Məhkəmə qərarları › İş №2(078)-1049/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1049/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1049/2020 26.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1897.34 (min səkkiz yüz doxsan yeddi manat otuz dörd qəpik) manat, faiz borcu üzrə 92.73 (doxsan iki manat yetmiş üç qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 2020.47 (iki min iyirmi manat qırx yeddi qəpik) manat borcun iddiaçı X1 Təşkilatı “xxxxxxxxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə ərizəni ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, iddianın yolverilməzliyinə görə kiçik iddialara dair işlər üzrə ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən,mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəyə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə. Məhkəmə qeyd edir ki, iddia tələbi 2020.47 manat olduğundan sadələşdirilmiş qaydada baxılmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə izah olunur ki, kiçik iddialara dair işlər üzrə ərizəni qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəni qəbul etməkdən imtina olunsun. Kiçik iddialara dair işlər üzrə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X1 Təşkilatı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, kiçik iddialara dair işlər üzrə ərizəni qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar