Məhkəmə qərarları › İş №2(078)-1062/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1062/2020

11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1062/2020 11.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdehin borclu olduğu 19946 (on doqquz min doqquz yüz qırx altı) manatın alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən yolverilməzliyə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddənin məzmunundan da göründüyü kimi iddiadan imtina ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadının olması yalnız o halda iddia ərizəsinin yolverilməzliyinə səbəb olur ki, həmin ərizə, barəsində iş üzrə icraatın xitam edilməsi haqqında qərardad çıxarmış eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair verilmiş olsun. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi ilə əlaqədar məsələ tərəfimdən araşdırılarkən məlum olmuşdur ki, Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Əliyev) xx xxxx 2019-cu il tarixli, 2(110)-125/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək iddia tələbinin təmin olunmuş 5000 (beş min) manatı və dövlət rüsumu olaraq ödənilmiş məbləğin cavabdehə aid edilmiş 5 (beş) manatı Şərur rayonu Vərməziyar kəndində qeydiyyatda olan Cavabdeh alınaraq Şahbuz rayon Aşağı Qışlaq kəndində qeydiyyatda olan İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin iddia ərizəsindən aydın olur ki, İddiaçı Cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə xx xxxxxx 2018-ci il tarixli iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan şəhəri, 35-ci məhəllə, M.Araz küçəsi, 42 Ada yerləşən torpaq sahəsindən satılmış 300 kv.m hissəsinin ümumi dəyəri 30000 (otuz min) manata razılaşdırılmış və 2016-cı ilin dekabr ayının sonuna qədər hissə-hissə ödəmək şərti ilə razılaşdıqlarına baxmayaraq həmin məbləğdən 16000 (on altı min) manat ödənilmiş, qalan 14000 (on dörd min) manat pulun, əlavə olaraq borc aldığı 180 manat pulun, tikinti apardığı müddətdə istifadə etdiyi 97 ədəd mişar daşının dəyəri olan 116 manat, 140 kv.m ərazinin özəlləşməsinə çəkilmiş xərc 4800 manat, 72 kv.m çəkilmiş hasar divarının dəyəri 2650 manat, 708 saylı orderlə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat və Bakı şəhərinə 4 halda gediş-gəliş yol xərci 400 (dörd yüz) manat, ümumilikdə isə 22396 (iyirmi iki min üç yüz doxsan altı) manat borcun Cavabdeh ona ödənilməsi və Cavabdeh tərəfindən sökülmüş tikilinin (təxmini dəyəri 4300 AZN olan) bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Şərur Rayon Məhkəməsinin sözügedən qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında baxılan zaman İddiaçı kollegiyaya ərizə təqdim edərək Naxçıvan şəhəri, 35-ci məhəllə, M.Araz küçəsi, 42 A ünvanında yerləşən torpaq sahəsində 30000 (otuz min) manata satılmış 300 kv.m hissəsinə görə ödənilməmiş 14000 (on dörd min) manat, əlavə olaraq cavabdehin borc aldığı 180 manat, tikinti apardığı müddətdə istifadə etdiyi 97 ədəd mişar daşının dəyəri olan 116 manat, 140 kv.m ərazinin özəlləşməsinə çəkilmiş 4800 manat, 72 kv.m çəkilmiş hasar divarının dəyəri 2650 manat, 708 saylı orderlə vəkilə ödənilmiş 250 manat, Bakı şəhərinə 4 halda gediş- gəliş yol xərci 400 manat olmaqla ümumilikdə 22396 manat pulun Cavabdeh alınıb ona ödənilməsi və Cavabdeh tərəfindən sökülmüş tikilinin (təxmini dəyəri 4300 manat) bərpa olunması barədə qətnamə qəbul edilməsinə dair iddia tələbinin atasının iddia tələbi olmaqla heç nədən xəbərinin olmadığını, sadəcə atasının yazdığı iddia ərizəsinə imza etdiyini, buna görə də həmin iddia tələbindən imtina etdiyini bildirərərk ərizəsinin nəzərə alınıb iddia tələbinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə iddiadan imtina kollegiya tərəfindən qəbul edilərək həmin tarixdə qərardad qəbul edilərək Şərur Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(110)-125/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Hazırki iddia tələbində iddiaçının nümayəndəsi Nümayəndə övladı Rövşənin mülkiyyətində mövcud olan 773.2 kvm ərazidən məhz onun adından xx xxxxxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş 4/Ə-02-682 saylı müqaviləsi əsasında verilmiş 300 kvm ərazinin uzun illərdən bəri istifadələrində olan yardımçı tikilini qaraj, mətbəx, hamam, ayaq yolu, bulaq kompleksinin dəyəri 4300 manatın, ərazini əhatə edən hasarın dəyəri 3700 manat, özəlləşmə xərcini 5000 manat, ümumilikdə hər sotu 10.000 manatdan nəzərə alaraq 10000x300=30.000 manat razılaşdırılmış məbləğdən əlavə, tikintidə istifadə etdiyi 97 ədəd mişar daşının dəyəri 116 manatın, borc olaraq aldığı 180 manatın, çəkilmiş uzunluğu 22 metr, 63 kvm hasarın dəyəri 2650 manatın, müqavilə şərtlərini pozaraq qeyd olunmuş 3000 manatın ümumilikdə 35946 (otuz beş min doqquz yüz qırx altı manatdan) ödənilmiş 16000 (on altı min) manatdan qalan 19946 manatın ödənilməsini tələb etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən də aydın olur ki, iddiaçının nümayəndəsi Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı eyni tələblə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir, yəni, iddia ərizəsində göstərilən əsas, predmet və tərəflər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərardadla eynidir, bu halın mövcudluğu isə iddianın yolverilməzliyinə görə qəbul etmək imtina əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul edilməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də Nümayəndə tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2019-cu il tarixdə, TT**********31510 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər rəsmi qaydada İddiaçı verilsin. Buna görə də Nümayəndə tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2019-cu il tarixdə, TT**********31510 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar