Məhkəmə qərarları › İş №2(078)-1074/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1074/2023

21.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1074/2023 21.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh1nə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh1nə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 məxsus olmuş və qanunsuz sökülmüş sahəsi 41.1 kv.m olan foto-atelyenin əvəzində Naxçıvan şəhəri, Pişəvəri küçəsində 41.1 kv.m-dən az olmamaqla, tam təmirli, bütün kommunal xətlərlə təmin olunmuş qeyriyaşayış sahəsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsini ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən məlum olur ki, iddia Cavabdeh1 və Naxçıvan Şəhər İcra Hakimiyyətinə inzibati xarakterli qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədardır. Cavabdeh1 və Naxçıvan Şəhər İcra Hakimiyyəti inzibati orqan olmaqla, həmin orqanın inzibati qərar və hərəkətləri ilə əlaqədar mübahisələr inzibati mübahisə olmaqla, inzibati mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq, aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, inzibati mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı deyil. İstər iddia tələbinin adından, istər mahiyyətindən, istər xarakterindən və subyekt tərkibindən hazırki tələb ümumi məhkəmələrdə baxılmalı olan tələb deyildir və icraata qəbul edilməsi yolverilməz hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 16.1-ci maddəsinə əsasən, inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hazırki tələbi inzibati tələb olduğu xatırladılmaqla, müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də, İddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh1nə qarşı ona qeyri-yaşayış sahəsinin verilməsi tələbinə dair iddia ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı həmin tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunsun. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar