Məhkəmə qərarları › İş №2(078)-1091/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1091/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1091/2021 27.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh

1. 22.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə;

2. 29.04.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon üçün 398.7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə;

3. Ümumilikdə 897.7 (yeddi yüz doxsan yeddi manat yetmiş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında 22.09.2020-ci il tarixli və 29.04.2020-ci il tarixli Müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən "xxxx" MMC-dən Cavabdeh İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon və İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon almış və nəticədə 897.7 (yeddi yüz doxsan yeddi manat yetmiş qəpik) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə 22.09.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 504 manat (12 ay x 35 manat + 84 manat ilkin ödəniş) olan İMEİ kodu **********829638 olan İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə; 29.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 787.6 manat (12 ay x 63.3 manat + 28 manat ilkin ödəniş) olan İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon üçün 398.7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 473.9 təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh 22.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə, 29.04.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon üçün 398.7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə olmaqla ümumilikdə 897.7 (yeddi yüz doxsan yeddi manat yetmiş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş 22.09.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 21193865 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Samsung Galaxy A40 DS (SM-A405) İMEİ KOD **********62171 **********62178. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 22.09.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Samsung Galaxy A40 DS (SM- A405) İMEİ KOD **********62171 **********62178 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş 29.04.2020-ci il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 20247082 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Samsung Galaxy A30s DS (SM-A307) 64 GB İEMİ kod **********88530 **********88538; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 29.04.2020-ci il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Samsung Galaxy A30s DS (SM- A307) 64 GB İEMİ kod **********88530 **********88538; Yeni qızıl zəmanət (rəqəmsal) 2 il; Telefon quraşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. 31 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh 31.08.2021-ci il tarixə "xxxx" MMC-yə 22.09.2020-ci il tarixli 21193865 nömrəli müqavilə üzrə İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə, 29.04.2020-ci il tarixli 20247082 nömrəli müqavilə üzrə İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon üçün 398.7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə olmaqla ümumilikdə 897.7 (yeddi yüz doxsan yeddi manat yetmiş qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 11.08.2021-ci il tarixdə verilmiş arayışa əsasən Məmmədov X1 şəhəri, 36-cı məhəllə, ev 192 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 22.09.2020-ci il tarixli 21193865 nömrəli müqavilə üzrə İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə, 29.04.2020-ci il tarixli 20247082 nömrəli müqavilə üzrə İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon üçün 398.7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə olmaqla ümumilikdə 897.7 (yeddi yüz doxsan yeddi manat yetmiş qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına 01.09.2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 17 sentyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 20 sentyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından 11 oktyabr 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdim: İddia təmin edilsin. Cavabdeh 22.09.2020-ci il tarixli 21193865 nömrəli müqavilə üzrə İMEİ kodu **********62171 olan Samsung Galaxy A40 markalı telefon üçün 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41 (qırx bir) manat cərimə, 29.04.2020-ci il tarixli 20247082 nömrəli müqavilə üzrə İMEİ kodu **********88530 olan Samsung Galaxy A30s markalı telefon üçün 398.7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə olmaqla ümumilikdə 897.7 (yeddi yüz doxsan yeddi manat yetmiş qəpik) manat məbləğində borc iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X3 Portalına 01.09.2021ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar