Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1112/2023 14.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(078)-739/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 09 aprel 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, onunla X10 arasında olan nikahın Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(078)-535/2015 saylı qətnaməsi ilə pozulduğunu, birgə nikahlarından doğulmuş 20 iyun 2004-cü il təvəllüdlü X5 və 09 aprel 2007-ci il təvəllüdlü X1 onun yanında saxlanıldığını və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 100 manat, cəmi birlikdə 200 manat alimentin qət olunduğunu, dörd il sonra yenidən alimentin artırılması barədə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2019cu il tarixli, 2(078)-739/2019 saylı qətnaməsi ilə alimentin məbləğinin dəyişdirilərək, hər bir uşağa 120 manat, cəmi birlikdə 240 manat aliment qət olunduğunu, uşaqlar onun yanında qaldığından onların bütün tələbatlarını özünün ödədiyini və lazımi diqqət və qayğı göstərdiyini, oğlu X9 yetkinlik yaşına çatdığından alimentin kəsildiyini, hal-hazırda Türkiyə Respublikasında ali təhsil aldığını, qızı X1 isə Bakı şəhərində texnikomda təhsil aldığını, illik 900 manat təhsil haqqı ödədiyini, özünün heç bir yerdə işləmədiyini, bu səbəbdən də, maddi imkanının yaxşı olmadığını, cavabdehin qeyd etdiyi kimi Nihad yetkinlik yaşına çatdığından onun alimentini dayandırdığını, tək Nurgülə 120 manat aliment ödədiyini, onun ödədiyi alimentin Bakı şəhəri kimi yerdə bir tələbəyə çox az bir məbləğ olduğunu, onun maddi tələbatını qarşılamağa yetmədiyini, onun təhsilinə, təliminə və digər xərclərinə pul lazım olduğunu, aldığı alimentin bu gün Nurgülün təminatını ödəmədiyini və tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, sonuncu dəfə alimentin 2019-cu ildə kəsildiyini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu və bunun da onların ailə büdcəsinə təsir etdiyini, bu səbəbdən də, övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, cavabdehin alimenti bu günədək ödədiyini, iki uşağa münasibətdə 240 manatı ödədiyini, hazırda 120 manat ödədiyini, bu səbəbdən 220 manatı ödəmək imkanının olduğunu, bunları nəzərə alaraq, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2019cu il tarixli, 2(078)-739/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 09 aprel 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: 07 iyul 2023-cü il tarixli çıxarışa əsasən, iş üzrə tərəflərin 20 iyun 2004-cü il tarixdə X11 adlı uşaqları doğulmuşdur. 07 iyul 2023-cü il tarixli çıxarışa əsasən, iş üzrə tərəflərin 09 aprel 2007-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(078)-535/2015 nömrəli qətnaməsinin surətinə əsasən, X12 ilə X10 arasında Şərur rayon Yuxarı Daşarx kənd İƏD Nümayəndəliyində 29 iyul 2005-ci il tarixdə bağlanmış və 09 nömrə qeydə alınmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları- 20 iyun 2004-cu ildə doğulmuş X5 və 09 aprel 2007-ci ildə doğulmuş X1 anaları X6 yanında qalmaları və 08 iyun 2015-ci il tarixdən başlayaraq, 20 iyun 2004-cu ildə doğulmuş X5 və 09 aprel 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X4 hər uşaq üçün sabit pul məbləğində 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat alimentin tutularaq, X8 ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(078)-739/2019 nömrəli qətnaməsinin surətinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli, 2(078)-535/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 20 iyun 2004-cü il tarixdə doğulmuş X5 və 09 aprel 2007-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq İddiaçı qızma verilməsi və X4 22.50 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia təmin edilərkən nəzərə alınmışdır ki, iş üzrə cavabdeh əvvəlki qətnamə ilə iki uşağa görə cəmi 240 manat aliment ödəmişdir. Hazırda iş üzrə tərəflərin uşaqları- 20 iyun 2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(078)-739/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 09 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da təmin edildiyinə görə, 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddia təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(078)-739/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 09 aprel 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.