Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1087/2021 11.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3028.32 (üç min iyirmi səkkiz manat otuz iki qəpik) AZN- bundan 998.65 (doqquz yüz doxsan səkkiz manat altmış beş qəpik) AZN əsas, 1034.53 (min otuz dörd manat əlli üç qəpik) AZN faiz, 845.48 (səkkiz yüz qırx beş manat qırx səkkiz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 149.66 (yüz qırx doqquz manat altmış altı qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə teleqram göndərərək, məhkəmə prosesini iştirakları olmadan keçirib iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında 001933 nömrəli Bank xidmətləri Müqaviləsi bağlandığını, bu müqaviləyə əsasən 09 avqust 2017-ci il tarixdə 037T08170046 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə bağlanaraq əsasən Cavabdeh 09 avqust 2017-ci il tarixdən 09 avqust 2018-ci il tarixədək illik 29 faiz dərəcəsi ilə, 1000 (min) manat məbləğində kredit xətti açdığını, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirmədiyini, 13 iyul 2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcunun 3028.32 (üç min iyirmi səkkiz manat otuz iki qəpik) AZN təşkil etdiyini, bundan 998.65 (doqquz yüz doxsan səkkiz manat altmış beş qəpik) AZN əsas, 1034.53 (min otuz dörd manat əlli üç qəpik) AZN faiz, 845.48 (səkkiz yüz qırx beş manat qırx səkkiz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 149.66 (yüz qırx doqquz manat altmış altı qəpik) AZN faiz borcunun təşkil etdiyini, Kredit Müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehin banka heç bir cavab vermədiyini, kredit borcunun banka qaytarılmasını təmin etmədiyini, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulmasının bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini, bunları nəzərə alaraq, cəmi 3028.32 (üç min iyirmi səkkiz manat otuz iki qəpik) AZN- bundan 998.65 (doqquz yüz doxsan səkkiz manat altmış beş qəpik) AZN əsas, 1034.53 (min otuz dörd manat əlli üç qəpik) AZN faiz, 845.48 (səkkiz yüz qırx beş manat qırx səkkiz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 149.66 (yüz qırx doqquz manat altmış altı qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında 09 avqust 2017-ci il tarixli, 001933 nömrəli Bank xidmətləri Müqaviləsi bağlanmış, həmin Müqaviləyə əsasən bağlanmış 09 avqust 2017-ci il tarixli, 037T08170046 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən, bank müştəriyə 1000 (min) AZN məbləğində kredit xətti açır. Kredit 09 avqust 2017-ci il tarixdən 09 avqust 2018-ci il tarixədək müddətə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 29 faiz ödəyir. 17 iyul 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13 iyul 2021-ci il tarixə 998.65 (doqquz yüz doxsan səkkiz manat altmış beş qəpik) AZN əsas borc, 1034.53 (min otuz dörd manat əlli üç qəpik) AZN faiz borcu, 845.48 (səkkiz yüz qırx beş manat qırx səkkiz qəpik) AZN cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 149.66 (yüz qırx doqquz manat altmış altı qəpik) AZN faiz borcu olmaqla, cəmi 3028.32 (üç min iyirmi səkkiz manat otuz iki qəpik) AZN borcu vardır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20 oktyabr 2017-20 avqust 2018-ci il tarixləri aralığında 48.5 AZN, 20 sentyabr 2018-ci il tarixdə isə 48.45 AZN olmaqla, cəmi 581.95 AZN məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 998.65 (doqquz yüz doxsan səkkiz manat altmış beş qəpik) manat əsas borc, 1034.53 (min otuz dörd manat əlli üç qəpik) manat faiz borcu, 845.48 (səkkiz yüz qırx beş manat qırx səkkiz qəpik) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 149.66 (yüz qırx doqquz manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3028.32 (üç min iyirmi səkkiz manat otuz iki qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında 09 avqust 2017-ci il tarixli, 001933 nömrəli Bank xidmətləri Müqaviləsi bağlanmış, həmin Müqaviləyə əsasən bağlanmış 09 avqust 2017-ci il tarixli, 037T08170046 nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən, bank müştəriyə 1000 (min) AZN məbləğində kredit xətti açır. Kredit 09 avqust 2017-ci il tarixdən 09 avqust 2018-ci il tarixədək müddətə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 29 faiz ödəyir. Lakin kredit müqaviləsi üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklər iş üzrə cavabdeh tərəfindən icra edilməməklə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmaqla, iş üzrə cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 998.65 (doqquz yüz doxsan səkkiz manat altmış beş qəpik) manat əsas borc, 1034.53 (min otuz dörd manat əlli üç qəpik) manat faiz borcu, 845.48 (səkkiz yüz qırx beş manat qırx səkkiz qəpik) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 149.66 (yüz qırx doqquz manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3028.32 (üç min iyirmi səkkiz manat otuz iki qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1087/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1087/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver