Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1104/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyriyaşayış sahəsindən əşyaların məcburi qaydada çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 10-cu küçə 4/38 ünvanında yerləşən, xüsusi mülkiyyət hüquqlu qeyri-yaşayış sahəsindən Cavabdeh məxsus əşyaların məcburi qaydada çıxarılması, sənədlərin təsdiqi üçün 6 (altı) manat və dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 106 (yüz altı) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, əvvəllər "xxxx" ASC-yə məxsus Naxçıvan şəhəri, 10-cu küçə 4/38-də yerləşən, ümumi sahəsi 3865.1 kv.m-lik, əsas sahəsi 3848.9 kv.m-lik , köməkçi sahəsi 16.2 kv.m-lik qeyri-yaşayış sahəsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 15 fevral 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə onun şəxsi mülkiyyətinə verildiyini, əmlak alınarkən humanistlik prinsipini əsas tutaraq Cavabdeh məxsus əşyaların 1 ədəd kapron qırma aparatı, 1 ədəd politen doğrama aparatı, 1 ədəd kirli politenlərin yuyulması hovuzu, 1 ədəd səngi bişirmə aparatı, 1 ədəd kranur hazırlayan aparat və 1 ədəd qurutma hovuzunun onun xüsusi mülkiyyətindən çıxarılmasını tələb etməsə də, qarşı tərəfin bundan sui-istifadə etməsinin, edilən xəbərdarlığa məhəl qoymamasının, əsassız, uydurma, heç bir fakta əsaslanmayan hallara istinad etməsinin işin məhkəmədə mübahisələndirilməsini zəruri etdiyini, Cavabdehla şərikliyinin olmadığını, onun 2019-cu ildən icarəyə götürdüyünü, 2021-ci ildə həmin daşınmaz əmlakı özünün özəlləşdirdiyini, Xəyalın orada işləmədiyini, aralarında kirayə müqaviləsi olmadığını, razılığa əsasən aylıq 2000 manat pul verəcəyini dediyini, Xəyalın 2022-ci ilin dekabr ayıda daxil olmaqla kira pulunu verdiyini, Xəyalın orda 2023-cü ildə işlədiyini, kira haqqı vermədiyini, həmin əmlakın əvvəllər cavabdehin istifadəsində olduğunu, Xəyalın maddi vəsait xərcləyib abadlaşdırdığını, mebellər yığdırdığını, özəlləşdirmə edilərkən halallıq olsun deyə çəkdiyi xərcə görə mebellərin dəyərinə görə 100000 manat Xəyala pul verdiyini, obyektin yarısının Xəyala aid olmadığını, aralarında belə razılığın olmadığını, Xəyala 80000 manat faizə pul vermədiyini, ümumiyyətlə onun faizə pul verən şəxs kimin tanınmadığını, 10 aydır danışdıqları aylıq 2000 manat kirayə pulunu vermədiyini, onu ziyana saldığını, Xəyalın 2019-cu ildə İqtisadiyyat Nazirliyindən həmin obyekti icrayə götürdüyünü bildiyini, sonradan 2021-ci ildə özünün həmin obyekti özəlləşdirdiyini, bu səbəbdən halallıq olsun deyə Xəyala pul verdiyini, həmin vaxtı Xəyalın işini Gəncə şəhərində davam etdirməsi səbəbindən obyekti özəlləşdirmək istəmədiyini, özünün özəlləşdirməni apardıqdan sonra Xəyalın aparatlarını gömrükdən keçirib aparması alınmadığından razılaşdıqları kimi qalıb işləmək istədiyini, həmçinin evə də Xəyalın kirayə pulu verdiyini, lakin 2023-cü ildən kirayə pullarını vermədiyini, Xəyala daima maddi dəstək olduğunu, obyekt işlədən zamanı kirayə və komunal xərcləri ödəyə bilməyəndə dəstək olduğunu, aralarında rəsmi kirayə müqaviləsi bağlanmadığını, Xəyalın fəaliyyət göstərsədə kirayə pulunu ödəmədiyi üçün müraciət edib obyekti boşaltmasını desədə etmədiyini, 2023-cü ilin iyul ayında rəsmi xəbərdarlıq etdiyini, iyul ayından Xəyalın fəaliyyət göstərmədiyini, avadanlıqların bir tərəfə yığıldığını, evin alınma tarixi ilə obyektin özəlləşməsinin tarixlərinin fərqli olduğunu, özəlləşmə aparılan zaman sənədlərdə Cavabdeh özəlləşmədən imtina etməsi yazıldığından onun obyekti özəlləşdirdiyini, Xəyalın ona ayda 8000 manat faiz vermədiyini, Xəyalın fəaliyyətinə görə ayda 8000 manat qazanmadığını, bu səbəbdən dediklərinin real olmadığını göstərərək, Naxçıvan şəhəri, 10cu küçə 4/38 ünvanında yerləşən, xüsusi mülkiyyət hüquqlu qeyri-yaşayış sahəsindən Cavabdeh məxsus əşyaların məcburi qaydada çıxarılması, sənədlərin təsdiqi üçün 6 (altı) manat və dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 106 (yüz altı) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, mübahisəli mülkün yarısının onun olduğu üçün əmlaklarını götürmək istəmədiyini, öz aralarında danışıqlarına görə obyektin yarısının onun yarısının İddiaçı olduğunu, obyektə görə 40000 manat istədikləri halda İddiaçı onun üzərinə 100000 manat yazdığını, İddiaçı obyektə görə 80000 manat ona, 80000 manatda özəlləşməyə görə pul xərclədiyini, İddiaçı 80000 manatı faizə aldığını, İddiaçı ona pulu sələmə verdiyini, iddiaçı ilə obyekti kirayə işlətməsi barədə razılıqlarının olmadığını, 2015-ci ildə Naxçıvan şəhərində tullantıların təkrar emalı işini gördüyünü, təmiz şəhər planı üzrə İcra Hakimiyyətinin dəvəti ilə 2018-ci ildə obyektin ona verildiyini, İqtisadiyyat nazirliyi tərəfindən həmin obyektin kirayə ödənişi olmadan istifadəsi üçün ona verildiyini, rəsmi sənədləşmə olmadığını, özəlləşmə olarkən güzəşt olunacağının bildirildiyini, obyektin yararsız olduğunu, obyekti təmir etməsini bildirdiklərini, özəlləşmə zamanı nəzərə alınıb güzəşt olunacağını bildirdiklərini, İcra Hakimiyyətinin verdikləri vədləri “zavod tikilib ona verilməsini” etmədiklərini, obyektin genişləndirilib abadlaşması üçün ona pul lazım olduğundan evi satmaq istədiyini, maklerlərin evə baxıb qiymətinin 120000-130000 manat olduğunu, təcili satıldığından 100000 olduğunu bildirdiklərini, maklerlərin İddiaçı müştər kimin gətirdiklərində tanıdığını, İddiaçı ondan qonşuların pis olduğu üçün evi satmasını soruşduğunu, pul lazım olduğu üçün satmasını bildirdiyini, İddiaçı 60000 manat bankdan pul götürdüyünü, banka qaytarmaq istədiyini, həmin pulu öna verməyini ayda da 2000 manat verməyini, pulu qaytardıqda da evi ona qaytara biləcəyini bildirdiyini, 3-4 aylığına ona pul lazım olduğundan atasgillə razılaşıb səhərisi günü valideyinlərinin gəlib razılıq verdiyini, İddiaçı 57000 manat ödədiyini, soruşduqda əvvəlcədən faiz tutulduğunu bildirdiyini, 2021-ci ilin aprel ayında atasına məxsus evi İddiaçı adına keçirdiyini, iki ay sonra ona generator lazım olduğundan İddiaçı 10000 manat götürdüyünü, İddiaçı pulun olmadığını deyib ayda 1000 manat qaytarmaqla əlavə 10% ödəyəcəyini bildirdiyini, 2021-ci ilin sentyabr ayında aylıq ödəməsinin vaxtında İddiaçı ona zəng etdiyini, aparatların səsindən eşitmədiyindən İddiaçı sexə gəldiyini, həmin vaxtı İqtisadiyyat Nazirliyinin əmkdəşlarının da gəldiklərini, obyektin 80000 manata özəlləşdirilməsini ona bildirdiklərini, İddiaçı ondan nə edəcəyini soruşduqda obyetin yarısını satacağını bildirdiyini, İddiaçı obyektin yarısının onun olmaq şərti ilə özəlləşdirilməsini təklif etdiyini, evini qaytaracağını və İddiaçı 100000 manat borcunun olmasını bildirib razılaşdıqlarını, evin qaytarılmasında 5000 manat vergi ödənilməsi yarandığından İddiaçı artıq münasibətlərinin yarandığını bildirib nə vaxt 5000 manatı ödəyəcəyini o vaxtda evi adına keçirəcəyini bildirdiyini, həmin yaranan borcuna görə ayda 8000 manat İddiaçı faiz ödədiyini, sonra obyekin hazır olduğunu, rəsmi açılışın olduğunu, İqtisadiyyat Nazirliyi tərəfindən pul ayrılmadığının bildirildiyini, artıq pulları qaytara bilmədiyindən özünə düşən hissəni satmağını dedikdə İddiaçı ona sən kimsən mənim obyektimi satırsan, obyektdə evində mənimdir dediyini, ondan sonra hüquq mühavizə orqanlarına şikayət etdiyini, İddiaçı həqiqətən obyekti özəlləşdirdiyini, rəsmi sənədləri aldığını, özəlləşmənin aparılması ilə əlaqədar narazı olub rəsmi qaydada müraciət etmədiyini, İddiaçı həmin obyektə müliyyət hüququnu əldə etməsinə etirazının olmadığını, İddiaçı aylıq kirayə vermədiyini, 100000 manata münasibətdə aylıq 8000 manat faiz ödədiyini, obyektin İddiaçı adına olmasına baxmayaraq danışıqlarına görə yarısının onun olduğunu, aralarında mübahisə olduğundan müraciət etdikdə Daxili İşlər Nazirliyində araşdırma aparılarkən dediklərinin sübut olunduğunu, lakin araşdırmanın nəticəsi barədə sənədləri əldə edib məhkəməyə təqdim edə bilmədiklərini, iddia tələbində qeyd olunan əşyaların ona məxsus olduğunu, lakin əşyalarının bir neçəsinin qeyd edilmədiyini, obyektin yarsının özünün olduğu səbəbindən əşyalarını götürmək istəmədiyini, bunların nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Naxçıvan şəhəri, 10-cu küçə 4/38 ünvanında yerləşən, ümumi sahəsi 3865.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.394 ha olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2/1 nömrəli reyestr kitabının 194 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********27-06301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). X2 tərəfindən verilmiş 000577 nömrəli, 01 sentyabr 2021-ci il tarixli Müəssisə və X3 təsdiqlənmiş surətinə əsasən, "xxxx" ASC-yə məxsus Naxçıvan şəhəri, 10-cu küçə 4/38 ünvanında yerləşən, ümumi sahəsi 3865.1 kv.m, əsas sahəsi 3848.9 kv.m, köməkçi sahəsi 16.2 kv.m, tikintialtı sahəsi 3940.3 kv.m olan qeyri-yaşayış binası (ofis, istehsalat sahəsi, anbar) İddiaçı adına özəlləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 02 sentyabr 2021-ci il tarixli, 50 saylı sərəncamının surətinə əsasən, ünvan 2 ünvanında yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus, ümumi sahəsi 3865.1 m2 olan qeyri-yaşayış sahəsi 27198.47 (iyirmi yeddi min yüz doxsan səkkiz manat qırx yeddi qəpik) manat məbləğində qiymətləndirilərək 100 faiz dəyəri ilə icarəçi İddiaçı təklif edilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 1198/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli məktubuna əsasən, "xxxx" ASC-nin ərazisində yerləşən, ümumi sahəsi 3865.10 kv.m olan qeyri-yaşayış sahəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 13 oktyabr 2020-ci il tarixli, 414 saylı əmri ilə Cavabdeh (Eko Naxçıvan) icarəyə verilmiş və 13 oktyabr 2020-ci il tarixli, 361 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Cavabdeh 25 avqust 2021-ci il tarixli ərizəsi nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 26 avqust 2021-ci il tarixli, 433 saylı əmri ilə həmin icarə müqaviləsinə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 02 sentyabr 2021-ci il tarixli, 50 saylı sərəncamı ilə qeyd olunan qeyri-yaşayış sahəsi İddiaçı adına özəlləşdirilmişdir. 03 sentyabr 2021-ci il tarixli, 04 nömrəli İcarəyə verilmiş əmlakın Alqı-satqı Müqaviləsinə əsasən, müqavilənin predmetini alıcının Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə bağladığı 26 avqust 2021-ci il tarixli, 465 saylı İcarə Müqaviləsi əsasında satınalma hüququ qazanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan ünvan 2 ünvanında yerləşən əsas istehsalat binasından icarəyə götürdüyü ümumi sahəsi 3865.1 kv.m olan qeyri yaşayış sahəsi təşkil edir. Satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan ünvan 2 ünvanında yerləşən əsas istehsalat binasından ümumi sahəsi 3865.1 kv.m olan qeyri yaşayış sahəsini tam dəyərlə 27198.47 (iyirmi yeddi min yüz doxsan səkkiz manat qırx yeddi qəpik) manata birbaşa satır, alıcı isə onu satın alır. Əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəməyə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyətində olan, Naxçıvan şəhəri, 10-cu küçə 4/38 ünvanında yerləşən, ümumi sahəsi 3865.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.394 ha olan qeyri-yaşayış binasından Cavabdeh məxsus əşyalar 1 ədəd kapron qırma aparatı, 1 ədəd politen doğrama aparatı, 1 ədəd kirli politenlərin yuyulması hovuzu, 1 ədəd səngi bişirmə aparatı, 1 ədəd kranur hazırlayan aparat, 1 ədəd qurutma hovuzu məcburi qaydada çıxarılmalı, sənədlərin təsdiqi üçün 6 (altı) manat və dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 106 (yüz altı) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Belə ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 1198/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli məktubuna əsasən, "xxxx" ASC-nin ərazisində yerləşən, ümumi sahəsi 3865.10 kv.m olan qeyri-yaşayış sahəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 13 oktyabr 2020-ci il tarixli, 414 saylı əmri ilə Cavabdeh (Eko Naxçıvan) icarəyə verilmiş və 13 oktyabr 2020-ci il tarixli, 361 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Cavabdeh 25 avqust 2021-ci il tarixli ərizəsi nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 26 avqust 2021-ci il tarixli, 433 saylı əmri ilə həmin icarə müqaviləsinə xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 02 sentyabr 2021-ci il tarixli, 50 saylı sərəncamı ilə qeyd olunan qeyri-yaşayış sahəsi İddiaçı adına özəlləşdirilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin əşyalarının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasında olması iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. 152.1-152.4-cü mаddələrinə əsаsən, mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. İş materiallarında olan X2 tərəfindən verilmiş 000577 nömrəli, 01 sentyabr 2021-ci il tarixli Müəssisə və X3 təsdiqlənmiş surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən notariat orqanında sənədin surətini təsdiqlədərkən 6 manat rüsum ödəmişdir. Həmçinin iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətindən olan, Naxçıvan şəhəri, 10-cu küçə 4/38 ünvanında yerləşən, ümumi sahəsi 3865.1 kv.m, torpaq sahəsinin ölçüsü 0.394 ha olan qeyri-yaşayış binasından Cavabdeh məxsus 1 ədəd kapron qırma aparatı, 1 ədəd politen doğrama aparatı, 1 ədəd kirli politenlərin yuyulması hovuzu, 1 ədəd səngi bişirmə aparatı, 1 ədəd kranur hazırlayan aparat, 1 ədəd qurutma hovuzu əşyaları məcburi qaydada çıxarılsın. Sənədlərin təsdiqi üçün 6 (altı) manat və dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 106 (yüz altı) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1104/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1104/2023
29.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver