tutularaq, 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X1 üçün ona ödənilməsinin qət edildiyini, hal-hazırda da alimenti aldığını, övladlarının artıq böyüdüyünü, və onların maddi tələbatlarının da günü-gündən artdığını, uşaqlarının orta məktəbdə oxuduqlarını, onları pulsuz verilən tədris vəsaitlərindən əlavə, mükəmməl orta təhsil almaq üçün tez-tez dəyişilən əlavə dərs ləvazimatları ilə təmin edə bilməyi üçün 120 manat alimentin yetmədiyini, həmçinin məktəbdən əlavə hazırlıq kurslarına getdiyini, bunların ona bir uşaq üçün ödənilən 120 manat alimentlə qarşılanmasının hazırda qeyri-mümkün olduğunu, hazırda ona ödənilən cəmi 240 manat aliment pulu ilə övladının qidalanma, təhsil, müalicə və s. xərclərini artıq qarşılamağının qeyri-mümkün hala gəldiyini, bir ana olaraq bu maddi tələbatları ödəməkdə çətinlik çəkdiyini, cavabdehin isə bir ata olaraq öz övladlarının güzəranı ilə maraqlanmadığını və onun heç bir xərclərinin ödənilməsində iştirak etmədiyini, övladlarının maddi tələbatlarını hazırda ona 2 uşaq üçün ödənilən cəmi 240 manat alimentlə qarşılaya bilmədiyini, cavabdehin işlədiyini, əlavə olaraq qazancının olduğunu, buna görə də, aliment miqdarının artırılmasını istədiyini, ona görə də, cavabdehdən bir uşaq üçün 220 manat olmaqla, iki uşağa cəmi 240 manat miqdarında alimentin tutularaq ona ödənilməsini istədiyini, bunları nəzərə alaraq, Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmaqla, 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün ümumilikdə 440 (dörd yüz qırx) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, işlədiyini, aylıq əmək haqqının 380 manat olduğunu, aliment məbləğinin və verginin tutulandan sonra ona 110 manat qaldığını, əlavə qazancının olmadığını, uşaqlarına ayda 240 manat ödədiyini, artırılmasını istəmədiyini, maddi imkanı olarsa, uşaqlarına ödəməkdən imtina etmədiyini, iddiaçının da işləməli olduğunu, iddianın rəddi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: AZ-İV seriyalı, 632347 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 31 mart 2012-ci il tarixdə X9 adlı uşaqları doğulmuşdur. AZ-İV seriyalı, 633677 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 01 mart 2014-cü il tarixdə X10 adlı uşaqları doğulmuşdur. AZ-İ seriyalı, 400523 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 123 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Məmmədova” soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh 25 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, iki uşaq üçün 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(078)-857/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 31 mart 2012-ci il təvəllüdlü X4 və 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.