Məhkəmə qərarları › İş №2(078)-1113/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1113/2022

23.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1113/2022 23.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Mırhassan oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Mırhassan oğlu nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 450 (dörd yüz əlli) manatın, tərcümə xərcinə görə 30 (otuz) manatın və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 6358 (altı min üç yüz əlli səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mırhassan oğluna məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Nümayəndə iddianı müdafiə edərək, iddiaçı İran İslam Respublikasının vətəndaşı İddiaçı Mırhassan oğlunun söylədiklərinə əsasən Cavabdeh ilə yaxın münasibətlərinin olduğunu, Cavabdeh ehtiyacı olduğunu iddiaçıya bildirərək ondan 11800 (on bir min səkkiz yüz) manat borca pul istədiyini, İddiaçı Mırhassan oğlunun Cavabdeh ondan istədiyi 11800 (on bir min səkkiz yüz) manat pulu ona borca verdiyini və onların bu barədə öz aralarında razılığa gəldiklərini, həmin zaman onlar aralarındakı borc pul ilə bağlı razılığı notarial qaydada sənədləşdirmək istəsələr də, notariusda bunun baş tutmadığını, İddiaçı Mırhassan oğlu ilə Cavabdeh arasındakı 03 noyabr 2021-ci il tarixli razılaşmaya əsasən Cavabdeh İran İslam Respublikasının vətəndaşı İddiaçı Mırhassan oğluna 2022-ci il mart ayı daxil olmaqla, hər ayın sonu 2000 (iki min) manat məbləğində pulu 6 (altı) ay müddətində ödəyəcəyinə dair söz verdiyini və buna heç bir etirazının olmadığını bildirdiyini, iddiaçı ilə cavabdeh arasındakı yazılı razılığın hər ikisi tərəfindən imzalandığını, İddiaçı Mırhassan oğlu ilə Cavabdeh arasındakı 03 noyabr 2021-ci il tarixli razılaşmaya uyğun olaraq Cavabdeh İddiaçı Mırhassan oğluna borclu olduğu 11800 (on bir min səkkiz yüz) manat puldan 3000 (üç min) manat bir, 2000 (iki min) manat bir və 1000 (min) manat bir olmaqla, ümumilikdə bu günə kimi 6000 (altı min) manat pulu İddiaçı Mırhassan oğluna geri qaytarıb verdiyini, lakin cavabdehin iddiaçının pulunu qaytarmaq üçün söz verdiyi vaxtın bir neçə müddətdir ki, bitməsinə baxmayaraq Cavabdeh İddiaçı Mırhassan oğluna hazırda borclu qaldığı 5800 (beş min səkkiz yüz) manat pulu qaytarıb özünə vermədiyini, İddiaçı Mırhassan oğlunun dəfələrlə Aslanın ona borclu qaldığı 5800 (beş min səkkiz yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdehin bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmadığını və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən də, iddiaçının məhkəməyə müraciət etmək qərarına gəldiyini, həmçinin iddiaçının bu mülki mübahisə ilə bağlı 450 (dörd yüz əlli) manat ödəniş edərək vəkil tutaraq vəkildən hüquqi yardım aldığını, həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istədiyini, iddiaçının artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 5800 (beş min səkkiz yüz) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 450 (dörd yüz əlli) manatın, tərcümə xərcinə görə 30 (otuz) manatın və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməli olduğunu hesab etdiyini, bunları nəzərə alaraq, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 450 (dörd yüz əlli) manatın, tərcümə xərcinə görə 30 (otuz) manatın və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 6358 (altı min üç yüz əlli səkkiz) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etdiyini, İddiaçı Mırhassan oğluna 5800 (beş min səkkiz yüz) manat borcunun olduğunu, xəstələri olduğundan maddi imkanı aşağı düşdüyündən ödəyə bilmədiyini, müvafiq qərar verilməsini xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş: İddiaçı Mırhassan oğlu ilə Cavabdeh arasındakı 03 noyabr 2021-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh İran İslam Respublikasının vətəndaşı İddiaçı Mırhassan oğluna 2022-ci il mart ayı daxil olmaqla, hər ayın sonu 2000 (iki min) manat məbləğində pulu 6 (altı) ay müddətində ödəyəcəyinə dair söz vermiş və heç bir etirazının olmadığını bildirmişdir. 05 oktyabr 2022-ci il tarixli, 04/501 nömrəli Hüquqi yardım üzrə Xidmət Müqaviləsinin və 05 oktyabr 2022-ci il tarixli, 005506 nömrəli qəbzin surətinə əsasən, Mahdımousavı X2 Vüsal Heydər oğluna hüquqi yardım üçün 450 (dörd yüz əlli) manat pul ödəmişdir. AAÜ 037141 nömrəli qəbzə əsasən, Nümayəndə pasport tərcüməsi üçün 30 (otuz) manat pul ödəmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, izahatları, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir АzərbаycаnRespublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin АzərbаycаnRespublikаsınınKоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin arasında iddia tələbinə uyğun olaraq münasibətin yaranması verilmiş izahatlar ilə təsdiq olunur. Belə ki, Cavabdeh iddianı qəbul edərək İddiaçı Mırhassan oğluna 5800 (beş min səkkiz yüz) manat borcunun olduğunu bildirmişdir. Həmçinin İddiaçı Mırhassan oğlu ilə Cavabdeh arasındakı 03 noyabr 2021-ci il tarixli razılaşmaya əsasən, Cavabdeh İran İslam Respublikasının vətəndaşı İddiaçı Mırhassan oğluna 2022-ci il mart ayı daxil olmaqla, hər ayın sonu 2000 (iki min) manat məbləğində pulu 6 (altı) ay müddətində ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatları yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək, həmçinin Cavabdeh etirafını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat borc məbləği, 450 (dörd yüz əlli) manat vəkil xərci, 30 (otuz) manat tərcümə xərci və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6358 (altı min üç yüz əlli səkkiz) manat məbləğində pul alınaraq, İddiaçı Mırhassan oğluna qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat borc məbləği, 450 (dörd yüz əlli) manat vəkil xərci, 30 (otuz) manat tərcümə xərci və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6358 (altı min üç yüz əlli səkkiz) manat məbləğində pul alınaraq, İddiaçı Mırhassan oğluna qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar