Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-105/2021 12.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4688 (dörd min altı yüz səksən səkkiz) manat, faiz borcu üzrə 1424 (bir min dörd yüz iyirmi dörd) manat, cərimə borcuna görə 157.98 (bir yüz əlli yeddi manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 6269.98 (altı min iki yüz altmış doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********3210 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 29 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli **********3***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 279 (iki yüz yetmiş doqquz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin hazırda cavabdehlər “Ödəniş cədvəlin”nə uyğun olaraq ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə Cavabdeh1 ilə “FİNCA Azerbaijan” MM QBKT arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********3210 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə Banka əsas borc üzrə 4688 (dörd min altı yüz səksən səkkiz) manat, faiz borcu üzrə 1424 (bir min dörd yüz iyirmi dörd) manat, cərimə borcuna görə 157.98 (bir yüz əlli yeddi manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 6269.98 (altı min iki yüz altmış doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat ərizəsndə müvafiq hüquq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat “FİNCA Azerbaijan” MM QBKT-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi R.Heydərov məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2021-ci il tarixli teleqram göndərmiş, teleqramda xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2019cu il tarixli **********3210 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə “FİNCA Azerbaijan” MM QBKT arasında xx.xx.2019-cu il tarixli **********3210 saylı kredit müqaviləsi bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya 24 ay müddətinə, illik 29 % olmaqla 5000 manat məbləğində kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər **********3210 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 279 (iki yüz yetmiş doqquz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********3***-******* saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq iddiaçı təşkilatla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “FİNCA Azerbaijan” MM QBKT tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh1 ilə “FİNCA Azerbaijan” MM QBKT arasında bağlanılmış xx.xx.2019-cu il tarixli **********3210 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə cavabdehin “FİNCA Azerbaijan” MM QBKT-yə əsas borc üzrə 4688 (dörd min altı yüz səksən səkkiz) manat, faiz borcu üzrə 1424 (bir min dörd yüz iyirmi dörd) manat, cərimə borcuna görə 157.98 (bir yüz əlli yeddi manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 6269.98 (altı min iki yüz altmış doqquz manat doxsan səkkiz qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Nəsibov X2 şəhəri, Əzizbəyov, döngə 8, ev 2 ünvanında, Naxçıvan ŞPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Abbasova X1 şəhəri, 52-ci məhəllə, ev 10 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-971/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxx 2021-ci il tarixli 05 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli **********3210 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nə xx xxxx 2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan əsas borcu 4679.84 (dörd min altı yüz yetmiş doqquz manat səksən dörd qəpik) manat, faiz borcu üzrə 579.56 (beş yüz yetmiş doqquz manat əlli altı qəpik) manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizada ekspert qarşısına qoyulan suallardan cərimə borcunun hesablanmasına münasibətdə hesablanmamışdır. Belə ki, rəydə qeyd edilmişdir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********3210 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini qarşılıqlı şəkildə tədqiq edib hesab edir ki, əsas borc məbləğinə münasibətdə iddia ərizəsi, maliyyə arayışı və ekspert rəyləri eyniyyət təşkil etdiyindən əsas borc məbləği 4688 (dörd min altı yüz səksən səkkiz) manat müəyyən olunmalı, faiz borcuna münasibətdə isə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 05 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə faiz borcuna münasibətdə ekspert rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, faiz borcunun və cərimə borcunun hesablanmasında rəy əsas götürülməli və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4688 (dörd min altı yüz səksən səkkiz) manat əsas, 579.56 (beş yüz yetmiş doqquz manat əlli altı qəpik) manat faiz borcu olmaqla ümumilikdə 5267.56 (beş min iki yüz altmış yeddi manat əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan şəhər Maliyyə şöbəsinə xx.xx.2020-ci il tarixli 005XOH********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 25.20 (iyirmi beş manat iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4688 (dörd min altı yüz səksən səkkiz) manat əsas, 579.56 (beş yüz yetmiş doqquz manat əlli altı qəpik) manat faiz borcu olmaqla ümumilikdə 5267.56 (beş min iki yüz altmış yeddi manat əlli altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Naxçıvan şəhər Maliyyə şöbəsinə xx.xx.2020-ci il tarixli 005XOH********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 25.20 (iyirmi beş manat iyirmi qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-105/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-105/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver