Məhkəmə qərarları › İş №2(078)-1102/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1102/2022

24.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1102/2022 24.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 oktyabr 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3900 (üç min doqquz yüz) manat borc və 59 (əlli doqquz) manat dövlət rüsumunun, ümumilikdə 3959 (üç min doqquz yüz əlli doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, öncələrdən tanıdığı, dostluq münasibəti olduğu Cavabdeh 2021-ci ilin sentyabr ayında yanına gələrək ondan pula ehtiyacının olduğunu ona təcili pul lazım olduğunu və ona pul verməsini xahiş etmişdir. Mahmuda inandığından onun ondan istədiyi 10500 (on min beş yüz) manat pulu ona vermişdir. Lakin qısa zaman ərzində anidən anasının xəstəliyi ilə əlaqədar olaraq özünə də təcili pul lazım olduğundan Mahmuddan ona verdiyi pulu geriyə istəməli olmuşdur. Mahmud ona verdiyi pulun bir qismini ona geri qaytardıqdan sonra, ona verdiyi puldan 4900 (dörd min doqquz yüz) manat pul onda qalmışdır. Mahmud ona bildirmişdir ki, narahat olma 2 (iki) ay ərzində onda qalmış 4900 (dörd min doqquz yüz) manat pulu özünə qaytarıb verəcəkdir. Həmin iki ayın üzərindən 1 (bir) ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh ona borclu qaldığı 4900 (dörd min doqquz yüz) manat puldan yalnız 1000 (bir min) manatını özünə qaytarıb vermişdir. Hazırda Cavabdeh ona 3900 (üç min doqquz yüz) manat borcludur. 03 sentyabr 2022-ci il tarixində Mahmud onun öz xətti və imzası ilə bu barədə yazılı şəkildə ərizə də yazdı. Yazılı ərizəsinə və razılaşmaqlarına uyğun olaraq Cavabdeh 4900 (dörd min doqquz yüz) manat pulu ondan borc aldığını və həmin puldan 1000 (bir min) manatını özünə qaytardığını, hazırda ona 3900 (üç min doqquz yüz) manat pulun borclu qalmasını etiraf etmişdir. Ona borclu olduğu 3900 (üç min doqquz yüz) manat pulu isə 2022ci il sentyabr ayının sonunadək ona qaytaracağını bildirmişdir. Mahmud nə söz verdiyi tarixdə, nə də ki, həmin tarixdən bu günədək həmin borc puldan özünə bir manat da geri qaytarmamışdır. Dəfələrlə Mahmuddan ona borclu qaldığı 3900 (üç min doqquz yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də cavabdeh bu günədək borcunun ona qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 24 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 05 noyabr 2022-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, həqiqətən onun İddiaçı 3900 manat borcunun olduğunu, borcunu etiraf etdiyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçının cavabdehlə aralarında olan razılaşma əsasında Cavabdeh verdiyi borcun qaytarılmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına dair tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; - iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar