Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1050/2020 25.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı X3 Təşkilatı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: X3 Təşkilatı «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu üzrə 434.62 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat, faiz borcu üzrə 67.84 (altmış yeddi manat səksən dörd qəpik) manat, cərimə borcu üzrə 20.90 (iyirmi manat doxsan qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 553.76 (beş yüz əlli üç manat yetmiş altı qəpik) manat borcun alınaraq X3 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 Təşkilatı «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixdə 373-EHZ-0161-19 saylı Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 12 ay müddətinə 945 (doqquz yüz qırx beş) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq digər Cavabdeh2 ilə Bank arasında xx xxxx 2019-cu il tarixdə 373-EHZ-0161-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalanlara dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və nəticədə cavabdehlərin Kredit Müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 434.62 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat, faiz borcu üzrə 67.84 (altmış yeddi manat səksən dörd qəpik) manat, cərimə borcu üzrə 20.90 (iyirmi manat doxsan qəpik) manat olmaqla ümumilikdə 523.36 (beş yüz iyirmi üç manat otuz altı qəpik) manat borcu qalmışdır. Cavabdehlərə xx xxx 2020-ci il tarixdə 8253/20 saylı pretenziya məktubu göndərilsə də, cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu üzrə 434.62 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat, faiz borcu üzrə 67.84 (altmış yeddi manat səksən dörd qəpik) manat, cərimə borcu üzrə 20.90 (iyirmi manat doxsan qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 553.76 (beş yüz əlli üç manat yetmiş altı qəpik) manat borcun alınaraq X3 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: X3 Təşkilatı «xxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 373-EHZ-0161-19 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh1 və Cavabdeh2 12 ay müddətinə illik 36 % dərəcəsi ilə 945 (doqquz yüz qırx beş) manat məbləğində kredit verilmişdir. xx xxxx 2019-cu il tarixdə bağlanmış 373-EHZ-0161-19 saylı Zaminlik Müqaviləsi ilə Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərti ilə iddiaçı təşiklatla Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxx 2019-cu il tarixli 373-EHZ- 0161-19 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 xx xxxx 2020-ci il tarixə X3 Təşkilatı «xxxx» MMC-yə əsas borcu üzrə 434.62 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat, faiz borcu üzrə 67.84 (altmış yeddi manat səksən dörd qəpik) manat, cərimə borcu üzrə 20.90 (iyirmi manat doxsan qəpik) manat olmaqla ümumilikdə 523.36 (beş yüz iyirmi üç manat otuz altı qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli 8253/20 və 8254/20 nömrəli son xəbərdarlıq məktublarının surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh1 Naxçıvan şəhəri Babək 26/49 ünvanında, Naxçıvan ŞPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Abbasov X2 şəhəri, Nizami 53/36 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixdə 373-EHZ-0161-19 saylı Kredit müqaviləsinə əsasən əsas borcu üzrə 434.62 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat, faiz borcu üzrə 67.84 (altmış yeddi manat səksən dörd qəpik) manat, cərimə borcu üzrə 20.90 (iyirmi manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 523.36 (beş yüz iyirmi üç manat otuz altı qəpik) manat məbləğində kredit borcu alınaraq iddiaçı X3 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə X3 Təşkilatı «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat, xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydad alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 2020-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Həmin bildiriş Cavabdeh1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul imza edilərək qəbul edilmiş, Cavabdeh2 isə bildiriş çatmadığından xx xxxxxx 2020-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsinə məktub göndərilmişdir. Cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixdə 373-EHZ-0161-19 saylı Kredit müqaviləsinə əsasən əsas borcu üzrə 434.62 (dörd yüz otuz dörd manat altmış üç qəpik) manat, faiz borcu üzrə 67.84 (altmış yeddi manat səksən dörd qəpik) manat, cərimə borcu üzrə 20.90 (iyirmi manat doxsan qəpik) manat olmaqla, ümumilikdə 523.36 (beş yüz iyirmi üç manat otuz altı qəpik) manat məbləğində kredit borcu iddiaçı X3 Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulsun. X3 Təşkilatı «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökümət Ödəniş Portalına xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat, xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydad alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1050/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1050/2020
25.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver