Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1105/2025 03.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiləşməsi barədə ərizə təqdim edərək, avtomobilinə vurulmuş 7420 manat maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 mart 2025-ci il tarixdə Naxçıvan şəhərində 48-ci məhəllədə yerləşən BOLMART ticarət mərkəzinə, istifadəsində olan **-RT-*** dövlət qeydiyyat nişanlı "FORD" tranzit custom yük vaqon tipli yükmaşını ilə çörək paylayarkən, tanımadığı **-BL-*** dövlət qeydiyyat nişanlı QAZ 33021 yük maşını açıq vəziyyətdə olan maşınının qapısını ara məsafəsini düz seçmədən əzərək yararsız hala salmışdır. O tanıdığı bir polis əməkdaşına bildirdikdən sonra hadisənin baş verdiyi yerə Polis əməkdaşı gəlib onları Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişdir. Orada ona məlum olmuşdur ki, maşınının qapısını əzən şəxsin adı Yurandır. Protokol tərtib olunmuşdur. Sənədlərini alıb qeydiyyata salmışdırlar. Atəşgah Sığorta Şirkəti ASC-nin əməkdaşı özünü X1 təqdim etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin həyətində 940 saylı nömrəyə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra o, Yuran və Bəhlul adlı şəxs Coşqunun maşınının yanına gediblər. Bəhlul maşının şəkillərini çəkib. Bundan sonra isə onu Qiymətləndirmə Mərkəzinin əməkdaşı X7 yanına göndərib .Həmin şəxs maşına 500 (beş yüz) manat məbləğdə vəsait ayıracaqlarını bildirib. Ondan səlahiyyəti ilə əlaqədar rəsmi sənəd təqdim etməsini tələb etdikdə ona heç bir sənəd göstərməyib. Yalnız ona ayıracaqları məbləği bildirib. O isə həmin məbləğdən imtina edib. Dəvət etdikləri Elçin Allahverdiyev adlı şəxs maşının şəkillərini çəkib 2 günə qədər ona xəbər edəcəklərini bildirib. İki gün keçdikdən sonra ona zəng edib yeni qapı ilə təmin olunmaq şərti ilə 1330 (bir min üç yüz otuz manat) ayırdıqlarını deyib. O qapının qiymətinin dediyi məbləğdə olmadığını bildirdikdə cavabında onu "ölüxanadan" həmin qapı barəsində maraqlandığını həmçinin nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satıldığı maşın bazarında da həmin qapıdan olmadığını, internet vasitəsilə tapdığı nömrə ilə həmin qapını Türkiyə Respublikasından sifariş edəcəyini bildirdi. İddiaçı onların qiymətləndirməsi və sığorta idarəsinin təyin etdiyi məbləğlə razılaşmadığı üçün mübahisəni məhkəmə yolu ilə həll etmək istəyib. Maşının qapısı təmir ediləcək vəziyyətdə olmadığını və aldığı qüsur aktına əsasən ona 7420 (yeddi min dörd yüz iyirmi) manat zərər vurulduğunu, həmin məbləğin ona ödənilməsini məhkəmədən xahiş edir.
4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. 13.08.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, həmin gün sığorta və yol polisi gəlmiş cərimə yazmış və maşını cərimə meydançasına aparmışdır. Bundan sonra sığortaya getmişdirlər. 5 ay əvvəl yəni mart ayında bu hadisə baş vermişdir. Coşqun heç kimin maşını düzəltmədiyini bildirsə də, elə bir şey olmamışdır. Birlikdə Rəsulun yanına getmişlər, Rəsul 500 manat alıb maşını düzəldəcəyini bildirmişdir. Hətta demişdir ki, mən maşını sensor vasitəsi ilə düzəldirəm. Maşında bir problem olsa mən sizə zəmant də verirəm. Coşqun da razılaşmamış, təzəsinin alınmasını istəmişdir. Sığorta da demişdir ki, xərc 500 manat olduğundan biz də 500 manatı ödəyirik.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, maşını "xxxx" Sığorta ustaya aparmış və 500 manata düzəldilə biləcəyini demişdir. Lakin o razılaşmamış, başqa ustaya aparılmasını istəmişdir. Maşını servisə aparmış, orada düzəldilə bilməyəcəyini demişdirlər. Cavabdeh də düzəldiləcək məbləğlə razılaşmamış, "xxxx" Sığorta da az pul vermişdir. İddiaçı X2 eksperti tərəfindən müəyyən edilmiş məbləğin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.
8. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
9. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, X10 **-RT-*** dövlət qeydiyyat nişanlı, “Ford” Transit custom yük markalı avtomobili İddiaçı Yuran oğluna 1 il müddətinə yəni, xx.xx.2026-cı il saat 23:59-dək etibar etmişdir.
10. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli, İnzibati xəta haqqında protokola əsasən Məmmədov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində protokol tərtib olunmuşdur.
11. İş materiallarında olan, Avto nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir.
12. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı göndərilmiş 08 aprel 2025-ci il tarixli məktubdan və 14 fevral 2025-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, avtomobilə dəymiş zərər 500(beş yüz) manat müəyyən edilmişdir.
13. İş materiallarında olan, 18 aprel 2025-ci il tarixli "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı Yuran oğluna ünvanlanmış ərizədə “Ford” Tranzit markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat zərər məbləği təklif olunmuşdur.
14. İş materiallarında olan, 20 may 2025-ci il tarixli, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə ünvanlamış məktubuna əsasən, "xxxx" Sığorta Şirkətində sığorta olunmuş "QAZ 33021" markalı, 75BL469 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ərizəçinin etibarnamə ilə idarə etdiyi "X13" markalı, 77RT829 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, "X13" markalı, 77RT829 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər mütəxəssislər tərəfindən 500 AZN (beş yüz manat) həcmində qiymətləndirilmiş, lakin ərizəçi sığorta şirkətinin müəyyən etdiyi zərər məbləği ilə razılaşmadığı qeyd edilmişdir.
15. İş materiallarında olan, Müstəqil ekspert X3 xx.xx.2025-ci il tarixli, 79 nömrəli ekspert rəyinə əsasən, 2015-ci buraxılış ili, Ford Tranzit minik markalı, 77RT829 dövlət qeydiyyat nişanlı avtomobilə, yol nəqliyyat hadisəsi zamanı 1330.00 (bir min üç yüz otuz) AZN zərər dəydiyini müəyyən etmişdir.
16. İş materiallarında olan "xxxx" MMC-tərəfindən verilmiş ehtiyat hissələrinin iç tələb formundan görünür ki, 2015-ci il buraxılışlı, "FORD" tranzit minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyəri 7420.00 manat təşkil edir.
17. İş üzrə X2 13 oktyabr 2025-ci il tarixli, NQM 017-10/25 saylı rəyinə əsasən, avtomobilin ehtiyat hissələri və onların dəyişdirilməsi və təmiri üçün ümumi orta bazar dəyəri 6409.00 (altı min dörd yüz doqquz) manat təşkil edir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
26. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
34. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
Məhkəmənin mövqeyi:
40. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
41. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
42. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).
43. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
44. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
45. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
46. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 29 mart 2025-ci il tarixdə İddiaçı idarə etdiyi 77RT829 dövlət qeydiyyat nişanlı, “Ford” Tranzit custom yük markalı avtomobil ilə 75BL469 dövlət qeydiyyat nişanlı, QAZ33021 markalı avtomobil ilə toqquşmuş, nəticədə İddiaçı maddi ziyan dəymişdir.
47. Məhkəmə qeyd edir ki, Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s.
48. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir.
49. Zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
50. Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirkar olması öz təsdiqini tapdığından həmin hadisə nəticəsində 77RT829 dövlət qeydiyyat nişanlı, “Ford” Tranzit custom yük dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
51. Məhkəmə tərəfindən iddiaçıya məxsus 77RT829 dövlət qeydiyyat nişanlı, “Ford” Tranzit custom yük dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmiş, X2 xx.xx.2025-ci il tarixli, NQM 017-10/25 nömrəli rəyində, “77RT829 dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışı olan, “Ford” Tranzit custom yük avtomobili ehtiyat hissələri və onların dəyişdirilməsi və təmir üçün ümumi bazar dəyəri 6409.00 manat müəyyən edilmişdir.
52. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 6409.00 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
53. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 150 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehə aid olunmalıdır.
54. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 95 manat dövlət rüsumunun 82 (səksən iki) manat hissəsi cavabdehdən tutulmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 6409.00 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 82 (səksən iki) manat hissəsi Cavabdeh Məhrrəm oğlundan tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Məhrrəm oğlundan tutularaq “X4” MMC-nin (H/h:AZ16NNİCB**********0001A35090, "xxxx"ASC, KOD:507064, Müxbir hesab:AZ98NABZ********************, SWİFT KOD: NİCBAZ22, VÖEN **********) hesabına köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.