Məhkəmə qərarları › İş №2(078)-1102/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1102/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1102/2023 01.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borca görə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş kredit borcuna görə 708 (yeddi yüz səkkiz) manat, ödənilməmiş dəyər üçün hər gecikdirilmiş ay üçün qalmış olan dəyərin 10 (on) faizi olmaqla, ödənilməmiş 7 ay üzrə 495.60 (dörd yüz doxsan beş manat altmış qəpik) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun, ümumilikdə 1236.60 (min iki yüz otuz altı manat altmış qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 20 dekabr 2022-ci il tarixli, 3961 nömrəli kredit müqaviləsi ilə 1068 manat dəyərində bir ədəd mobil telefonunu Cavabdeh kreditə verdiyini, 3961 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1068 (min altmış səkkiz) manat, ilkin ödəniş məbləği 90 (doxsan) manat, kreditin qalıq məbləği 978 (doqquz yüz yetmiş səkkiz) manat olmaqla, 11 (on bir) ay müddətində aylıq 89 (səksən doqquz) manat olmaqla, nağd və ya köçürmə yolu ilə kredit borcunu qaytaracağını öhdəsinə götürdüyünü, cavabdehin 3961 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtlar kredit borcunu ödəyərək ilkin ödəniş daxil olmaqla, 1068 (min altmış səkkiz) manat kredit borcundan cəmi 360 (üç yüz altmış) manat borcunu ona geri qaytardığını, lakin cavabdehin kredit borcundan qalmış 708 (yeddi yüz səkkiz) manat pulu bu günədək ona qaytarmadığını, cavabdehə bir neçə dəfə ona borclu qaldığı pulu qaytarmasını bildirsə də və bu barədə ona yazılı ərizə göndərsə də, cavabdehin hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırtdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, cavabdehlə bağlanılmış 3961 nömrəli kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən onunla onun arasındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün malın ödənilməmiş qalmış dəyərinin 10 (on) faizi miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürdüyünü, bu səbəbdən də, cavabdehin ona 20 dekabr 2022-ci il tarixli, 3961 nömrəli kredit müqaviləsi üzrə 7 ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyinə görə qalmış olan dəyərinin 10 (on) faizi olmaqla, ödənilməmiş 7 ay üzrə 495.60 (dörd yüz doxsan beş manat altmış qəpik) manat pulun da ona ödənilməsini istədiyini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və tələbin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsinin çıxarılmalı, cavabdeh tərəfindən ona ödənilməli olan pul tələbinin təmin edilməli, tələb edilən kredit borcundan qalmış 708 (yeddi yüz səkkiz) manat, ödənilməmiş dəyər üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 7 ay üzrə 495.60 (dörd yüz doxsan beş manat altmış qəpik) və 33 (otuz üç) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh ödənilməmiş kredit borcuna görə 708 (yeddi yüz səkkiz) manat, ödənilməmiş dəyər üçün hər gecikdirilmiş ay üçün qalmış olan dəyərin 10 (on) faizi olmaqla, ödənilməmiş 7 ay üzrə 495.60 (dörd yüz doxsan beş manat altmış qəpik) manat pulun və 33 (otuz üç) manat dövlət rüsumunun, ümumilikdə 1236.60 (min iki yüz otuz altı manat altmış qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli, 3961 nömrəli Kredit Müqaviləsinə əsasən, alıcı aldığı malın dəyərini 11 ay müddətində 89 manat olmaqla, nağd və ya köçürmə yolu ilə satıcıya ödəməyi öhdəsinə götürür. Kreditin məbləği: 1068 (min altmış səkkiz) manat, ilkin ödənilən məbləğ: 90 (doxsan) manat, kreditin qalan məbləği: 978 (doqquz yüz yetmiş səkkiz) manat. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1031 nömrəli, 26 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı 20 dekabr 2023-cü il tarixli, 3961 nömrəli Kredit Müqaviləsi şərtlərinin, ödəniş qəbzləri məlumatlarının düzgünlüyü nəzərə alındıqda, 20 dekabr 2023-cü il tarixli, 3961 nömrəli Kredit Müqaviləsi üzrə 26 iyul 2023-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) əsas borcu 708 (yeddi yüz səkkiz) manat, dəbbə pulu üzrə 145.08 (yüz qırx beş səkkiz qəpik) manat təşkil edir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 708 (yeddi yüz səkkiz) manat məbləğində əsas borc və 145.08 (yüz qırx beş səkkiz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 853.08 (səkkiz yüz əlli üç manat səkkiz qəpik) manat məbləğində pul və iddianın təmin olunan hissəsinə uyğun olaraq 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılmalı, dövlət rüsumundan qalan 3 (üç) manat iddiaçıya qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1031 nömrəli, 26 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı 20 dekabr 2023-cü il tarixli, 3961 nömrəli Kredit Müqaviləsi şərtlərinin, ödəniş qəbzləri məlumatlarının düzgünlüyü nəzərə alındıqda, 20 dekabr 2023-cü il tarixli, 3961 nömrəli Kredit Müqaviləsi üzrə 26 iyul 2023-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) əsas borcu 708 (yeddi yüz səkkiz) manat, dəbbə pulu üzrə 145.08 (yüz qırx beş səkkiz qəpik) manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 708 (yeddi yüz səkkiz) manat məbləğində əsas borc və 145.08 (yüz qırx beş səkkiz qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 853.08 (səkkiz yüz əlli üç manat səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı qaytarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 33 (otuz üç) manatın iddianın təmin edilmiş hissəsinə mütanasib olan 30 (otuz) manatlıq hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Dövlət rüsumundan qalan 3(üç) manat İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar