Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1103/2022 26.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə onun adına "xxxx" ASC-dən götürmüş olduğu kreditə görə Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)-949/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 5532.62 manat pulun yarısının, 2766.31 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən BaxşəliyevaGünayə Lətif qızı iddianı müdafiə edərək, Cavabdeh ilə 14 may 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirib ailə qurduğunu, 3 övladının doğulduğunu, lakin onun iddiası əsasında aralarında olan nikahın Naxçıvan Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(078)- 884/2021 nömrəli qətnaməsi ilə pozulduğunu, nikahda olarkən Bakı şəhərində yaşadıqları müddətdə Cavabdeh dönərxana açmaq istədiyinə görə ona hədə-qorxu gəldiyi üçün məcburiyyət qarşısında qalaraq "xxxx" ASC-dən 07 sentyabr 2019-cu il tarixdə BRED1457035A123 saylı kredit kartı ilə 05 avqust 2022-ci il tarixədək 25% dərəcəsi ilə 1000 (min) manat, 05 oktyabr 2019-cu il tarixdə isə GTKR1530016A123 saylı kredit müqaviləsi əsasında 48 ay müddətinə illik 27.84% dərəcəsi ilə 3700 (üç min yeddi yüz) manat kredit götürdüyünü, götürdüyü kredit pullarını Zaurun zorla ondan alıb dönərxana açdığını, lakin işlədə bilmədiyi üçün ziyana getdiyini, həmin vaxt Bakı şəhəri, Abşeron rayonu, 24 nömrəli uşaq bağçasında işlədiyini, aylıq 255 manat əmək haqqı aldığını, aldığı əmək haqqının da 5 ay davamlı olaraq 128.61 manatını faiz borcu olaraq banka ödədiyini, lakin 2020-ci ilin fevral ayında Naxçıvan şəhərinə qayıtdıqlarını, burada "xxxx" MMC-də işlədiyini, lakin Zaurun əmək haqqısını əlindən aldığı üçün, kreditini ödəyə bilmədiyi üçün bankın onu məhkəməyə verdiyini, məhkəmənin kredit kartına görə əsas və faiz borcu 1292.34 manat, kredit müqaviləsinə əsasən isə əsas və faiz borcu olaraq 4240.28 manat, ümumilikdə "xxxx" ASC-nin xeyrinə 5532.62 manat onun tərəfindən pul ödənilməsi ilə bağlı qətnamə qəbul etdiyini, qətnamə icraya yönələndə Zaurun onu uşaqlarla birlikdə 12 iyun 2021-ci il tarixdə evdən qovaladığını, uşaqları ilə birlikdə atası evinə qayıtdığını, həmin vaxtdan da atası evində yaşadıqlarını, heç bir yerdə işləyə bilmədiyi üçün krediti ödəyə bilmədiyindən qətnamənin icrasız qalmaqda davam etdiyini, qətnamə çıxdığına görə birgə nikah dövründə (götürülmüş kredit) yaranmış borcun yarısını Zaurun ona ödəməli olduğunu, özü işsiz olduğundan və Zaur yaranmış borcun yarısını mənə vermədiyindən bankın və icra məmurlarının ondan borcun ödənilməsini tələb etdiklərini, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, evləndikdən sonra yoldaşının işləmədiyini, özünün işlədiyini, ailəyə kömək etdiyini, işləmək üçün Türkiyəyə, oradanda Bakıya getdiklərini, işləyərək ailəyə kömək olduğunu, cavabdehin dönərxana işini batırdığını, Bakıda olanda Naxçıvana qayıtmaq üçün vəsaitləri olmadığından qaynanasının pul göndərdiyini, Bakıdan Naxçıvana qayıtdıqlarını, cavabdehin düzgün izahat vermədiyini, 600 manatla dönərxana açmağın mümkün olmadığını, kredit müqavilələrini Bakı şəhərində yaşadıqları müddətdə orada bağladığını, ilkin 1000 manat götürməsinin səbəbinin Zaurun dönərxanada işləməsinin, gəlib ona dönərxananın işlədənin işlətmək istəməməsini, özünün götürüb işlətmək fikri olduğunu, 500 manatın kirayə, 500 manatında icərisində olan əşyalara görə vermək lazım olduğunu ona dediyini, bu səbəbdən ilkin olaraq 1000 manat kredit götürüb verdiyini, sonra Zaurun dönərxananın əvvəlki, işlədənlə sözləri düz gəlmədiyindən gəlib əşyalarını apardığından yenidən kreditə 3700 manat götürüb Zaurla və uşaqları ilə birlikdə “Sədərək bazarı” adlanan yerdən dönərxana üçün ləvazimatlar dönər aparatı, toster və digər qab-qaşıq 3000 manat dəyərində aldıqlarını, həmin puldan uşaqlara məktəb paltarları almaq fikirlərinin də olduğunu, lakin ala bilmədiklərini, gəlib Zaurun xalasından ikinci aya kirayəni vermək üçün 300 manat borca aldıqlarını, dönərxananı işlədən adamdan aylığı 500 manata kirayə götürdüklərini, əşyalara görə isə aylıq ödəmək şərti ilə 2000-3000 manata danışdıqlarını, dönərxananı bir ay işlətdiklərindən 500 manat əşyalara, 500 manat da kira puluna verdiklərini, əşyaların alınma dəyərini unutduğunu, Zaurun əşyaların dəyərini bildiyini, aldıqca qeyd etdiyini, təxmini yadında qaldıqlarına görə 4 stol 60-70 manatdan, 16 ədəd stul bir ədədinin dəyərinin 30 manatdan, 1 ədəd dönər aparatı 100 manatdan artıq, bəlkədə 200 manat olan, 1 ədəd toster aparatı 100-150 manatdan, 1 ədəd mikrodalğalı soba 100-150 manatdan, qab-qacaq taralkalar, podnoslar, stəkanlar aldıqlarını, qabqaşığa verdikləri pulun miqdarının yadında olmadığını, 100 manatdan artıq dəyərə iki ədəd dönər bıçağı aldıqlarını, yemək bişirmək üçün qazanlar, yeməkləri yığıb vitrin düzəltmək üçün dörd künc qazanlar və əlavə reklam vitrini aldıqlarını, Zaurun qril aparatı aldığını, lakin dəyərini bilmədiyini, onlardan əvvəl kirayə işlədən şəxsin kuxni mebelini və hava təmizləyicini söküb aparmasın deyə Zaurdan pul aldığını, baxçada dayə işlədiyi üçün saat 08-də evdən çıxıb 17-də dönərxanaya qayıtdığını, oranın təmizliyinə qabların yuyulmasına baxıb sonra evdə lavaş, kartof bişirib, salat hazırlayıb uşaqları ilə dönərxanaya göndərdiyini, işdə olduğu müddətdə evə zəng vurduqda Zaurun evdə olduğundan dönərxananı açmaması səbəbindən mübahisə etdiklərini, ona saat 13-dək dönərxananı açmamasını bildirdikdə pulu sən vermisən deyə mübahisə edib nə vaxt istəsə o vaxt gedəcəyini dediyini, dönərxananı sentyabr ayında pulu götürdükdən sonra işlətməyə başlayıb dekabr ayının əvvəlinə kimin davam etdiklərini, dönərxananı günün yarsından sonra açıb işlətdiyindən qazanclarının olmadığını, aldıqları toyuğun pulunu çox vaxtı Zaurun ondan aldığını, Bakıda kirayədə qaldıqlarını, aylıq 200 manat ödədiklərini, dönərxana bağlandıqdan sonra aldıqları əşyaların satıldığını, əldə olunan pulu Zaurun dönərxananın 2 aylıq kirayəsinə və mənzilin kirayəsinə verdiyini, əşyaların hansı qiymətə satıldığını bilmədiyini, yalnız stol-stulların hamısını dayısının 50-60 manata satdığından dəyərini bildiyini, dönər aparatını Zaurun satdığından qiymətini bilmədiyini, dönər bıçaqlarını üstündə pay verdiyini, qab-qacaların, toster aparatının və mikrodalğalı sobanın satılmadığından evdə qaldığını, Bakıdan Naxçıvana gətirdiklərini, əşyalardan qırılanlar olduğunu, yalnız padnosa oxşar qazanların qaldığını, əşyaların cavabdehdə olduğunu, həmin əşyaları işlətdiklərindən bəzilərinin yanaraq sıradan çıxdığını, krediti götürdükdən sonra Zaura verib get dönərxananı işlət dediyini, ilk olaraq Zaurun qril aparatını aldığını, sonradan onu qaytarıb yenisini aldığını, lakin alınma dəyərini bilmədiyini, kreditə görə ilk 4- 5 ayı ödədiyini, sonra cavabdehin qazancını anasına verdiyindən ailəni dolandırmaq üçün əmək haqqını xərclədiyindən krediti ödəyə bilmədiyini, banktdan kredit götürərkən ona alış-veriş kartıda verildiyini, həmin kartda olan məbləği nağdılaşdırmağın mümkün olmadığını, Zaurun həmin kartı aparıb yanacaq doldurma məntəqəsində nağdılaşdıra bildiyini, atasının evinə gedənə kimin kredit borcundan ödəmə edilmədiyini, Zaurun pulu ödəmədiyini, ona həmişə atan ödəsin dediyini, sonra aliment tələbi olduqda kredit borcundan ödəmələrə başladığını, hazırda olan borca görə aylıq ödəmələr etdiyini, 2019cu ildə Naxçıvana qayıdıb 2021-ci ildə nikahlarının pozulduğunu, aliment də kəsildiyini, lakin cavabdehin ödəmədiyini, hazırda nikah müddətində borclu olduğundan Zaurdan borc məbləğinin yarısının alınıb banka ödənilməsini istədiyini göstərərək, Cavabdeh ilə birgə nikah dövründə onun adına "xxxx" ASC-dən götürmüş olduğu kreditə görə Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)-949/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş 5532.62 manat pulun yarısının, 2766.31 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul edərək, dönərxana açmaq fikirinin Türkiyədən gələndə düşündüklərini, Bakı şəhərində Anar adlı şəxsin yanında dönərxanada işlədiyini, 6-7 ay işlədiyini, sonra həmin adamın başqa yerdə dönərxana açdığını, oranın geniş olmasına görə köçdüyünü, həmin yerin kirayə haqqının aylıq 500 manat olduğunu, həmin şəxsin yeni yeri işlədə bilmədiyindən kirayə pulunu vermədiyindən sahibin onu çıxarmaq istədiyini, bu halda sahibdən dönərxananı işlətmək üçün istədiyini, razılıq olduqda işlədən adamın dönərxanaya ləvazimatlar və şərait yaradılması üçün 3200 manat pul xərcləməsini bildirdiyini, həmin xərci ondan istədiyini, ona həmin pulu bir dəfəmə ödəmək imkanının olmadığını, günlük 15-20 manat ödəyəcəyini, bankdan götürüb 2000 manat verəcəyini, qalan 1000 manatı az-az ödəyəcəyini bildirdiyində razılaşdıqlarını, həmin adamın hər gün gəlib 15-20 manat aldığını, sonra həmin adamla razılıqlarının pozulduğunu, onun dönərxanadan çıxmağını dedikdə çıxmayacağını bildirdiyini, həmin adamın əşyalarını dönərxanadan götürdüyünü, kuxni mebelini, vitrini və havalandırmanı saxladığını, yeni başladığından sahiblə danışıb iki ay kirayə puluna möhlət istədiyini, iki aydan sonra aylıq 500 manat kirayə haqqını verə bilməyəcəyindən dükanı iki hissəyə bölüb digər hissəyə görə 250 manatı bərbərin ödəməsinə razılaşdıqlarını, sonra cəmi bir ay işlədiyini, sahibə 150 manat borcunun olduğundan dönər aparatını və tosteri yanındakı dükançının 250 manata satdığını, iddiaçının qeyd etdiyi bazardan dönərxana üçün əşyalar aldıqlarını, dönər aparatını 180 manata, toster aparatı 40 manata, mikrodalğalı soba 90 manata, bıçaq 1 ədəd 30 manata, ümumi qab-qaşığı təxminən 70-80 manata aldıqlarını, iki ədəd stol hər birinin yanında 4 ədəd stul, bir dəsti 80 manata aldıqlarını, sonra hər dəsti 60 manatdan iddiaçının dayısına satdıqlarını, ikinci əl söyuducu 100 manat dəyərində aldıqlarını, sonra 100 manata satdıqlarını, həmin pullarında ailəyə xərcləndiyini, həmin əşyaları iddiaçının ilk dəfə götürdüyü 1000 manatla aldıqlarını, 3700 manat krediti iddiaçının ona vermədiyini, qril aparatını ona tanışının verdiyini, işlətdiyini, lakin zəif olduğundan qaytardığını, pul ödəmədiyini, əşyaların qırılmadığını, iddiaçının anasının yığıb apardığını, iddiaçının ona pul vermədiyini, bazarda da pulu iddiaçının xərclədiyini, iddiaçı ilə dönərxana açmaq fikirinə gəldiklərini, iddiaçını məcbur etmədiyini, kredit götürməyə məcbur etmədiyini, dövlət işində işləmədiyi üçün ona kredit verilmədiyindən iddiaçının adına götürüldüyünü, kreditin nikahda olduqları müddətdə götürüldüyünü, dönərxananın kirayəsinin rəsmi müqavilə ilə olmadığını, ümumi əşyaların alınmasına 600- 700 manat xərcləndiyini, iddiaçının 3700 manat kredit götürəndə əvvəl götürdüyü 1000 manat krediti bağladığını, çünki, əvvəlki borcu ödəmədikdə yeni kreditin verilmədiyini, 1000 manatdan 700 manat əşyalara qalan 300 manatı ailənin sosial qayğılarına xərclədiklərini, bankdan götürdükləri kredit pulunun ailənin yeməyinə sosial qayğılarına, kirayə puluna xərcləndiyini, aylıq 330 manat aliment ödədiyini, maddi imkanının olmadığını, dönərxanaya xərclənməsinə görə iddia tələbinin 1000 manatını qəbul etdiyini, bunların nəzərə alınaraq iddianın qismən təmin olunması barədə qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə BaxşəliyevaGünayə Lətif qızı (borcalan) arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli, GTKR1530016A123 nömrəli Kredit Müqaviləsinə əsasən, kreditin məbləği 3700 (üç min yeddi yüz) manat müəyyən olunur. Kreditin müddəti: 48 ay. İllik faiz dərəcəsi: 27.84%. 05 oktyabr 2019-cu il tarixli, GTKR1530016A123 nömrəli Kredit Müqaviləsinə əlavəyə əsasən, BaxşəliyevaGünayə Lətif qızı üzərinə götürdüyü krediti faizləri ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 07 noyabr 2019-07 sentyabr 2023-cü il tarixləri aralığında hər ay 128.61 AZN, 09 oktyabr 2023-cü il tarixdə isə 133.31 AZN olmaqla, cəmi 6177.98 AZN ödəməyi öhdəsinə götürmüşdür. Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)-949/2020 nömrəli qətnaməsinin surətinə əsasən, cavabdeh BaxşəliyevaGünayə Lətif qızından xx.xx.2019-cu il tarixli, BRED1457035A123 saylı kredit kartına dair müqaviləsinə əsasən 999.01 (doqquz yüz doxsan doqquz manat bir qəpik) manat əsas, 293.33 (iki yüz doxsan üç manat otuz üç qəpik) manat faiz olmaqla, cəmi 1292.34 (bir min iki yüz doxsan iki manat otuz dörd qəpik) manat, xx.xx.2019-cu il tarixli, GTKR1530016A123 saylı kredit müqaviləsinə əsasən 3523.07 (üç min beş yüz iyirmi üç manat yeddi qəpik) manat əsas, 717.21 (yeddi yüz on yeddi manat iyirmi bir qəpik) manat faiz olmaqla, cəmi 4240.28 (dörd min iki yüz qırx manat iyirmi səkkiz qəpik) manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə cəmi 5532.62(beş min beş yüz otuz iki manat altmış iki qəpik) pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən X9 və ya AsanPay vasitəsilə xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh BaxşəliyevaGünayə Lətif qızından alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli qətnaməsinin surətinə əsasən,BaxşəliyevaGünayə Lətif qızı ilə Cavabdeh arasında 14 may 2007-ci ildə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü AbdullayevaMünəvvər Zaur qızının, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları BaxşəliyevaGünayə Lətif qızının yanında saxlanılması, 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 23 yanvar 2008-ci il tarixdə anadan olmuş X2, 05 fevral 2009-cu il tarixdə anadan olmuş AbdullayevZahir Zaur oğlunun və 11 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 1 uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 330 (üç yüz otuz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası BaxşəliyevaGünayə Lətif qızına ödənilməsi, müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 24 noyabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləğinin nəzərə alınması, Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulmasının ləğv edilməsi qət edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, tərəflərin izahatlarını,işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürmüş olduqları kreditə görə Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)-949/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 5532.62 (beş min beş yüz otuz iki manat altmış iki qəpik) manat pulun yarısının- 2766.31 (iki min yeddi yüz altmış altı manat otuz bir qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli, GTKR1530016A123 nömrəli Kredit Müqaviləsinə əsasən, kreditin məbləği 3700 (üç min yeddi yüz) manat müəyyən olunur. Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)-949/2020 nömrəli qətnaməsinin surətinə əsasən, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli, BRED1457035A123 saylı kredit kartına dair müqaviləsinə əsasən 999.01 (doqquz yüz doxsan doqquz manat bir qəpik) manat əsas, 293.33 (iki yüz doxsan üç manat otuz üç qəpik) manat faiz olmaqla, cəmi 1292.34 (bir min iki yüz doxsan iki manat otuz dörd qəpik) manat, xx.xx.2019-cu il tarixli, GTKR1530016A123 saylı kredit müqaviləsinə əsasən 3523.07 (üç min beş yüz iyirmi üç manat yeddi qəpik) manat əsas, 717.21 (yeddi yüz on yeddi manat iyirmi bir qəpik) manat faiz olmaqla, cəmi 4240.28 (dörd min iki yüz qırx manat iyirmi səkkiz qəpik) manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə cəmi 5532.62 (beş min beş yüz otuz iki manat altmış iki qəpik) pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən X9 və ya AsanPay vasitəsilə xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 14 may 2007-ci ildə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2-ci maddəsinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-cimaddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə iddiaçının banka kredit borcunun birgə nikah dövründə yaranmasını, həmin məbləğin ailənin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sərf olunmasını, nəzərə alaraq iddianın təmin olunması qənatinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, bu fakt iş üzrə tərəflərin izahatları ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. BaxşəliyevaGünayə Lətif qızıilə Cavabdeh birgə nikah dövründə BaxşəliyevaGünayə Lətif qızının adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürmüş olduqları kreditə görə Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)-949/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 5532.62 (beş min beş yüz otuz iki manat altmış iki qəpik) manat pulun yarısının- 2766.31 (iki min yeddi yüz altmış altı manat otuz bir qəpik) manat məbləğində pul Cavabdeh alınaraq BaxşəliyevaGünayə Lətif qızına qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1103/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1103/2022
26.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver