Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-107/2021 27.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh X5, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Naxçıvan MR Daxili İşlər Nazirliyi Dövlət X21 əməkdaşı X6 və X2 iştirakı ilə İddiaçı cavabdeh X10 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə qazanılmış əmlakda payın müəyyən olunması və cehiz əşyalarının alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının, həmin cehiz əşyaları olmadıqda isə onların dəyərinin-4413 manatın X4 alınaraq ona qaytarılması, xx xxxxxxxx 2019-cu il tarixli “Naz Lifan LF 7162 C 620” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, o müqavilədən yaranan hüquqi nəticələrin ləğv olunması, “Naz Lifan LF 7162 C 620” markalı avtomobilin üzərində onun ½ pay hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyi Dövlət X22 və X3 iş üzrə cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 ilə 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən nikahlarının Şahbuz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(090)-18/2020 saylı qətnaməsi ilə pozulduğunu, artıq cavabdehlə aralarındakı münasibətlər tam şəkildə pozulduğundan ona məxsus olan cehiz əşyalarının məhkəmə qaydasında alınmasını istədiyini, 2019-cu ilin avqust ayından gəlin köçdüyü evdən çıxdığını, atasıgildə yaşadığını, faktiki ayrı yaşadıqları müddətdə övladlarının məktəb paltarlarını götürmək üçün qeyd olunan evə getsə də, cavabdehin buna mane olduğunu, hal-hazırda cehiz əşyalarının cavabdehin yaşadığı evdə olduğunu, həmin cehiz əşyalarının: 1. qazan- 13 ədəd (biri 30 manat olmaqla)- 390 manat;
2. stəkan- 90 ədəd (bir qutusu 5 manat olmaqla)- 75 manat; 3. nəlbəki- 48 ədəd (bir qutusu 5 manat olmaqla)- 40 manat; 4. boşqab- 130 ədəd (biri 1 manat olmaqla)- 130 manat; 5. tort qabı (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat; 6. çay servis dəsti (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat; 7. çaynik- 1 ədəd- 5 manat; 8. padnus- 8 ədəd- 40 manat; 9. çərəz qabı- 4 ədəd- 20 manat; 10. meyvə qabı- 6 ədəd- 30 manat; 11. qənd qabı- 7 ədəd- 25 manat; 12. duz qabı- 24 ədəd- 8 manat; 13. kapron qab- 6 ədəd- 9 manat; 14. kəfkir- 1 ədəd- 3 manat; 15. çəngəl qaşıq dəsti- 42 ədəd- 21 manat; 16. vanna- 1 ədəd- 7 manat;
17. həvəngdəstə- 1 ədəd- 15 manat; 18. meyvə bıçağı- 24 ədəd- 6 manat; 19. süzgəc- 3 ədəd- 14 manat; 20. çaydan- 2 ədəd- 25 manat; 21. lampa- 1 ədəd- 5 manat; 22. çörəkbişirən- 1 ədəd- 35 manat; 23. turşu qabı- 3 ədəd- 9 manat; 24. vedrə- 2 ədəd- 8 manat; 25. elektrikli ətçəkən maşını- 1 ədəd- 50 manat; 26. banka- 60 ədəd- 70 manat; 27. yastıq- 10 ədəd- 50 manat; 28. fen- 1 ədəd- 25 manat; 29. döşəkçə- 17 ədəd- 680 manat;
30. çamadan- 1 ədəd- 5 manat; 31. mebel dəsti qonaq otağı üçün- 500 manat; 32. yorğan- 7 ədəd- 168 manat; 33. döşək- 8 ədəd- 832 manat; 34. adyal- 7 ədəd- 310 manat; 35. taxt örtüyü- 2 ədəd- 30 manat; 36. mələfə- 6 ədəd- 18 manat; 37. 30 metr parça- 60 manat; 38. ayaqqabı- 4 cüt- 80 manat; 39. geyim paltarları- 110 manat; 40. stol örtüyü- 5 ədəd- 100 manat; 41. gül qabı- 1 ədəd- 15 manat; 42. stol- 1 ədəd- 30 manat; 43. pərdə- 4 ədəd- 100 manat; 44. böyük xalça- 1 ədəd- 200 manat; 45. balaca xalça- 3 ədəd- 30 manat- cəmi 4413 manat olduğunu, bundan başqa cavabdehlə birgə nikahda olduqları zaman xx xxxx 2015-ci il tarixdə “Naz Lifan LF 7162 C 620” markalı avtomobil əldə etdiklərini, 2019-cu ilin avqust ayında faktiki olaraq gəlin köçdüyü evdən çıxdıqdan sonra cavabdehin onun xəbəri olmadan xx xxxxxxxx 2019-cu il tarixdə həmin avtomobili satdığını, o avtomobildə onun haqqının olduğunu və yarısının ona məxsus olduğunu hesab etdiyini, ona görə də müvafiq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və qeyd etdiyi avtomobildə onun da pay hüququnun müəyyən olunmasını istədiyini, bunları nəzərə alaraq, ona məxsus cehiz əşyalarının, həmin cehiz əşyaları olmadıqda isə onların dəyərinin-4413 manatın X4 alınaraq ona qaytarılması, xx xxxxxxxx 2019-cu il tarixli “Naz Lifan LF 7162 C 620” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, o müqavilədən yaranan hüquqi nəticələrin ləğv olunması, “Naz Lifan LF 7162 C 620” markalı avtomobilin üzərində onun ½ pay hüququnun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli iddia ərizəsinin hissəvi baxılmamış saxlanılması haqqında qərardadı ilə, İddiaçı X10 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə qazanılmış əmlakda payın müəyyən olunması və cehiz əşyalarının alınması tələbinə dair iddia ərizəsi “xx xxxxxxxx 2019-cu il tarixli “Naz Lifan LF 7162 C 620” markalı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, o müqavilədən yaranan hüquqi nəticələrin ləğv olunması, “Naz Lifan LF 7162 C 620” markalı avtomobilin üzərində onun ½ pay hüququnun müəyyən olunması” tələbinə dair hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, cavabdeh X12 ilə 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən nikahlarının Şahbuz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(090)- 18/2020 saylı qətnaməsi ilə pozulduğunu, artıq cavabdehlə aralarındakı münasibətlər tam şəkildə pozulduğundan ona məxsus olan cehiz əşyalarının məhkəmə qaydasında alınmasını istədiyini, 2019-cu ilin avqust ayından gəlin köçdüyü evdən çıxdığını, atasıgildə yaşadığını, faktiki ayrı yaşadıqları müddətdə övladlarının məktəb paltarlarını götürmək üçün qeyd olunan evə getsə də, cavabdehin buna mane olduğunu, hal-hazırda cehiz əşyalarının cavabdehin yaşadığı evdə olduğunu, həmin cehiz əşyalarının: 1. qazan- 13 ədəd (biri 30 manat olmaqla)- 390 manat; 2. stəkan- 90 ədəd (bir qutusu 5 manat olmaqla)- 75 manat; 3. nəlbəki- 48 ədəd (bir qutusu 5 manat olmaqla)- 40 manat; 4. boşqab- 130 ədəd (biri 1 manat olmaqla)- 130 manat; 5. tort qabı (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat; 6. çay servis dəsti (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat;
7. çaynik- 1 ədəd- 5 manat; 8. padnus- 8 ədəd- 40 manat; 9. çərəz qabı- 4 ədəd- 20 manat; 10. meyvə qabı- 6 ədəd- 30 manat; 11. qənd qabı- 7 ədəd- 25 manat; 12. duz qabı- 24 ədəd- 8 manat; 13. kapron qab- 6 ədəd- 9 manat; 14. kəfkir- 1 ədəd- 3 manat; 15. çəngəl qaşıq dəsti- 42 ədəd- 21 manat; 16. vanna- 1 ədəd- 7 manat; 17. həvəngdəstə- 1 ədəd- 15 manat; 18. meyvə bıçağı- 24 ədəd- 6 manat; 19. süzgəc- 3 ədəd- 14 manat; 20. çaydan- 2 ədəd- 25 manat; 21. lampa- 1 ədəd- 5 manat; 22. çörəkbişirən- 1 ədəd- 35 manat; 23. turşu qabı- 3 ədəd- 9 manat; 24. vedrə- 2 ədəd- 8 manat; 25. elektrikli ətçəkən maşını- 1 ədəd- 50 manat; 26. banka- 60 ədəd- 70 manat; 27. yastıq- 10 ədəd- 50 manat;
28. fen- 1 ədəd- 25 manat; 29. döşəkçə- 17 ədəd- 680 manat; 30. çamadan- 1 ədəd- 5 manat; 31. mebel dəsti qonaq otağı üçün- 500 manat; 32. yorğan- 7 ədəd- 168 manat; 33. döşək- 8 ədəd- 832 manat; 34. adyal- 7 ədəd- 310 manat; 35. taxt örtüyü- 2 ədəd- 30 manat; 36. mələfə- 6 ədəd- 18 manat; 37. 30 metr parça- 60 manat; 38. ayaqqabı- 4 cüt- 80 manat; 39. geyim paltarları- 110 manat; 40. stol örtüyü- 5 ədəd- 100 manat; 41. gül qabı- 1 ədəd- 15 manat; 42. stol- 1 ədəd- 30 manat; 43. pərdə- 4 ədəd- 100 manat; 44. böyük xalça- 1 ədəd- 200 manat; 45. balaca xalça- 3 ədəd- 30 manat- cəmi 4413 manat olduğunu, cavabdehin çatışmayan əmlakı ilə bağlı dediklərini qəbul etmədiyini, ərizədə göstərdiyi əşyaların mövcud olduğunu, əşyaların qiymətini bazardan maraqlanmaqla və təxmini göstərdiyini, əşyaların mövcud olduğundan onları götürmək istədiyini, bunları nəzərə alaraq, ona məxsus cehiz əşyalarının, həmin cehiz əşyaları olmadıqda isə onların dəyərinin-4413 manatın X4 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən X12 iddianı qismən qəbul edərək, maşını 2015-ci ildə 14000 manata aldığını, kreditlə aldığını, 2017-ci ildə ödəyib bitirdiyini, maşını anasının verdiyi pul ilə aldığını, onda Qumuralın haqqının olmadığını, maşını xx xxxxxxxx 2019-cu il tarixdə satdığını, o zaman Qumuralın evdə olmadığını, avqust ayında atası evinə getdiyini, bir daha qayıtmadığını, cehiz əşyalarından 1 ədəd lampa, 1 ədəd çörək qabı, 1 ədəd gül qabı, 5 ədəd stol örtüyü, 4 ədəd pərdə, 2 ədəd xalça, 1 ədəd çamadan, 7 ədəd yorğan, 6 ədəd döşək, 7 ədəd adyal, 1 ədəd taxt örtüyü, 6 ədəd mələfə, 10 metr parça, 1 ədəd stol, 10 ədəd yastıq, 1 ədəd fen, 13 ədəd döşəkcə, 1 ədəd çaynik, 1 ədəd həvəngdəstə, 42 ədəd çəngəl qaşıq, 1 ədəd kəfkir, 20 ədəd bıçaq, 12 ədəd duz qabı, 7 ədəd qənd qabı, 3 ədəd süzgəc, 13 ədəd qazan, 1 bağlam tort qabı, 1 ədəd çay dəsti, 110 ədəd boşqab, 78 ədəd stəkan, 3 ədəd turşu qabı, 1 ədəd ətçəkən, 8 ədəd padnus, 2 ədəd çaydan, 4 ədəd çərəz qabı, 4 ədəd meyvə qabı, 2 ədəd vedrə, 60 ədəd bankanın hazırda yaşadığı evdə olduğunu, digər iddia ərizəsində göstərilən əşyaların onda olmadığını, iddiaçının göstərdiyi 17 ədəd döşəkçədən 13 ədədinin olduğunu, 8 ədəd döşəkdən isə 6 ədədinin olduğunu, digər göstərilən kəsir olan əşyaları alıb qaytarmaq imkanını olduğunu, lakin döşək və döşəkçələrin olmadığından onları verməyinin mümkünsüz olduğunu, həmçinin həmin əşyaların birgə nikah müddətində əldə olunmasının olmasına baxmayaraq iddiaçıya qaytarmaq fikrinin olduğunu, bunların nəzərə alınaraq qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Şahbuz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(090)-18/2020 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı ilə X12 arasında xx xxxx 2004-cü il tarixdə Şahbuz rayon Keçili kənd İcra Nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X13 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X14 anaları İddiaçı yanında saxlanmış və xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X7 və xx xxx 2007-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iş üzrə cavabdeh X4 hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat miqdarında alimentin tutulub uşaqların anası İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 221067 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına "Zeynalova" soyadı verilmişdir. AZ-İ seriyalı, 620820 nömrəli, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən, iş üzrə tərəflərin xx xxxxxx 2005-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. AZ-İ seriyalı, 799788 nömrəli, xx xxxxxx 2020-ci il tarixli çıxarışa əsasən, iş üzrə tərəflərin xx xxx 2007-ci il tarixdə X14 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə izahatlara, toplanmış sübutlara, tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, cehiz əşyaları: 1. qazan- 13 ədəd (biri 30 manat olmaqla)- 390 manat; 2. stəkan- 90 ədəd (bir qutusu 5 manat olmaqla)- 75 manat; 3. nəlbəki- 48 ədəd (bir qutusu 5 manat olmaqla)- 40 manat; 4. boşqab- 130 ədəd (biri 1 manat olmaqla)- 130 manat; 5. tort qabı (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat; 6. çay servis dəsti (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat;
7. çaynik- 1 ədəd- 5 manat; 8. padnus- 8 ədəd- 40 manat; 9. çərəz qabı- 4 ədəd- 20 manat; 10. meyvə qabı- 6 ədəd- 30 manat; 11. qənd qabı- 7 ədəd- 25 manat; 12. duz qabı- 24 ədəd- 8 manat; 13. kapron qab- 6 ədəd- 9 manat; 14. kəfkir- 1 ədəd- 3 manat; 15. çəngəl qaşıq dəsti- 42 ədəd- 21 manat; 16. vanna- 1 ədəd- 7 manat; 17. həvəngdəstə- 1 ədəd- 15 manat; 18. meyvə bıçağı- 24 ədəd- 6 manat; 19. süzgəc- 3 ədəd- 14 manat; 20. çaydan- 2 ədəd- 25 manat; 21. lampa- 1 ədəd- 5 manat; 22. çörəkbişirən- 1 ədəd- 35 manat; 23. turşu qabı- 3 ədəd- 9 manat; 24. vedrə- 2 ədəd- 8 manat; 25. elektrikli ətçəkən maşını- 1 ədəd- 50 manat; 26. banka- 60 ədəd- 70 manat; 27. yastıq- 10 ədəd- 50 manat;
28. fen- 1 ədəd- 25 manat; 29. döşəkçə- 13 ədəd- 520 manat; 30. çamadan- 1 ədəd- 5 manat; 31. mebel dəsti qonaq otağı üçün- 500 manat; 32. yorğan- 7 ədəd- 168 manat; 33. döşək- 6 ədəd- 624 manat; 34. adyal- 7 ədəd- 310 manat; 35. taxt örtüyü- 2 ədəd- 30 manat; 36. mələfə- 6 ədəd- 18 manat; 37. 30 metr parça- 60 manat; 38. ayaqqabı- 4 cüt- 80 manat; 39. geyim paltarları- 110 manat; 40. stol örtüyü- 5 ədəd- 100 manat; 41. gül qabı- 1 ədəd- 15 manat; 42. stol- 1 ədəd- 30 manat; 43. pərdə- 4 ədəd- 100 manat; 44. böyük xalça- 1 ədəd- 200 manat; 45. balaca xalça- 3 ədəd- 30 manat, cehiz əşyaları, olmadıqda isə onların dəyəri olan 4045 (dörd min qırx beş) manat X4 alınıb İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə sübutlarla təsdiq olunur ki,tərəflər ailə qurarkən iddiaçı özünə aid cehiz əşyaları gətirmişdir. Həmçinin cavabdeh həmin əşyaların qaytarılmasını mübahisələndirmir. X4 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. X16 Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, xx xxx 2010-cu il). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cehiz əşyaları: 1. qazan- 13 ədəd (biri 30 manat olmaqla)- 390 manat; 2. stəkan- 90 ədəd (bir qutusu 5 manat olmaqla)- 75 manat; 3. nəlbəki- 48 ədəd (bir qutusu 5 manat olmaqla)- 40 manat; 4. boşqab- 130 ədəd (biri 1 manat olmaqla)- 130 manat; 5. tort qabı (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat; 6. çay servis dəsti (Karaca firması, bir dəst)- 6 ədəd- 15 manat; 7. çaynik- 1 ədəd- 5 manat; 8. padnus- 8 ədəd- 40 manat; 9. çərəz qabı- 4 ədəd- 20 manat; 10. meyvə qabı- 6 ədəd- 30 manat; 11. qənd qabı- 7 ədəd- 25 manat; 12. duz qabı- 24 ədəd- 8 manat; 13. kapron qab- 6 ədəd- 9 manat; 14. kəfkir- 1 ədəd- 3 manat; 15. çəngəl qaşıq dəsti- 42 ədəd- 21 manat; 16. vanna- 1 ədəd- 7 manat;
17. həvəngdəstə- 1 ədəd- 15 manat; 18. meyvə bıçağı- 24 ədəd- 6 manat; 19. süzgəc- 3 ədəd- 14 manat; 20. çaydan- 2 ədəd- 25 manat; 21. lampa- 1 ədəd- 5 manat; 22. çörəkbişirən- 1 ədəd- 35 manat; 23. turşu qabı- 3 ədəd- 9 manat; 24. vedrə- 2 ədəd- 8 manat; 25. elektrikli ətçəkən maşını- 1 ədəd- 50 manat; 26. banka- 60 ədəd- 70 manat; 27. yastıq- 10 ədəd- 50 manat; 28. fen- 1 ədəd- 25 manat; 29. döşəkçə- 13 ədəd- 520 manat;
30. çamadan- 1 ədəd- 5 manat; 31. mebel dəsti qonaq otağı üçün- 500 manat; 32. yorğan- 7 ədəd- 168 manat; 33. döşək- 6 ədəd- 624 manat; 34. adyal- 7 ədəd- 310 manat; 35. taxt örtüyü- 2 ədəd- 30 manat; 36. mələfə- 6 ədəd- 18 manat; 37. 30 metr parça- 60 manat; 38. ayaqqabı- 4 cüt- 80 manat; 39. geyim paltarları- 110 manat; 40. stol örtüyü- 5 ədəd- 100 manat; 41. gül qabı- 1 ədəd- 15 manat; 42. stol- 1 ədəd- 30 manat; 43. pərdə- 4 ədəd- 100 manat; 44. böyük xalça- 1 ədəd- 200 manat; 45. balaca xalça- 3 ədəd- 30 manat, cehiz əşyaları olmadıqda isə onların dəyəri olan 4045 (dörd min qırx beş) manat X4 alınıb İddiaçı qaytarılsın. X4 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.