Məhkəmə qərarları › İş №2(078)-1114/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-1114/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-1114/2021 21.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor "xxxx" MMCnin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 2904 (iki min doqquz yüz dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2924 (iki min doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, Borclu "xxxx" MMC-dən 24.03.2021-ci il tarixli, MPK5937122 saylı Borc müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 4104 (dörd min bir yüz dörd) manat olan məişət avadanlığı əldə etməsi, boclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2904 (iki min doqquz yüz dörd) manat məbləğində borcun yaranması səbəbindən borcludan 2904 (iki min doqquz yüz dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2924 (iki min doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zərurəti yaranmışdır. İş materiallarına əlavə olunmuş 24.03.2021-ci il tarixli, MPK5937122 saylı Borc müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə kreditor "xxxx" MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu "xxxx" MMC-dən kredit yolu ilə 4104 (dörd min bir yüz dörd) manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 1200 (bir min iki yüz) manatını ilkin ödəmiş və qalan ilə 2904 (iki min doqquz yüz dörd) manatını 12 ay müddətinə aylıq 242 (iki yüz qırx iki) manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş 06.09.2021-ci il tarixli 3947 nömrəli maliyyə arayışına əsasən Borclu ilə 24.03.2021-ci il tarixli, MPK5937122 saylı müqavilə üzrə ödənilməmiş 2904 (iki min doqquz yüz dörd) manat əsas (qalıq) borcu vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən 02.11.2018-ci il tarixdə verilmiş arayışa əsasən Dadaşov X2 şəhəri, S.Vurğun, ev 35 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, "xxxx" MMC-nin nümayəndəsi X4 tərəfindən 11.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1983-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 2904 (iki min doqquz yüz dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2924 (iki min doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar