Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-106/2021 03.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı soyuducu, paltaryuyan, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********41145 olan Samsung Galaxy A40 markalı telefon üçün 3636 (üç min altı yüz otuz altı) manat ödənilməmiş hissə, 787 (yeddi yüz səksən yeddi) manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43647 olan Samsung Galaxy A10 markalı telefon üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, ümumilikdə 4859 (dörd min səkkiz yüz əlli doqquz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4889 (dörd min səkkiz yüz səksən doqquz) manat pulun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin «xxxx» MMC ilə xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən Hoffmann markalı soyuducu, paltaryuyan, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********41145 və **********43647 olan Samsung Galaxy A40 və Samsung Galaxy A10 markalı telefon aldığını və nəticədə 4859 (dörd min səkkiz yüz əlli doqquz) manat borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3636 (üç min altı yüz otuz altı) manat (18 ay x 202 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı soyuducu, paltaryuyan, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********41145 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 4423 (üç yüz əlli iki) manat olmaqla, ondan 3636 (üç min altı yüz otuz altı) manat ödənilməmiş hissə, 787 (yeddi yüz səksən yeddi) manat dəbbə pulu borcunun yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu və nəticədə xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 401 (dörd yüz bir) manat (12 ay x 28 manat + 65 manat ilkin ödəniş) olan İMEİ kodu **********43647 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 436 (dörd yüz otuz altı) manat olmaqla, ondan 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu borcunun yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 65 manat təşkil etdiyini, bunları nəzərə alaraq, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı soyuducu, paltaryuyan, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********41145 olan Samsung Galaxy A40 markalı telefon üçün 3636 (üç min altı yüz otuz altı) manat ödənilməmiş hissə, 787 (yeddi yüz səksən yeddi) manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********43647 olan Samsung Galaxy A10 markalı telefon üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, ümumilikdə 4859 (dörd min səkkiz yüz əlli doqquz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4889 (dörd min səkkiz yüz səksən doqquz) manat pulun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00862957 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 00870576 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 3636 manat olan Hoffmann markalı soyuducu, Hoffmann markalı paltaryuyan, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********41145 olan Samsung Galaxy A40 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 202 manat, xx xxxxxx 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 401 manat olan İMEİ kodu **********43647 olan Samsung Galaxy A10 markalı telefon üçün ilkin ödəniş 65 manat olmaqla, 12 ay müddətinə ayda 28 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 3636 (üç min altı yüz otuz altı) manat ödənilməmiş hissə və 787 (yeddi yüz səksən yeddi) manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə və 100 (yüz) manat dəbbə pulu, ümumilikdə 4859 (dörd min səkkiz yüz əlli doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4889 (dörd min səkkiz yüz səksən doqquz) manat pul iddiaçı təşkilat «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 00862957 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 00870576 nömrəli Müqavilələrin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, "xxxx" MMC malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam sahiblik hüququ müştəriyə keçir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 3636 manat olan Hoffmann markalı soyuducu, Hoffmann markalı paltaryuyan, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ kodu **********41145 olan Samsung Galaxy A40 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ayda 202 manat, xx xxxxxx 2019-cu il tarixli Müqavilə üzrə alqı-satqı qiyməti 401 manat olan İMEİ kodu **********43647 olan Samsung Galaxy A10 markalı telefon üçün ilkin ödəniş 65 manat olmaqla, 12 ay müddətinə ayda 28 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 3636 (üç min altı yüz otuz altı) manat ödənilməmiş hissə və 787 (yeddi yüz səksən yeddi) manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə və 100 (yüz) manat dəbbə pulu, ümumilikdə 4859 (dörd min səkkiz yüz əlli doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4889 (dörd min səkkiz yüz səksən doqquz) manat pul «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-106/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-106/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver