Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1071/2024 23.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Arif oğluna qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-314/2019 nömrəli 14 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılaraq bir uşağa görə 235 manat olmaqla, iki uşağa görə 470 manat məbləğində alimentin Cavabdeh Atıf oğlundan tutulub, övladları 27 iyun 2010cu il təvəllüdlü X1 və 27 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 22 oktyabr 2008-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə 18 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin nikahlarından 27 iyun 2010-cu il təvəllüdlü X3 və 27 noyabr 2012-ci il təvəllüdlü X4 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-929/2014 nömrəli 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 27 iyun 2010cu il təvəllüdlü X3 və 27 noyabr 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmaqla, Cavabdeh Atıf oğlundan iki uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi aliment qismində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh övladları ilə maraqlanmadığı üçün iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1360/2016 nömrəli 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-153/2015 nömrəli 13 fevral 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh Atıf oğlundan hər ay sabit pul məbləğində bir uşağa 85 manat olmaqla, iki uşağa görə cəmi 170 manat alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-314/2019 nömrəli 14 mart 2019-cu il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1360/2016 nömrəli 11 noyabr 2016cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh Atıf oğlundan hər ay sabit pul məbləğində bir uşağa 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən tutulması qət edilmişdir. İş üzrə Cavabdeh Arif oğlu məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Ərizədə qeyd edilmişdir ki, iddia tələbi və iddia ərizəsinin məzmunu ilə razılaşmır. İlk növbədə işin faktiki halları ilə əlaqədar bildirir ki, iddiaçı ilə 22 oktyabr 2008-ci il tarixdə ailə qurub və bu nikahdan 27 iyun 2010-cu ıl təvəllüdlü X3 və 27 noyabr 2012-ci il tavəlliidiü X5 adlı iki övladı dünyaya gəlmişdir. Naxçivan Şəhər Məhkəməsinin 2(078)-929/2014 saylı, 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuşdur. Məhkəmənin digər 2(078)-516/2014 saylı 23 oktyabr 2014-cü il tarixi qətnaməsi ilə birgə nikahdan olan övladlarının saxlanması üçün Cavabdeh işlədiyi təqdirdə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında, işləmədiyi təqdirdə sabit məbləğdə iki uşağa görə 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Sonradan iddiaçının yeni iddia tələbi olmuş və Naxçivan Şəhər Məhkəməsinin 2(078)-153/2015 saylı, 13 fevral 2015- ci il tarixli qətnaməsi ilə iki uşağın saxlanılması üçün cavabdehdən ümumilikdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutulması qərarlaşdırılmışdır. O, "xxxx" MMC-də satış meneceri işləyir və aylıq əmək haqqısı 659 (altı yüz əlli doqquz) manatdır. Onun başqa gəlirləri yoxdur və əmək haqqısında artım olmamışdır. Əvvəlki Məhkəmə qətnaməsi ilə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və alımenti vaxtında ödəmişdir. Bütün aliment borclarını və aylıq ödənclərini vaxtında edib və bu gün də əmək haqqından qeyd olunan nisbətdə aliment bank ödənişləri vasitəsilə tutulur. Hər ay orta hesabla 250 mantadək məbləğdə pul ödənilir. Hazırkı vəziyyətdə gəlirlərində artım olmamışdır və iddiaçının aldığı aliment məbləğinin sabit pul məbləğinə dəyişdirilməsinə zərurət yoxdur. O işləyir və müntəzəm əmək haqqına malikdir. İddiaçı özü də əlavə olaraq əmək fəaliyyəti ilə məşğul olur və daha artıq gəlirə malikdir. Əgər tərəfin özünün müntəzəm gəliri varsa və əlavə olaraq o da bir valideyin kimi hər ay 250 manat göndərirəsə daha hansı artımdan söhbət gedir? İddiaçı ondan da çox gəlirə malikdir. Təminatlı gəliri vardır. Bunda başqa o, xx.xx.2016-cı ildə ikinci dəfə ailə qurub və ikinci nikahdan xx.xx.2017-ci il təvəllüdlü X6 adlı bir övladı var və onun da özünə görə qayğıları vardır. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh övladları ilə maraqlanmadığı üçün o bir neçə dəfə aliment tələbi ilə məhkəmədə iddia qaldırmişdır. Sonuncu dəfə Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək Cavabdeh Atıf oğlundan hər ay sabit pul məbləğində bir uşağa 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi müəyyən edilmişdir. Uşaqları böyüyür, onların hər birini 125 manata saxlayıb böyütməkdə maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh 250 manat alimentdən başqa heç bir maddi köməklik etmir. Özü isə Kəngərli rayon Yeni Kərki kənd tam orta məktəbində müəllim işləyir. Cavabdeh özü əmək haqqını az yazdırıbdır. Onun kifayət qədər gəliri var. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh Arif oğluna qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh Arif oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2019-cu il üçün yaşayış minimumu bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh Arif oğlundan hər ay sabit məbləğdə bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2019-cu ildən 5 il müddət keçdiyindən həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 27 iyun 2010-cu il təvəllüdlü X1 və 27 noyabr 2012-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh Arif oğlundan hər ay sabit məbləğdə bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə yaşayış minimumunun artmasını, uşaqlarının yaşlarının artmasını və ehtiyaclarının da təbii şəkildə artmasını məhkəmə nəzərə alır və aliment miqdarının hər bir uşağa görə 55 manat olmaqla iki uşağa 110 manat artırılmasını əsaslı hesab edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 160081 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh Arif oğlu ilə Qulamova (Mustafayeva) Hicran Natiq qzı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 5206 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 748245 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Cavabdeh Arif oğlunun ikinci nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladı var. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş FBS/020 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh Arif oğlu "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyir və aylıq əmək haqqısı 659 manatdır. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən uşaqların maddi tələbatının ödənilməsinin hər iki valideynin vəzifəsi olduğunu, həmçinin cavabdehin ikinci dəfə ailə qurduğunu, ikinci nikahından bir övladının olduğunu, yüksək gəlir əldə etməsinə dair sübut təqdim edilmədiyini nəzərə almışdır. Lakin məhkəmə cavabdehin etirazında qeyd etdiyi halları, göstərdiyi arqumentləri əsaslı hesab etmir. Belə ki, alimentin dəyişdirilməsindən 5 il müddət keçmişdir və uşaqlar üçün yaşayış minimumu 160 manatdan 235 manata qədər artırılmışdır. Bu isə uşaqların minimum dolanacaq səviyyəsinin əvvəlki dövrə nisbətən aşağı düşməsinə əsas olmuşdur. Cavabdehin ikinci dəfə ailə qurması, üçüncü övladının doğulması digər iki övladını saxlamaq öhdəliyindən azad etmir və alimentin artırılmaması üçün əsas ola bilməz. Hazırki iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(360-250)=1320 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh Arif oğlundan iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 33.2 (otuz üç manat iyirmi qəpik) manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 3.2 manat= 33.2 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-314/2019 nömrəli 14 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilsin. Cavabdeh Arif oğlundan hər ay sabit məbləğdə bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, iki uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq 27 iyun 2010-cu il təvəllüdlü X1 və 27 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Artırılmış alimentin məbləği məhkəmənin hazırki iş üzrə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh Arif oğlundan 33.2 (otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1071/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1071/2024
23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver