Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-110/2025 10.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçının qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş İdarəsinə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş İdarəsi arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, oğlu İddiaçı xx.xx.1974-cü il tarixdə Şahbuz rayon Kükü kəndində anadan olmuşdur. Babək ikinci dərəcə əlildir və xx.xx.1989-cu il tarixdən “Əqli zəiflik. Şəxsiyyət dəyişkənliyi ” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyatda dayanır. İddiaçı əqli cəhətdən xəstə olduğu üçün İddiaçı yoldaşı X9 zorla "Kapital Bank”dan 8000 (səkkiz min) manat kredit götürərək Babəkə qol çəkdirmişdir. Bununla bağlı o, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-43- 6/2-X-151xx/xx/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Sizin xx.xx.2023-cü il tarixində övladınız İddiaçı əqli cəhətdən xəstə olduğu üçün İddiaçı yoldaşı X7 onu zorla "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətindən 8000 manat kredit götürərək qol çəkdirmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri həmin şəxsə nə üçün kredit vermələri barədə müracətinizə əsasən əməkdaşlar tərəfindən araşdırılma aparılmışdır. Araşdırmanın nəticəsində məlum olmuşdur ki, sizin qarşı tərəflə aranızda olan məsələ mülki məsələ olduğundan daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz sizə bildirilir”. Həmin pul vəsaiti Babəkin həyat yoldaşı X6 tərəfindən şəxsi ehtiyacları üçün sərf olunmuşdur. O da məcbur qalıb məhkəməyə müraciət etməli olur. İddiaçının qanuni nümayəndəsi Nümayəndə 04 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək, cavabdehlər X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş İdarəsinə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsində texniki səhvlik nəticəsində digər cavabdehin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı əvəzinə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş İdarəsi kimi göstərildiyini, digər cavabdehin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı olaraq nəzərə alınmasını xahiş etmişdir. Həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(078)- 1561/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının əsl Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçının qanuni nümayəndəsi Nümayəndə 04 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, “Yazaraq sizə məlum edirəm ki, mənim oğlum anadangəlmə ruhi xəstədir. Yazı yazmaq, öz hesabını bilmək qabiliyyəti yoxdur. Onun pensiyasını yoldaşı alır. Krediti də bank ona necə verib bilmirəm. Bank və onun xəzinədarı ona kreditin verilməsinin mümkünsüzlüyünü deyib rədd cavabı veriblər. Sonradan necə olubsa yoldaşına da kredit veriblər. Yoldaşı öz kreditini ödəyib bunun kreditini ödəməyib. Oğlum qayınanasının evində qalırdı. Yoldaşı deyib ki, kreditə qol çəkməsən səni bu evdən çıxardacağam. 11 ildir mənim yanımdan çıxıb gedib. Gedərkən 14 baş heyvan, 3 baş mal vermişəm. Atasının köhnə evini söküb yeni evi başa gətirdikdən sonra oğlanları ilə birləşərək oğlumu evdən çıxardıblar. Paltarını geyinməyə və sənədlərini götürməyə imkan verməyiblər. İcra nümayəndəsinə və sahə müvəkkilinə müraciət etmişəm. Cavabları bu olub ki, biz kəndlimizin təsibini sənə verə bilmərik. Ona görə, Hörmətli hakim, sizdən xahişim budur ki, mənim vəkil tutmaq imkanım yoxdur. Sizə və müstəqil dövlətimizin qanunlarına arxalanıram”. İddiaçının qanuni nümayəndəsi Nümayəndə 21 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qeyd etmişdir ki, “Yazaraq bildirirəm ki, mənim oğlum İddiaçı anadangəlmə ruhi xəstədir. Belə ki, oğlumun təhsil alması üçün Təhsil Nazirliyi tərəfindən əlavə müəllim ayrıldı, ancaq hərf, rəqəm öyrənməsi mümkün olmadı. Müəllimin cavabı bu oldu ki, “bunun öyrədilməsi mümkün olmadı”. Oğluma kənddə qız vermədilər. Dedilər ki, “sənin oğlun xəstədir”. Axırda qismət Cəhri kəndində yaşayan X6 qismət oldu. Bunun pensiyasını və əmək haqqını yoldaşı alır. 11 ildir ki, oğlum məni tərk edib gedib. Yoldaşının atadan qalan möhrə evini söküb yerində özlərinə yaxşı bina qurmuşlar. Axırda oğlumu məcbur edib ki, “bankdan kredit götürməlisən. Götürməsən evdən çıxardacağam”. Bankda buna deyiblər ki, sənədə qol çək. Deyib ki, mən yazı-pozu hesab bilmirəm. Xəzinədar deyib, biz buna pul verə bilmərik. Yoldaşı deyib mən zaminəm siz məni tanıyırsınız. Bundan sonra razılığa gəlib hər ikisinə kredit veriblər. Evdə oturmuşdum. Bankdan məktub gəldi ki, oğlun kredit götürüb ləngitdiyinə görə 360 manat faiz gəlib. Getdim banka müdir məni qəbul etdi. Dedi, sənin oğlun bu pulu verəcək müqavilə bağlamışıq. Pulu ödəməlidir. Dedim siz hansı əsasda onunla müqavilə bağlamısınız. Bunun valideyini ola-ola siz ona niyə xəbərdarlıq etməmisiniz. Yəqin onun savadsızlığından və xəstəliyindən istifadə etmisiniz. Bank işçiləri bu cinayəti siz törətmisiniz. Sizin övladlarınızdan biri bunun gününə qalsın. Mən bu az pensiyadan ona 50 manat verməyə hazıram. Çünki siz Allahı tanımırsınız. Krediti götürüb xərcləyəndən sonra oğlumu zorla evdən çıxardıb. Əyninin paltarını və sənədlərini götürməyə də imkan verməyiblər. Fəhlə paltarı ilə çıxıb gəlib. Bir il yarımdır bir qəpik belə almır. Heç bir millət belə haqsızlığa getməz. Sosial pensiyası kreditə tutulur. Xahişim budur ki, cinayətkar cəzasını alsın”. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 21 noyabr 2024-cü il tarixdə məhkəməyə yazılı izahat göndərərək qeyd etmişdir ki, İddiaçı qanuni nümayəndəsi Nümayəndə (bundan sonra: İddiaçı, İddiaçının nümayəndəsi, İddia tərəfi) Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan MR Baş idarəsi və cavabdeh X2 qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbi ilə çıxış etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: Cavabdeh, Bank) xx.xx.2024-cü il tarixdə iş üzrə vəsatət verərək, işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bankın hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1d edir ki, mübahisələndirilən kredit müqaviləsi rəsmiləşdirilərkən, iddiaçı öz həyat yoldaşı X9 tərəfindən məcbur edilərək, kredit müqaviləsini imzalamışdır. İddiaçının nümayəndəsi Mülki Məcəllənin (bundan sonra MM) 342-ci maddəsinə istinad edərək, həmin kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini Məhkəmədən xahiş edirlər. İddiaçının nümayəndəsinin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə GTK3935217A500 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsi rəsmiləşdirilərkən iddiaçıdan kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi alınmış və digər sənədlər vasitəsi ilə iddiaçının iş yeri və s., məlumatları dəqiqləşdirilmiş (həmin sənədlər bu izahata əlavə edilir), iddiaçının fəaliyyət qabiliyyətsiz olmasına dair və ya müqavilənin hər hansı məcburetmə altında iddiaçının iradəsinə zidd şəkildə bağlanılmasına dair hər hansı bir şübhə aşkarlanmamışdır. İddiaçının nümayəndəsi kredit müqaviləsi bağlanarkən iddiaçıya qarşı həyat yoldaşı tərəfindən zorakılıq edilməsini bildirsə də, bu halı təsdiqləyəcək hər hansı sübut əlavə etməmişdir. Bu isə MPM-nin 77.1-ci maddəsi ilə təsbit edilmiş hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması müddəasına ziddir. İddiaçının nümayəndəsinin iddia ərizəsində əsas istinad etdiyi məqam kredit müqaviləsi bağlanarkən MM-nin 342-ci maddəsinin tələblərinin pozulması idi. MM-nin 342.1-ci maddəsində deyilir ki, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. İstinad edilən maddələrdən aydın olur ki, həmin maddə müqavilə bağlanarkən fəaliyyət qabiliyyətli olmayan şəxslə bağlanmış müqavilə etibarsızdır. Təqdim edilən sənədlərdən aydın olur ki, kredit müqaviləsi bağlanarkən iddiaçı fəaliyyət qabiliyyətli olmuş və rəsmi iş yeri olmuşdur. Bundan başqa iddiaçı tərəfin təqdim etdiyi sənədlərdən də görünür ki, yalnız Şahbuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı fəaliyyətli qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bundan başqa əlavə edilmiş çıxarışdan da görünür ki, mübahisələndirilən kredit müqaviləsi üzrə məhz iddiaçıya məxsus əmək haqqı kartından (510307******8700) silinmələr getmişdir. Xüsusi olaraq onu vurğulamaq lazımdır ki, MM-nin 354-cü maddəsində bu tip mübahisələr üzrə məhkəməyə müraciət etməyə dair kəsici və iddia müddəti qeyd edilmişdir. Həmin maddə aşağıdakı redaksiyadadır: “354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” Göründüyü kimi iddiaçı tərəf cari mübahisə üzrə həm də məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddətləri də ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq cari iddia üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X5 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq X8 məhkəmə iclaslarında iştirak etməmiş, 18 mart 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə İddiaçı adına Kapital Bankdan götürülmüş 6500 manat nağd pul götürüb atasına verdiyini, nikahları pozulanda 1800 manat nağd kreditə pul qaldığını, atasının “pul götür sənə Naxçıvan şəhərində ev alacağam” dediyini, yoldaşı İddiaçı onu döyüb evdən çıxdığını, özünün də ərizə verib boşandığını, indi də onu məhkəməyə verib pul tələb etdiyini, iki övladı olduğunu, onların da İİ qrup əlil olduqlarını, məhkəməyə gəlməyə heç cür imkanı olmadığını, bu məsələ ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh X3 məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Nümayəndə izahatında oğlunun fəaliyyət qabiliyyətsiz olduğunu, keçmiş həyat yoldaşının zorla imza çəkdirərək, onu məcbur edərək kredit götürdüyünü, keçmiş həyat yoldaşının oğlunu evdən atmaqla hədələdiyini, 2021-ci il tarixdə kredit götürüldüyünü, 2024-cü il tarixdə oğlunun fəaliyyət qabiliyyətsiz sayıldığını, oğluna kənddə qız vermədiklərini, oğlunun xəstə olduğunu, qəyyumluğu ona verdiklərini, oğlu kredit götürdüyü zaman özünün xəbəri olmadığını, oğlunun 11 il bundan əvvəl ayrılıb çıxıb getdiyini, 14 baş heyvan, 3 baş mal verdiyini, onları satdığını, oğlu ilə əlaqəsinin kəsildiyini, bir dəfə olsun ona zəng etmədiyini, maraqlanmadığını, oğlunun qayınanasının evini təmir etdirdiyini, sonra da onu kredit götürməyə məcbur etdiklərini, götürməsə evdən atacaqlarını dediklərini, oğlunun da qorxduğunu, gedib götürdüyünü, bankda oğlunun oxuyub yaza bilmədiyini dediyini, xəzinədarın da kredit verə bilməyəcəklərini dediyini, sonra Şəfanın “əsas məni tanıyırsınız, zamin mənəm” dediyini, bundan sonra necə ediblərsə kreditin verildiyini, oğlunun illərdir tikintidə işlədiyini, 550 manatdan aşağı əmək haqqı almadığını, 220 manat da pensiya aldığını, oğlunun 2021-ci ildə kredit götürdüyünü, hal-hazırda kreditin 14000 manat olduğunu, özünün təxminən 1 ay bundan əvvəl oğluna qəyyum təyin olunduğunu, 2024-cü ildə oğlunun fəaliyyət qabiliyyətsiz hesab olunduğunu, özünün 300 manat pensiya aldığını, bununla həm oğluna baxıb həm də onun borcunu ödəyə bilməyəcəyini, oğlunun fəaliyyət qabiliyyətsiz olduğunu, cavabdeh Şəfanın da oğlunu aldadıb onun adına kredit götürdüyünü bu səbəbdən kredit müqaviləsinin etibarsız hesab olunmalı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında sənədlər mübadiləsi yolu ilə xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı Kredit Müqaviləsi imzalanmış və kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə gündəlik tələbat məqsədilə 48 ay müddətinə, illik 24.71% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı Kredit Müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2025-ci ilədək hər ay 263.96 (iki yüz altmış üç manat doxsan altı qəpik) manat, sonuncu ay isə, yəni xx.xx.2025-ci il tarixdə 272.97 (iki yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat ödəməlidir. Qeyd olunan ödəniş cədvəli də İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 2113 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən xx.xx.2021-ci il tarixində bankın müştərisi İddiaçı rəsmiləşdirilmiş GTKR3935217A500 Referens nömrəli gündəlik tələbat kredit müqaviləsi üzrə cari günə hesablanmış qalıq borc 2616.92 (iki min altı yüz on altı manat doxsan iki qəpik) manat, hesablanmış faiz 49.27 (qırx doqquz manat iyirmi yeddi qəpik) manat, hesablanmış cərimə 55.56 (əlli beş manat əlli altı qəpik) manat, ödənilməli məbləğ 418.09 (dörd yüz on səkkiz manat doqquz qəpik) manat təşkil edir. Rəsmiləşdirilmiş kredit məbləği 8000 (səkkiz min) manat aylıq ödənişi isə 263.96 (iki yüz altmış üç manat doxsan altı qəpik) manat təşkil edir. Kreditə sonuncu ödəniş xx.xx.2024-cü il tarixində 220 (iki yüz iyirmi) manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ünvanlanmış 19 iyun 2023-cü il tarixli, 16/35405 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “Məlumat üçün bildiririk ki, sizinlə (CİF 1215851) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən, sizə 48 ay müddətinə, illik 24,71 faiz hesablanmaqla, 8000 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 5700,14 manat məbləğində ümumi borcunuz, gecikmə günü 44 gün olmaqla 365,3 manat məbləğində gecikmə yaranmışdır. Siz kredit müqaviləsinə uyğun ödəniş aparmadığınız üçün vaxtı keçmiş borc yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq sizdən tələb olunur ki, 365,3 manat məbləğində gecikmə borcunuzun ödənilməsini 5 (beş) təqvim günü ərzində təmin edəsiniz. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəkdir”. İş materiallarına əlavə olunmuş İddiaçı ünvanlanmış 25-158-16/N35125 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “Məlumat üçün bildiririk ki, sizinlə (CİF 1215851) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, sizə 48 ay müddətinə, illik 24,71 faiz hesablanmaqla, 8000 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 3038,02 manat, faiz borc məbləği 94,35 manat olmaqla, 3132,37 manat məbləğində ümumi borcunuz, gecikmə günü 36 gün olmaqla 328,82 manat məbləğində gecikmə yaranmışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq, 328,82 manat gecikən borc məbləğinin ödənilməsini 5 (beş) təqvim günü ərzində təmin edəsiniz. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəkdir”. İş materiallarına əlavə olunmuş İddiaçı ünvanlanmış 06 oktyabr 2023-cü il tarixli, 16/58089 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “Məlumat üçün bildiririk ki, sizinlə (CİF 1215851) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən, sizə 48 ay müddətinə, illik 24,71 faiz hesablanmaqla, 8000 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 5371,11 manat məbləğində ümumi borcunuz, gecikmə günü 135 gün olmaqla 696,31 manat məbləğində gecikmə yaranmışdır. Siz kredit müqaviləsinə uyğun ödəniş aparmadığınız üçün vaxtı keçmiş borc yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq sizdən tələb olunur ki, 696,31 manat məbləğində gecikmə borcunuzun ödənilməsini 5 (beş) təqvim günü ərzində təmin edəsiniz. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəkdir”. İş materiallarına əlavə olunmuş İddiaçı ünvanlanmış 30 noyabr 2023-cü il tarixli, 16/73363 nömrəli sonuncu xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “Məlumat üçün bildiririk ki, sizinlə (CİF ******* ) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, sizə 48 ay müddətinə, illik 24,71 faiz hesablanmaqla, 8000 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 4738,31 manat məbləğində ümumi borcunuz, gecikmə günü 69 gün olmaqla 418,4 manat məbləğində gecikmə yaranmışdır. Siz kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş aparmadığınız üçün vaxtı keçmiş borc yaranmışdır. Sizə rəsmi xəbərdarlıq göndərilməsinə və dəfələrlə telefon danışıqlarına baxmayaraq, müqavilə üzrə öhdəliklər tərəfinizdən icra edilməmişdir. Sizdən, bu xəbərdarlığı aldıqdan sonra Bank qarşısında olan gecikdirilmiş 418,4 manat məbləğində öhdəliyinizi dərhal yerinə yetirilməsi tələb olunur. Əks təqdirdə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının, tələblərinə, uyğun olaraq barənizdə müvafiq tədbirlər görəcəkdir”. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin 2(090)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X11 və İddiaçı arasında 16 yanvar 1998-ci ildə Şahbuz rayon Kükü kənd İcra Nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin 2(090)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 1974-cü ildə anadan olmuş, Şahbuz rayonu, Kükü kəndində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayə Komissiyası”nın 24 iyul 2024-cü il tarixli, 02 nömrəli qərarından görünür ki, xx xxxxxx 1974-cü ildə Şahbuz rayon Kükü kəndində anadan olmuş, haliyədə Şahbuz rayon Kükü kəndində yaşayan İddiaçı üzərində öz doğma atası Nümayəndə qəyyum təyin edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını təhlil edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini istədiyini qeyd etmişdir. Həmçinin iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında İddiaçı fəaliyyət qabiliyyəti olmadığını, İddiaçı arvadı cavabdeh X3 onun fəaliyyət qabiliyyəti olmamasından sui-istifadə edərək onun adına kredit götürdüyünüonu kredit müqaviləsini bağlamağa məcbur etdiyini qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının qanuni nümayəndəsi Nümayəndə oğlu İddiaçı kredit müqaviləsi bağlanarkən fəaliyyət qabiliyyəti olmadığını, bu səbəbdən kredit müqaviləsinin etibarsız hesab olunmalı olduğunu bildirməsinə münasibətdə isə belə qeyd edir ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Yəni Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında kredit müqaviləsi bağlanıldıqdan təxminən 3 il sonra İddiaçı məhkəmə tərəfindən fəaliyyət qabiliyyət olmayan şəxs sayılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, iddiaçının qanuni nümayəndəsi xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da müqavilənin etibarsız hesab edilməsi ilə bağlı əsaslar aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Həmçinin həmin qərarda qeyd olunmuşdu ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Yuxarıda qeyd olunmuş qanunvericilik normalarına əsasən məhkəmə belə hesab edir ki, İddiaçı qanuni nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddət buraxılmışdır. Bu müddət keçdiyi üçün iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsi hüququnu itirmişdir. Yekunda məhkəmə qeyd edir ki, İddiaçı qanuni nümayəndəsi Nümayəndə xx.xx.2021ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il kəsici müddəti buraxdığı üçün iddia tələbi rədd edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının qanuni nümayəndəsinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının qanuni nümayəndəsinin özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehlər X5 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2021-ci il tarixli, GTKR3935217A500 saylı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının qanuni nümayəndəsinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-110/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-110/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver