Məhkəmə qərarları › İş №2(078)-1051/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1051/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1051/2021 14.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" KB ASCnin xeyrinə 17 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 997.23 (doqquz yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat əsas borc, 61.67 (altmış bir manat, altmış yeddi qəpik) manat faiz və 42.15 ( qırx iki manat, on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" KB ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 17 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 12 faizlə 26 ay müddətinə 1129 (bir min yüz iyirmi doqquz manat, iyirmi doqquz qəpik) manat kredit götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 01 sentyabr 2021ci il tarixinə 17 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 997.23 (doqquz yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat əsas borc, 61.67 (altmış bir manat, altmış yeddi qəpik) manat faiz və 42.15 ( qırx iki manat, on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat borcu mövcuddur. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 17 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 997.23 (doqquz yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat əsas borc, 61.67 (altmış bir manat, altmış yeddi qəpik) manat faiz və 42.15 ( qırx iki manat, on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 858nkNAR/20 nömrəli Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh illik 12 faizlə 26 ay müddətinə 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 01 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən 17 iyun 2020-ci il tarixli 858nkNAR/20 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh 01 sentyabr 2021-ci il tarixə olan borcu 997.23 (doqquz yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat əsas borc, 61.67 (altmış bir manat, altmış yeddi qəpik) manat faiz və 42.15 ( qırx iki manat, on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 28.04.2021-ci il tarixli bildiriş məktubundan məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş məktubu göndərilmişdir. Naxçıvan ŞPİ tərəfindən 07.12.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Əkbərov X2 şəhəri, Lermantov döngə 2, ev 5 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 17 iyun 2020-ci il tarixli 858nkNAR/20 nömrəli kredit müqaviləsi üzrə 997.23 (doqquz yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat əsas borc, 61.67 (altmış bir manat, altmış yeddi qəpik) manat faiz və 42.15 ( qırx iki manat, on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" KB ASC tərəfindən 27.07.2021-ci il tarixdə X4 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 10 sentyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 13 sentyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i m: İddia təmin edilsin. Cavabdeh 17 iyun 2020-ci il tarixli 858nkNAR/20 nömrəli kredit müqaviləsi üzrə 997.23 (doqquz yüz doxsan yeddi manat, iyirmi üç qəpik) manat əsas borc, 61.67 (altmış bir manat, altmış yeddi qəpik) manat faiz və 42.15 (qırx iki manat, on beş qəpik) manat cərimə borcu olmaqla cəmi 1101.05 ( bir min yüz bir manat, beş qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. "xxxx" KB ASC tərəfindən 27.07.2021-ci il tarixdə X4 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar