Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1065/2023 21.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 və cavabdeh təşkilatın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzili barədə bağlanmış, Cavabdeh2ndə 23 aprel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzilini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 məcburiyyət qarşısında qalaraq satdığını, məcburiyyətinin oğlu X4 cavabdehə faizlə borclanması olduğunu, mənzilin dəyərindən ikiqat aşağı qiymətə satıldığını, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarındakı razılığa əsasən o mənzili oğlunun borcunu Cavabdeh1 qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdiklərini, oğlu X4 cavabdehə olan borcunu tamamilə qaytardığını, Xəyal borcu ödədiyi üçün alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istədiyini, həmin dövürdə evinə 110000-120000 manat qiymət qoyulduğunu, hazırda evin pulunu artıqlaması ilə qaytardığını, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədiyini, 57000 manatdan başqa pul görmədiyini, Xəyalın ona evi girov qoyub pul götürmək istəyini bildirdikdə razı olduğunu, Xəyalın hər şeyi sənədləşmələri etdiyini, özünün notariusa gedib imza etdiyini, oğlunun sexi olduğunu, mal almaq üçün pul lazım olduğunu, Bakı şəhərindən aparat gətirməli olduğunu, bu səbəbdən evi qoyub pul götürmək lazım olduğunu ona bildirdiyini, Xəyalın Əmrahla danışdığını, onun Əmrahla danışmadığını, onlara 60000 manat pul lazım olduğunu, bu səbəbdən alqısatqıda məbləğin 57000 manat yazıldığını, bu gün evin dəyərinin 150000 manat olduğunu, evin dəyərinin 60000 manatdan baha olduğunu, həmin evi heç kimin o, qiymətə satmayacağını, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələm pulu aldığını, pulun ödənilib bitmə tarixini bilmədiyini, Xəyalın bildiyini, Əmraha ümumilikdə 150000 manat pul ödədiklərini, Əmrahın olanları dandığından məhkəməyə səs yazısının təqdim olunduğunu, qanuna uyğun qiymət verilməsini, uzun müddət sürücü işlədiyini, bir evinin olduğunu, 7 nəfər ailə üzvünün olduğunu, evi oğlunun iş qurması üçün verdiyini, evi şərtlə verdiklərini, lakin cavabdehin dandığını, evin pulunu ödədiklərini, başqa evlərinin olmadığını göstərərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli 5 otaqlı fərdi yaşayış mənzili barədə bağlanmış, Cavabdeh2ndə 23 aprel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi qismində izahat verən X15 iddianı müdafiə etdiyini, Cavabdeh1 Daxili İşlər Nazirliyinə və və məhkəmə işlərində yalan izahat verdiyini, xx.xx.2023-cü ildə danışığa dair səs yazısından hüquq mühafizə orqanlarına verdiyi ifadələrin yalan olduğunun məlum olduğunu, izahatlarında evi pul verib aldığını, obyektdə heç bir şərtləri olmadan 100000 manat verdiyini, imtina edib izahatlarında heçnəyi düzgün demədiyini, söhbət əsasında Xəyalın ona 200 neçə min borcu olduğunu dediyini və sonra 159 min olduğunu dediyini, daha sonra 149000 manat olduğunu bildirdiyini, Cavabdeh1 ümumilikdə 150000 manat pul aldığını və həmin məbləğin 10000 manatını aylıq olaraq qaytardığını və həmin 10000 manatın bu biri hesaba aidiyyətinin olmadığını, çünki həmin 10000 manatı ona 10 faizdən verdiyi üçün “bu pul başqasınındı, bizim hesaba qatmayaq” dediyini, 23 aprel 2021-ci ildə atası İddiaçı adına olan mənzili Əmrahın adına salıb 60000 manat pul götürdüklərini və Əmrahın atasının adına banka 57000 manat pul köçürdüyünü, “niyə 57000 manat” deyə soruşduğunda onun “3000 manat qabaqcadan faiz pulu tutulur” dediyini, bu halın şahidlərinin maklerlər Emin və Nəsimi adlı şəxslərin olduğunu, 23 aprel 2021-ci ildən Cavabdeh1 60000 manat, aylıq 3000 manat faiz ödəməklə borclandığını, Əmraha 4 ay 3000-dən və 10000 manatın aylıq 1000 manatını və faizi ilə bir yerdə qaytardığını, avqust ayı Əmrahın faizinin vaxtı olduğunu, ona bir neçə dəfə zəng vurub aparatların səsindən eşitmədiyindən Şəhriyar 1-də yerləşən sexə gələrək telefonu niyə açmadığını kobudcasına bildirdiyini, həmin vaxt İqtisadiyyat Nazirliyinin əməkdaşlarının da orda olduğunu, “bunlar nə deyir” deyə soruşduğunu, özəlləşmə üçün gəldiklərini bildirdiyini, nə edəcəyini dediyini, bir hissəsini satıb özəlləşdirəcəyini bildirdiyini, “buranın yarısı sənin olsun, yarısı mənim, mən özəlləşdirim” dediyini, bir ara “sənin olsun, ikisi mənim olsun” dediyini, “mən bir iş görəcəm, mənə yarısı ödəməz, yarısı sənin, yarısı mənim olsa evivi qaytarcam, 20000 manatı da buranın üstünə yazacam” dediyini, bu qaydada razılaşdıqlarını və İqtisadiyyat Nazirliyinə getdiklərini, Vaqif müəllimin birinci etiraz etdiyini və orda da “mənim əlimdə pul olmadığı üçün Əmrahdan borca pul alıram, məcbur bunun Əmrahın adına salınması üçün müqaviləyə xitam verilməyini xahiş edirəm” dediyini, həmin obyekti Əmraha borc müqabilində verdiyini onların da bildiyini, 23 aprel 2021-ci ildə evi girov qoyduqlarını, 25 avqust 2021-ci ildə həmin obyektdə olan müqaviləsinə xitam verilib 60000 manatın 40000 manatını da obyekt onun adına kecirildiyində obyektin yarısı onun, yarısı onun olmaq şərtilə 40000 manat borcunu sildiyini və onun Əmraha qalan 20000 manat borcunu obyektin üstünə yazdığını dediyini, həmin vaxt evi atasının adına salmaq üçün əlavə 5000 manat vergi ödəniləcəyini onlara dediklərini, həmin məbləğ olmadığından Əmrahın ona “ikimiz burda artıq qardaş olduq, dədə-bala olduq, nə vaxt pulun olar, onda gedib adınıza salarıq, ora verdiyin pulu ver, mal al, pul qazan” dediyini, üstündən bir az vaxt keçəndən sonra Əmrahdan İrandan alacağı aparatın bir hissə pulunu göndərməli olduğu üçün 80000 manat pul istədiyini, onun ona “bilirsən ki özəlləşməyə verdim pulları, məndə o qədər pul yoxdu, amma dostum var, o verir 8 faizdən, elə səndə qalan 20000 manat pulu da ondan alıb vermişəm özəlləşməyə, istəsən alım verim” dediyini, əlacsızlıqdan razı olduğunu, ona gətirib 80000 manat əvəzinə 46000 manat pul verdiyini, “20000 manat da 2-3 günə verəcək” dediyini, ona “14000 manat kəsir olur axı” dediyini, “8000 manat faizi tutulur, qabaqcadan 6000 manatın 4000 manatı sənədləşmə puludu, 2000 manat da bir aylıq icarə pulunu aldılar ki özəlləşmə olsun” dediyini, ondan “məndən niyə hamısını tutursan” dediyini, onun da “pasporta da bir o qədər pul gedəcək, onu da mən edəcəm” dediyini, qalan 20000 manat pulu ona 23 gün sonra 12000 manat olaraq verdiyini, yenə də 8000 manat kəsir olduğunu, “ta 5-6 gün qalir faizin vaxtına” dediyini, elə pulunu tutub verdiyini, 2022-ci ilin dekabr ayına qədər Əmraha faizə pul ödədiyini və artıq ödəmə gücü olmadığından ona düşən hissəsini satmaq qərarına gəldiyini və bunu Əmraha bildirdiyində ona sərt cavabla “sən kimsən mənim obyektimi satırsan” dediyini, ona “sənin niyə olur, biz belə razılaşmışdıq niyə” dediyini, onun “nə ev sənindi, nə də obyekt, get hara bilirsen şikayətini elə” dediyini, xx.xx.2022-ci ilde Dövlət Təhlükəsizlik Xidmətinə başına gələn işlərlə bağlı məktub yazdığını, bunula əlaqədar bir neçə Dövlət təşkilatlarına müraciət etdiyini, məhkəməyə müraciət etmələrinin bildirildiyini, alqı-satqı müqaviləsinin qanuni bağlandığını, müqavilədən qabaq Əmrahla aralarında borc yarandığını, məcbur qalıb bu müqaviləni bağladıqlarını, obyektinin yarısını satarq həmin borcu qaytardığını, alqı-satqıdan iki ay sonra notariusa gedib evi qaytarmaq istədikdə əlavə 5000 manat vergi rüsum ödəməli olduqlarını bildirdiklərini, pul əlində olmadığından evin Əmrahın adında qaldığını, atasının evini həqiqətən satmaq istədiklərini, maklerin iştirakı ilə 100000 manata satmaq istədiklərini, qiyməti 120000-130000 manat deyildiyini, sonda 100000 manata satılar deyə bildirildiyini, Əmrahın yanına gəldiklərində bankdan pul götürdüyünü, bankın pulunu 3000 manat olmaqla ödəyərsiniz axırda da evinizi götürərsiniz dediyini, 57000 manatı götürüb bir hissəsini İrana mal gətirmək üçün yoladığını, bir hissəsinə isə obyekti təmir etdirdiyini, Əmrahın 80000 manat onlara pul vermədiyini, cəmi 57000 manat verdiyini, 23000 manat əldə vermədiyini, pulu qaytardıqlarına görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istədiklərini, məhkəməyə təqdim olunmuş səs yazısının 58 dəqiqə olmaqla kürəkənləri Rəfail ilə Əmrahın görüşüb söhbət etdiyi vaxt mobil telofonla gizli qeydə alındığını, Əmrahın həmin vaxt danışığın qeydə alınmasından məlumatının olmadığını, səs yazısının 2023-cü ildə aparıldığını göstərərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, cavabdehin izahatından müqavilənin həqiqi olmadığının məlum olduğunu, evi 80000 manata aldığını, həmin məbləği ödəməli olduğu halda notariusda 57000 manata müqavilə bağlandığını bildirdiyini, digər halda iddiaçı tərəfin həmin evi qaytarmaq üçün müraciət etməsini, lakin 5000 manat əlavə ödəməli olduqlarından bunu edə bilmədiklərini, evin qiymətinə gəldikdə isə hamıya məlum olduğu kimin cavabdehin iki mərtəbəli evinin qiymətinin 60000 manat olmadığını, 60000 manata bina evində mənzil almağın mümkün olmadığını, əgər səksən minə alırdısa banka da 80000 manat ödəməli olduğunu, etibarsızlığın əsasının olduğunu, təqdim olunmuş sübutların qanunvericiliyin tələbinə əsasən əldə olunmalı olduğunu, bu əsasla məhkəmənin qanuni qiymət verməsini, bunların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul etmədiyini, iddiaçını və oğlunu evi alana kimin tanımadığını, notariat orqanında görüb tanıdığını, evi 57000 manata deyil 80000 manata aldığını, 57000 manatı notariusda banka köçürmə yolu ilə 23000 manatı isə əldən aldıqlarını, həmin vaxtı evin dəyərinin 80000 manat olduğunu, Xəyalın heç vaxt ona pul vermədiyini, 5-6 ay evdə qaldıqlarına görə, 5 ayda obyektə görə kirayə verdiklərini, obyekti İqtisadiyyat Nazirliyində özəlləşdirib aldığını, hələ də onun obyektindən və evindən çıxmadıqlarını, 2022-ci ilin dekabr ayından ödəmə etmədiklərini, ondan şikayət olmadığını, Xəyalın İqtisadiyyat Nazirliyindən İcra Hakimiyyətinə şikayət etdiyini, şikayətin Daxili İşlər Nazirliyinə göndərildiyini, Xəyalın orada hansı izahatı verdiyini bilmədiyini, ondan sonra şikayətdə adı olmadığı halda onu çağırıb izahat alıb araşdıqdıqlarını, baxış keçirib şəkilləri çəkib ondan sonra sərbəst olduğunu bildirdiklərini, cinayət işi olsa idi araşdırma getməli olduğunu, şahidlərə qaldıqda isə Xəyalın işçiləri olduğunu, onların adına bankdan kredit götürdüyünü, ondan əvvəl olduğunu, həmin adamlara Xəyalın Əmrahdan pul alıb sizin borclarınızı ödəyəcəm dediyini, şahidlərin birinin dostu, birinin şəriyi olduğunu, 2022-ci ilin noyabr ayında məhkəmənin qərarı əsasında onları evin qeydiyyatından çıxardığını, məhkəmədə iştirak etmədiklərini, qərardan şikayət vermədiklərini, evin onların olmasını deyib etiraz etmədiklərini, 2 il yarımdır ki, ev aldığını, lakin evə girə bilmədiyini, çıxmağa söz versələrdə çıxmadıqlarından məhkəməyə müraciət etdiyini, səs yazısı təqdim etdiklərini, səs yazısını qəbul etmədiyini, montaj ola biləcəyini, Xəyaldan obyektə və evə görə kirayə aldığını, iddiaçının evin pulunu qaytardığını dediyini, lakin bununla bağlı sübut təqdim etmədiyini, harada necə qaytardığını, alqı-satqı olduğundan notariusa getdiklərini, sələm olsa idi notariusa getməyəcəklərini, iddiaçının sələm vasitəsi ilə ona pulu qaytarırdısa sənəd almalı olduğunu, evi alandan sonra Xəyalın yanında işləyən işçiləri tanıdığını, bu səbəbdən danışıqlarının əsasının olmadığını, təqdim olunmuş səs yazısının onun məlumatı olmadan düşünülmüş şəkildə gizlin yazıldığını, kürəkənlərini gizlin səs yazması üçün göndərildiyini, Rəfailin gəlib çayxanasında onunla söhbət etdiyini, lakin səsini yazmasını bilmədiyini, Rəfailin Xəyala faiz verməsini dediyini, elə bir halın olmadığını dediyini, bu əsasla səs yazısının dinlənilməsini və sübut olaraq qəbul olunmasını istəmədiyini, evi halal qazancı ilə uşağına aldığını, 3 ildir ki, ev aldığını lakin evə girə bilmədiyini, İddiaçı əziyyətlə ev əldə etdiyini, onunda əziyyətlə pul qazanıb ev aldığını, iddiaçı tərəfin evdən çıxmaması üçün iddialar verdiyini, qərarlardan şikayət etdiyini, Xəyala verdiyi 80000 manat puldan ona xərcləmədiyini, aparıb borclarına verdiyini, buna görə onun günahının olmadığını, əlavə olaraq Xəyala 100000 manat verdiyini, həmin pulu hara xərclədiyini demədiyini, kaşki, bu halın olmamasını, lakin Xəyalın 300000 manata yaxın borcunun olduğunu, banklardan pul götürdüyünü, aparıb borclarını bağladığında onun günahının olmadığını, Xəyala həmişə yaxşılıq etdiyini, vicdanlı insan olduğunu, kiminsə malında gözünün olmadığını, uşağının gələcəyi üçün evi aldığını, həmin evi Xəyala kirayə verdiyini, lakin pulunu tam olaraq ödəmədiyini, evinin dəyərli olduğunu bildirdiyini, istəyirsə 100000 manat ona 5000 manatda rüsum olaraq ödədiyi halda evini qaytaracağını, iddiaçı tərəfin evin pulu olaraq ona ödəmə etmədiyini, evi satdıqlarından onunda aldığını, evindən çıxmalarını istədiyini, bunların nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X7 iddianı qəbul etməyərək, notariat əməliyyatının qanuna uyğun aparıldığını, tərəflərin alqı-satqı müqaviləsi bağladıqlarını, notariat əməliyyatında 57000 manat ödənildiyindən bankın da həmin pulu ödədiyini, bankın pul saxlamadığını, 60000 manat ödənib 57000 manat verilməsinin mümkün olmadığını, tərəflərin notariusdan kənar mənzilin qiymətini neçəyə danışmasını bilmədiklərini, müqaviləni necə bağlayırlarsa ona uyğun sənədləşdirdiklərini, tarixi xatırlamadığı vaxtda Xəyalın həqiqətən gəlib evi qaytarmaqla bağlı müraciət etdiyini, ona belə halda 5000 manat da rüsum ödəyəcəyini izah etdiyini, müqavilənin qanuna uyğun bağlandığını, bunların nəzərə alınaraq iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınmış X21, tərəfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, Xəyalla bir məktəbdə oxuduqlarını, sonradan Xəyalın Naxçıvana gəlib sex açdığını, ona maddi sıxıntılarının olduğunu dediyini, Xəyalın sələm borcu olduğunu verə bilmədiyini dediyini, bankdan pul götürüb Xəyala verdiyini, Xəyalla birlikdə Əmrahın çayxanasına getdiklərini, Xəyalın düşüb gedib Əmraha 8000 manat verdiyini, əlavə 3500 manat bir nəfərdən, 3500 manat bir nəfərdən götürüb Xəyala verdiyini, hazırda özünün borcu qaytara bilmədiyini, ailəsinin yanında başı aşağı olduğunu, Xəyalın Əmraha pul verməsində yanında olmadığını, bu halın iki il olar ki, olduğunu, Xəyalın obyektlə əlaqədar borca düşdüyünü bildirdiyini, Xəyalın öz evində kirayə qaldığını dediyini, kiranı verməsi üçün 2200 manat bir nəfərdən götürüb Xəyala verdiyini, İddiaçı evini satmasını eşitmədiyini, Xəyalın sələm qarşılığında evi verməsini ona dediyini, evin kimin mülkiyyətində olmasını bilmədiyini, Xəyalın ona borclu olduğu adamın onu narahat etdiyini, gəlib onu ailəsinin yanında narahat edə bilər dediyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınmış X11, tərəfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, Xəyalın yanında bir neçə il işlədiyini, əvvəllər yaxşı əmək haqqı aldıqlarını, sonradan Xəyalın əmək haqlarını verə bilmədiyini, yemək bişirdiyindən orada olanları gördüyünü, Qorxmaz adlı şəxsin Əmrahla Xəyalı tanış etdiyini, gördükləri və eşitdiklərinə görə Xəyalın Əmraha sələm borcu olduğunu, hazırda 3516 manat Xəyalda alacağının olduğunu, Əmrahın Qorxmazın və bir nəfər sürücünün müəssisənin mətbəxində oturub evə dair plan cızdıqlarını, gedib Xəyala evin əldən gedir dediyini, Xəyalında xala bir şey olmaz dediyini, Coşquna da Xəyala evinin əldən getməsini deməsini bildirdiyini, sonradan Xəyalın evi vermək məcburiyyətində qaldığını bildiyini, Qorxmazın əvvəl Xəyalla birlikdə Bakıya mal göndərdiyini, sonradan Əmrahla yaxın olduğunu gördüyünü, həmin müəssisəni Əmrahın alacağını, Qorxmazında işlədəcəyini planlaşdırdıqlarını eşitdiyini, Xəyalın Əmraha faiz ödədiyini, Xəyalın özünün ödədiyini, Coşqunun aparıb verdiyini, Əmrahın gəlib aldığını, bu halların orada işlədiyi dövürdə olduğunu, tarixi xatırlamadığını, Xəyalın yanında işə başladığı tarixi xatırlamadığını, 1 il 6 ay olar ki, işdən çıxdığını, həmin müəssisədə yemək bişirməklə həmdə aparatlarda işlədiyini, Xəyalın atasının mətbəxdə danışıqlarından evlərini satmaq istədiklərini eşitdiyini, eşitdiklərinə görə malların və işçilərin pulunu ödəyə bilmədiklərindən sələm götürmək fikirlərinin olduğunu, evi hansı qiymətə satdıqlarını bilmədiyini, Əmraha satdıqlarını bildiyini, evi zorakılıqla satmaqlarını eşitmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınmış X5, tərəfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, Qorxmazın vasitəsi ilə Xəyalı tanıdığını, Xəyalın ona iş təklif etdiyini, mal almaq üçün Hyundal markalı avtomobilini satdığını, puldan 8500 manatı Xəyalın Əmraha verdiyini, Xəyaldan maşını satmağın puluna iş görmək olduğunu dedikdə Əmraha sələm borcunun olduğunu bildirdiyini, sonra malları Bakıya göndərdiklərini malın pullarının ortada olmadığını görüb soruşduqda Xəyalın Əmraha borcu olduğundan verdiyini bildirdiyini, Xəyaldan eşitdiyinə görə evi girov qoyduğunu, Xəyalın evinin olduğunu bildiyini, Xəyalın atasının Əmraha ev satmasını bilmədiyini, Xəyalın Əmraha 8500 manat pulu verməsini görmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınmış X8, tərəfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, X14 sələmə pul götürməsini bildirdiyini, vəziyyətinin yaxşı olmadığını onlara dediyini, Əmrahın 2-3 dəfə gəlib-getməsini gördüyünü, təxminən 2022-ci ilin əvvəllərində Xəyalın verdiyi 2000, 3000 və 1500 manatı müxtəlif vaxtlarda aparıb Əmraha verdiyini, Xəyalın ona həmin pulların faiz olaraq verməsini deməsə də söz-söhbətdən həmin aparıb verdiyi pulların faiz olduğunu özünün anladığını, işlədiklərinə görə əmək haqqı almaq vaxtı çatanda pulun olmadığını, Əmraha verildiyinin bildirildiyini, evin satılmasını yox, faizə görə Əmraha verilməsini eşitdiyini, Xəyalın həmin obyektdə təmir işləri apardığını, Xəyalın borcuna görə özünün də banka 20000 manat borcu olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh1 arasında Cavabdeh2ndə bağlanmış 23 aprel 2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətinə əsasən, Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m, yardımçı sahəsi 109.17 kv.m olan 5 otaqlı fərdi yaşayış evi İddiaçı tərəfindən Cavabdeh1 57000 (əlli yeddi min) manata satmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 307.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.0232 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/25 nömrəli reyestr kitabının 4845 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********88-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 04/265 nömrəli, 14 aprel 2023-cü il tarixli məktuba əsasən, İddiaçı adına ünvan 3 ünvanında 186.9 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 125 m2 olan fərdi yaşayış evinə dair 22 noyabr 1964-cü il tarixli, 1185 inventar nömrəli texniki pasport hazırlanmışdır. İddiaçı həmin fərdi yaşayış evini Naxçıvan şəhər Dövlət Notariat Kontorunun 12 noyabr 2004-cü il tarixli, 4-Ə-844 nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. ünvan 2 ünvanında, 232 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 307.10 m2 olan fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 14 may 2012-ci il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunun 16 noyabr 2004-cü il tarixli, 4/Ə-854 nömrəli müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin fərdi yaşayış evini Cavabdeh2 23 aprel 2022-ci il tarixli, 4Ə-223 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-679/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı Cavabdeh1 mülkiyyətində olan Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı məcburi qaydada çıxarılması qət edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-207/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarının surətinə əsasən, İddiaçı, X4, X9, X3, X12 və X6 Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə iddia ərizəsini, izahatları, şahid ifadələrini və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb tam yoxlayaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən aparılmış 23 aprel 2021-ci il tarixli, 4Ə-223 reyestr nömrəli Alqısatqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı iddia tələbində müqavilənin etibarsızlığına dair gətirdiyi əqdi şərtlə bağladıqlarını, faizə pul götürdüklərini, pulu ödədikdən sonra mənzilin qaytarılacağını, pulu qaytardıqlarından əqdi mübahisələndiriməsini ona hüquq verdiyini bildirmişdir. Lakin iddiaçı tərəf müqavilənin etibarsızlığının əsası kimi bildirdiyi və istinad etdiyi halların şərtlə müqavilənin bağlanmasının, faizə pul götürməsinin, pulu qaytarmasını bildirilən halların doğruluğunu təsdiq edən sübutları təqdim edə bilməmiş və işdə onları təsdiq edən digər sübutlar olmamışdır. Məhkəmə bununla bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 327-ci maddəyə əsasən, birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin maddənin məzmunundan göründüyü kimi bu maddə ümumi xarakter daşımaqla həmin maddəyə istinad edilməklə əqd mübahisələndirilərkən Mülki Məcəllə ilə əqdin etibarsızlığı üçün əsas ola bilən və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hallar dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən sui istifadə nəticəsində aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş üzrə tərəflərin izahatından görünür ki, iddiaçı tərəf mal və dəzgah almaq üçün pul lazım olduğundan evi satışa çıxarmışlar və makler vasitəsi ilə cavabdeh alıcı olmuş, qanuni şəkildə notariat orqanında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı cavabdeh tərəfindən ödənilən pulu bank vasitəsi ilə almışdır. Cavabdehin iddiaçının iradə ifadəsi olmadan zorla evi mülkiyyətinə keçirməsinə dair Cavabdeh2ndə alqı-satqı müqaviləsi imzalatdığını sübut edədəc faktlar işə baxılarkən aşkar edilmir. Belə ki, Cavabdeh2 notariusu izahatında iddaçı ilə cavabdehin arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman qanuna uyğun olmamasını bildirmişdir. İddiaçı tərəf cavabdehdən aldıqları pulu qaytardıqlarını bildirsələrdə bunu təsdiq edən heç bir sübutu təqdim edə bilməmişlər. İddiaçı tərəfindən evin şərtlə satılmasını bildirməsi halı ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir, iş materiallarında olan müqavilədə bu halı təsdiq edən hal tapmamışdır. Cavabdehin istinad etdiyi maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsi, lakin bunu etməməsi, iddiaçı tərəfindən bu müddətə əməl olunmaması, bir il ərzində əqdi mübahisələndirməməsi səbəbindən hüququ itirməsi ilə bağlı dəlillərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı alqı-satqı müqaviləsinin bağlandığı 23 aprel 2021-ci il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına əsasən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Məhkəmə dəlillərə münasibətdə iddia tələbini əsaslı hesab etmir. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Bütün sadalanan halları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia rədd olunmalır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1065/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1065/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver