Məhkəmə qərarları › İş №2(078)-1080/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1080/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1080/2023 15.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 (qırx min) manat zərərin və dövlət rüsumu olaraq ödədiyi 129 (yüz iyirmi doqquz) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, iddiaçının şəxsən ona məxsus olan ünvan 1 ünvanında olan evini satmaq istədiyini, iddiaçının bir neçə müddət bundan əvvəl qohumu vasitəsilə tanış olduğu Cavabdeh adlı şəxsin 04 may 2022-ci il tarixdə evi almaq istədiyini bildirdiyini, iddiaçıya məxsus evi 90000 manat müqabilində qaynatası X2 təklif etdiyini, 50000 manatı nağd pul şəklində ödəməyi və qalan 40000 manatın əvəzinə isə özünə məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 sot torpaq sahəsi üzərində tikilmiş 3 otaqlı mənzili təklif etdiyini, bundan sonra 04 may 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi 11 saylı Notariat Ofisində ilkin Alqı-satqı Müqaviləsi bağlandığını, müqavilədə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 sot torpaq üzərində tikilmiş 3 otaqlı mənzilin iddiaçıya 1 ay müddətində təmir olunub təhvil verilməsinin göstərildiyini, əks təqdirdə notarial qaydada cavabdehin iddiaçıya qalan məbləği, 40000 (qırx min) manatı ödəməli olduğunu, lakin sonradan Cavabdeh iddiaçıya verməli olduğu, ilkin alqı-satqı etdiyi mənzili eyni zamanda başqa bir şəxsə də satdığının məlum olduğunu, eyni zamanda evə iddiaçının adına qaz çəkilməsi üçün Cavabdeh 150 manat pul istədiyini və iddiaçının pulu onun bank kartına ödədiyini, sonradan iddiaçının Cavabdeh ona məxsus mənzilin təhvil verilməsini təkidlə tələb etdikdə, onun Biləcəri qəsəbəsində 7 hektar adlandırılan ərazidə yerləşən və anasına məxsus olduğunu bildirdiyi 0.2 sot torpaq üzərində tikilmiş 3 otaqlı mənzilin açarlarını iddiaçıya verdiyini və evin sənədlərini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün təqdim olunduğunu bildirdiyini, iddiaçının həmin evə gedib ailəsinə məxsus əşyaları yığmaq və açarları dəyişmək istədiyini, bu mənzilin də Biləcəridə ev alqı-satqısı ilə məşğul olan Əli adlı şəxsə məxsus olduğunun məlum olduğunu, Cavabdeh həmin evə 150 manat beh qoyaraq açarları aldığını və iddiaçıya təqdim etdiyini, hal-hazırda iddiaçıya məxsus əşyaların küçədə qaldığını, ailə üzvləri ilə evsiz qaldıqlarını, iddiaçının 40000 manatının ödənilmədiyini, cavabdehin notarial qaydada sənədləşmə etsədə icra etmədiyini göstərərək, Cavabdeh 40000 (qırx min) manat zərərin və dövlət rüsumu olaraq ödədiyi 129 (yüz iyirmi doqquz) manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarında əlavə edilmiş: Cavabdeh ilə İddiaçı arasında 04 may 2022-ci il tarixdə Bakı şəhəri, 11 saylı Dövlət Notariat Ofisində bağlanmış 3M-652 saylı İlkin Alqı-satqı Müqaviləsinin surətinə əsasən, Cavabdeh ilə İddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsi bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 2500 kv.metr torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 300 kv.metr hissəsini və 1 ay müddətində üzərində inşasını tamamlayacağı tikilinin 40500 (qırx min beş yüz) manata İddiaçı satılması barədə gələcəkdə Alqı-satqı Müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. İddiaçı satış məbləğindən 40000 (qırx min) manatını hazırda notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəyir, satış qiymətindən qalan 500 (beş yüz) manatını isə torpağın və üzərindəki tikilinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öhdəsinə götürür. 04 may 2022-ci il tarixli qəbzin surətinə əsasən, İddiaçı Bakı şəhəri, 11 saylı Dövlət Notariat Ofisinin "xxxx" ASC-də açılan depozit hesabı vasitəsilə 40000 (qırx min) manat məbləğində pul ödəmişdir. İddiaçı ilə X8 arasında Bakı şəhəri, 11 saylı Dövlət Notariat Ofisində bağlanmış AN-İ ******* nömrəli, 04 may 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətinə əsasən, İddiaçı Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.0642 ha torpaq sahəsini bütünlüklə 50000 (əlli min) manata X3. 04 may 2022-ci il tarixli qəbzin surətinə əsasən, X8 Bakı şəhəri, 11 saylı Dövlət Notariat Ofisinin "xxxx" ASC-də açılan depozit hesabı vasitəsilə 50000 (əlli min) manat məbləğində pul ödəmişdir. Məhkəmə işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, izahatı, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 40000 (qırx min) manat məbləğində maddi zərərin və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40129 (qırx min yüz iyirmi doqquz) manat mənbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı arasında 04 may 2022-ci il tarixdə Bakı şəhəri, 11 saylı Dövlət Notariat Ofisində bağlanmış 3M-652 saylı İlkin Alqı-satqı Müqaviləsinin surətinə əsasən, Cavabdeh ilə İddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsi bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən 2500 kv.metr torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 300 kv.metr hissəsini və 1 ay müddətində üzərində inşasını tamamlayacağı tikilinin 40500 (qırx min beş yüz) manata İddiaçı satılması barədə gələcəkdə Alqı-satqı Müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. İddiaçı satış məbləğindən 40000 (qırx min) manatını hazırda notariusun bankda açılan depozit hesabı vasitəsilə Cavabdeh ödəyir, satış qiymətindən qalan 500 (beş yüz) manatını isə torpağın və üzərindəki tikilinin alqısatqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öhdəsinə götürür. 04 may 2022-ci il tarixli qəbzin surətinə əsasən, İddiaçı Bakı şəhəri, 11 saylı Dövlət Notariat Ofisinin "xxxx" ASC-də açılan depozit hesabı vasitəsilə 40000 (qırx min) manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat məbləğində maddi zərərin və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40129 (qırx min yüz iyirmi doqquz) manat mənbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar