Məhkəmə qərarları › İş №2(078)-1100/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1100/2023

13.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1100/2023 13.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Mirvasif qızının Cavabdeh qarşı mənzilin naturada bölünməsi və ya qarşı tərəflə qarşılıqlı razılaşma olarsa, tərəflərin birinin digərinə pay dəyərinin nağd pul formasında ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Mirvasif qızı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka krediti ilə alınmış mənzilə payların müəyyən edilməsi haqqında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2023 saylı işi üzrə 02 may 2023-cü il tarixli qətnaməsini nəzərə alaraq, cavabdehlə birgə yaşayış dövründə aldıqları ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 1 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 48.66 m2, yaşayış sahəsi 28.56 m2 olan 2 otaqlı, 20 nömrəli mənzilə payların naturada bölünməsi və ya qarşı tərəflə qarşılıqlı razılaşma olarsa, tərəflərin birinin digərinə mənzilə olan pay dəyərinin nağd pul şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mirvasif qızına, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə hazırlıq iclası iddiaçının, iddiaçının nümayəndəsinin və iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, ilk məhkəmə iclasından sonra cavabdehlə aralarında aparılan danışıqların nəticəsi olaraq cavabdehin ünvan 1, mənzil 20-də ona məxsus ½ payı İddiaçı Mirvasif qızına 57500 (əlli yeddi min beş yüz) manat məbləğində satmağa razılıq verdiyini, daşınmaz əmlakın alqısatqısının 10 oktyabr 2023-cü il tarixdə ASAN Xidmət Mərkəzində rəsmiləşdirildiyini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə, hakim iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı Mirvasif qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 iyul 2023-cü il tarixli, 14395 nömrəli qəbzlə ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Göstərilən qanun normalarına əsasən iş üzrə icraata xitam verilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərarverdi: İddiaçı Mirvasif qızının Cavabdeh qarşı mənzilin naturada bölünməsi və ya qarşı tərəflə qarşılıqlı razılaşma olarsa, tərəflərin birinin digərinə pay dəyərinin nağd pul formasında ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Mirvasif qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 iyul 2023-cü il tarixli, 14395 nömrəli qəbzlə ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar