Məhkəmə qərarları › İş №2(078)-1091/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1091/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1091/2023 26.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul məbləğinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Həsənova X2 Vəfadar Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1690 (min altı yüz doxsan) manat pul borcunun və 36.90(otuz altı manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan iclasın keçirilib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İddiaçı iddia ərizəsində, Culfa şəhərində mağazasının olduğunu, həmin mağazada məişət əşyaları adlı müxtəlif növ mallar satdığını, Cavabdeh ona məxsus mağazaya gələrək mağazadan 1690 manat dəyərində xaladelnik, paltaryuyan və digər məişət əşyalarını ayda 100 manat ödəmək şərtilə, aldığını, həmin pul borcunu ödəyəcəyi barədə öz ərizəsi ilə etiraf etdiyini, lakin bu günədək həmin borcu ödəməkdən yayındığını, Cavabdeh qeyd olunan borcu dəfələrlə istədiyini, hər dəfə borcunu qaytaracağına dair söz verdiyini, lakin faktiki olaraq borcunu qaytarmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul etdiyini, təxminən 3 il qabaq İddiaçı Culfa şəhərində mağazasından kreditlə məişət əşyaları olan 450 manata televizor, 400 manata paltaryuyan aıdığını, ilkin ödəniş olaraq 100 manat ödədiyini, sonra isə kart hesabına 30 manat göndərdiyini, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, iddiaçı tərəfindən sübut olaraq məhkəməyə təqdim olunan ərizəni özünün yazdığını, iddiaçının tələbi əsasında yazdığını, ərizədə 1690 manat borcunun olmasını iddiaçının tələbinə əsasən yazdığını, lakin həmin məbləğdə borcunun olmadığını, 720 manat borcunun olduğunu, bunların nəzərə alınaraq qanuni qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş ərizəyə əsasən, Cavabdeh Culfa şəhərində yerləşən Minurə xanıma məxsus mağazadan məişət əşyaları aldığını, ona görə də, 1690 manat borcunun olduğunu, maddi vəziyyəti yaxşı olmadığından həmin borcu vaxtında ödəyə bilmədiyini, hər ay 100 manat olmaqla, ödəyəcəyini, əks təqdirdə məsuliyyət daşıyacağını, hər ayın 26-na qədər 100 manat ödəyəcəyini göstərmişdir. Məhkəmə iddia ərizəsinə, cavabdehin izahatına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. АzərbаycаnRespublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatı yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1690 (min altı yüz doxsan) manat məbləğində pul və 36.90(otuz altı manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1726.90 (min yeddi yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ərizəyə əsasən, Cavabdeh Culfa şəhərində yerləşən Minurə xanıma məxsus mağazadan məişət əşyaları aldığını, ona görə də, 1690 manat borcunun olduğunu, maddi vəziyyəti yaxşı olmadığından həmin borcu vaxtında ödəyə bilmədiyini, hər ay 100 manat olmaqla, ödəyəcəyini, əks təqdirdə məsuliyyət daşıyacağını, hər ayın 26-na qədər 100 manat ödəyəcəyini göstərmişdir. Məhkəmə cavabdehin izahatında göstərdiyi 450 manata televizor, 400 manata paltaryuyan aıması, ilkin ödəniş olaraq 100 manat ödəməsi, sonra isə kart hesabına 30 manat göndərməsi fikirinə hüquqi qiymət verərək bildirirki, bu fikirlər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1690 (min altı yüz doxsan) manat məbləğində pul və 36.90(otuz altı manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1726.90 (min yeddi yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar