Məhkəmə qərarları › İş №2(078)-113/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-113/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-113/2024 02.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Quliyev Vətən Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ona satılmış texniki cəhətdən nasaz avtomobilin natamam təmiri nəticəsində dəyən zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona satılmış texniki cəhətdən nasaz Mersedes-Benz markalı ** UU *** nömrəli (haliyədə ** BG *** nömrəli) avtomobilin natamam təmiri nəticəsində ona dəyən 8432 (səkkiz min dörd yüz otuz iki) manat dəyərində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tələbin artırılması barədə ərizə təqdim edərək tələbin həcminin artırılması zərurətinin yarandığını, buna görə də iddia tələbinin artırılaraq tələbə “Cavabdeh tərəfindən ona satılmış texniki cəhətdən nasaz Mersedes-Benz markalı ** UU *** nömrəli (haliyədə ** BG *** nömrəli) avtomobilin natamam təmiri nəticəsində ona dəyən 8432 (səkkiz min dörd yüz otuz iki) manat dəyərində zərərin ödənilməsi və ona məxsus Kia Qadenza markalı minik avtomobilinin satışından əldə olunan pulun 5000 (beş min) manatını Cavabdeh alınıb ona qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 09 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “Cavabdeh tərəfindən ona satılmış texniki cəhətdən nasaz Mersedes-Benz markalı ** UU *** nömrəli (haliyədə ** BG *** nömrəli) avtomobilin natamam təmiri nəticəsində iddiaçıya dəyən 8432 (səkkiz min dörd yüz otuz iki) manat dəyərində zərərin ödənilməsi və iddiaçıya məxsus Kia Qadenza markalı minik avtomobilinin satışından əldə olunan pulun 5000 (beş min) manatını Cavabdeh alınıb İddiaçı qaytarılması” tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, 13 iyun 2023-cü il tarixdə onunla ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında Cavabdeh mülkiyyətində olan Mersedes-BENZ markalı ** UU *** nömrəli avtomobili satın almaq barəsində şifahi müqavilə bağlanıb. Şifahi razılaşmaya görə o, Cavabdeh Mersedes-BENZ markalı ** UU *** nömrəli avtomobili satın alarkən avtomobil üçün ödəniləcək vəsaitin bir hissəsi onun şəxsi mülkiyyətində olan “KİA Cadenza” markalı ** BK *** nömrəli avtomobilin satışından əldə olunan vəsait hesabına həyata keçirilməli idi. Yəni onlar Mersedes-BENZ markalı ** UU *** nömrəli avtomobilin qiymətini 39000 manat məbləğində razılaşmışlar. Həmin məbləğin 14000 manatını nağd olaraq Cavabdeh bacısının oğlu İsmixan adlı şəxsə onun Mediasiya Təşkilatında yerləşən iş otağında verib. Yerdə qalan 25000 manat vəsaiti isə onun KİA markalı avtomaşınını satıb pulunu ödəmək qərarına gəlmişlər. Razılaşmaya görə həmin avtomobili 30000 manata satıb 25000 manatı Cavabdeh verilməli, yerdə qalan 5000 manat pul isə ona çatmalı idi. İsmixan ona Naxçıvanda maşının 30000 manata gec satılacağını bildirib, maşını Bakıyadayısı Cavabdeh göndərməyi təklif edib. O da razılaşmış və Cavabdeh adına elektron notariat qaydasında baş etibarnamə verib avtomobili Bakı şəhərinə göndərmişdir. Bakı şəhərində avtomobil ünvan 2 ünvanda qeydiyyatda olan X2 adına sənədləşdirilib. Lakin razılışdırılmış vəsait bu günə qədər ona ödənilməyib. Baxmayaraq ki, razılaşma şərtinə görə avtomobilin satışından əldə olunan vəsaitin 5000 manatı ona verilməli idi. Maşını Bakı şəhərində hansı qiymətə satdığını bilmir. O maşın ona gələndən sonra, səhəri gün maşının perboy işləməsi barədə məlumatı olub. Avtomobilin mühərrikində ciddi nasazlıq (yəni mühərrikin qeyri stabil, qeyri ritmik atması, mühərrikin gec işə düşməsi) aşkar edilmişdir. Belə ki, oğlu sürən zaman dedi ki, “bəs ata maşın yerində titrəyir”. Mühərrikin qeyri stabil işləməsi ciddi nöqsandır. O da bu nasazlıq barədə dərhal Cavabdeh Naxçıvan şəhərindəki avtomobil satışını həyata keçirən və sözügedən avtomobilin alqı-satqısını həyata keçirilməsində vasitəçi olan bacısının oğlu İsmixana məlumat vermiş və maşını İsmixan ustanın yanına aparıb ki, maşına texniki baxış keçirilsin. Təklif edib ki, maşını ustaya göstərsinlər. Avtomobili “Əlincə" avtomobil təmiri servisinə gətirib birlikdə göstərmişlər. Xaliq adlı usta və bir nəfər adını bilmədiyi Türk usta maşını sökdülər və dedilər ki, 1-ci, 2-ci və 3-cü şamlar işləmir. Məsləhət gördülər ki, şamların hamısı dəyişilməlidir. Həmin gündən bu günə qədər, avtomobilin qüsurunu fasiləsiz təmir tədbirlərinə baxmayaraq aradan qaldırmaq mümkün olmamışdır. Qüsurun aradan qaldırılması üçün o 8000 manatdan çox pul xərcləyib. Bu barədə dəfələrlə avtomobilin əvvəlki sahibi Cavabdehlə əlavə Votsap rabitə vasitəsilə əlaqə saxlayaraq avtomobilin təmir olunmasında köməklik göstərilməsini xahiş edib. Lakin vatsapp söhbətlərini silib. Aprel ayında maşın yenə təmir üçün Bakı şəhərinə getdi. Usta deyib ki, maşına raspredval salınmalıdır. 4 ədədi 4000 manat edir. Keçən məhkəmə iclasında da Faiq də qeyd etdi ki maşını dəyər-dəyməzinə satıb. Ekspertin çıxardığı pul xərci çox aşağıdır. O, hətta bəzi hissələri “Ştutkart” salonundan alıb. Tək elə vanuslar çox aşağı qiymətdə göstərilib. 2-ci əl vanus qeyri-mümkündür. Maşına çəkdiyi xərclərin daxilində 2-ci istifadə olunan materiallar olunub. Buna etiraz etmir. Ancaq maşına çəkidiyi xərcin demək olar ki, yarıdan çoxu sıfırdan olan ehtiyat hissələrdir. Çox yanlış və həqiqəti əks etdirməyən bir ekspertiza qiymətləri qoyulub. Qətiyyən razı deyil. Elə bu dəqiqə hazırda yenə də maşına 5-6 min manat xərc çəkib. Vanusun qiymətini 220 manat qoyublar, forsunkanın qiymətini 150 manat qoyublar. Digərlərinin qiyməti də tamamilə yalandır. Həmin vaxt İsmixan usta cavabdehin qohumu olsa da, o da bu maşının təmirində iştirak edib, Xaliq usta maşının peredokun yığıb. Behbud usta təmir etdirib. Keçən ilin iyun ayının 08-13 arası maşını alıb. Maşın qeydiyyat olunmadı və onun istifadəsində oldu. Çünki bankdan 14000 manat pul götürəcəkdi. Maşın İsmixanın salonunda idi. Maşını istifadə edən zaman maşın pereboy işləməyə başladı. Onun maşını isə baha qiymətə satılması üçün iyun ayın 14-ü maşın Bakıya getdi. O elektron notariat qaydasında etibarnamə verib. Cavabdeh tərəfdən aldığı maşını qaytarmaq istəyib ancaq anlaşa bilməyib. 06 iyul 2024-cü ildə etibarnaməni ləğv etdirən zaman ona demişlər ki, maşın artıq başqasına satılıb. Ona hətta “ramaşka” adında şəxs dedi ki, maşını qaytarmaq mümkün deyil. Maşın başqasına satılıb. QAİ dedi ki, maşın artıq adından çıxıb. Vanusların qiyməti ilə razılaşmır. 2-ci əl vanus mümkün deyil. Pnevmanın motoru yarasız idi. Ancaq qiyməti ilə razıdır. Dinamiklərlə bağlı da qiymətdə etirazı yoxdur. Farsunkanın qiyməti ilə razı deyil. Katalizator, dalçik qiyməti ilə qətiyyən razı deyil. Şamların qiyməti, başmaqın qiyməti və tapançaların qiyməti də aşağıdır. Xaliq usta, Behbud usta və Yusif usta dəvət edilib izahatlarının alınmasını xahiş edir. Xaliq usta səfərbərlikdədir. Özü ilə əlaqə yaradacaq. Yusif usta da dedi ki, gələ bilməyəcək. Olmasa telefonla hər şeyi bildirəcəyini söylədi. İddiaçı sonda iddianıın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, ümumiyyətlə bunların heç biri ilə razı deyil. İddiaçı yazdığı ərizə başdan ayağa yanlışdır. Belə ki, onlar öz aralarında şifahi şəkildə maşın alveri ediblər. O, özünə məxsus Mersedes-BENZ markalı ** UU *** nömrəli avtomobili 39000 manata iddiaçıya satıb. İddiaçı da qarşılığında özünə məxsus “KİA Cadenza” markalı ** BK *** nömrəli avtomobili ona satmaq istədi. Ancaq o razılaşmayıb, çünki iddiaçının maşını nasaz idi və bərbad bir vəziyyətdə idi. Hətta iddiaçı ondan xahiş etdi ki, həmin maşını normal qiymətə satsın. Deyirdi ki, 30000 manata satsın. O da qohumu İsmixanla birlikdə təklif etmişlər ki, maşını göndərsin Bakı şəhərinə və orada normal qiymətə sata bilsinlər. İddiaçı da razılaşdı. Ona həmin maşın üçün ilkin olaraq iddiaçı 14000 manat pul ödədi. Maşını aldıqdan sonra iddiaçı xahiş etdi ki, maşına etibarnamə versin ki, iddiaçının oğlu həmin maşını idarə edə bilsin. Maşın alveri 2023-cü ilin iyun ayında olmuşdu. xx.xx.2023cü il tarixdə Yusif müəllim ona sms yazdı ki, bəs maşın nasazdır. O buna əhəmiyyət verməyib. Maşınının saz olduğunu ona bildirib. Sonra bir gün ona məlumat gəldi bəs Yusif müəllim ona verdiyi etibarnaməni gedib ləğv elətdirib. Yusif müəllimin maşını çox yararsız halda idi. Tam aşağı bir qiymətə satıldı. Onun maşını tamamilə saz olduğu halda özləri tərəfindən maşında problem olubsa bununla onun nə əlaqəsi var başa düşə bilmir. Yusif müəllimlə onun və qohumu arasında vatsapp vasitəsilə danışıqları olub. Orada hər şey aydın olduğu halda Yusif müəllim özü bilərəkdən həmin vatsapp söhbətlərini silib.Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilmiş "xxxx" MMC-dən mütəxəsisi X5 verdiyi izahatında bildirmişdir ki, Yusif müəllim oktyabr ayı sexə gələndə o maşınında olan nöqsanları yazıb özünə verib. Yenidən avtomobilə baxış keçirib nöqsanları və hissələrin yararlı olub-olmaması barədə rəy verə bilər. Sexə maşın nə vaxt daxil olubsa həmin vaxtdan maşını yoxlamadan keçirirlər. Əvvəlki vaxtlarla bağlı heç bir yoxlanış edə bilmirlər. İş materialları ilə qısaca da olsa tanışdır. Lakin avtomobilin sözügedən hissələrinə və özünə dəqiq mütəxəsis baxışı keçirtmək zərurəti yaranır. Onlara baxış keçirib yazılı formada rəy verə bilər. Bakıdan "xxxx" a gəlmişdilər. Ancaq özlərinin xüsusi yoxlama texnikalarını gətirmədikləri üçün maşın baxışdan keçirilmədi. Ona görə də maşını sistemə salmadılar. Lakin Əiincə servisdən əvvəl maşın iyul ayında onlara gətirilmişdi. Sadəcə sistem işləmədiyinə görə sistemə sala bilməyiblər. Məhkəmə iclası zamanı dindirilmiş Ekspertiza Mərkəzinin eksperti X4 verdiyi izahatında bildirmişdir ki, aparılan istənilən qiymətləndirmə ekspertizası müasir bazar qiyməti ilə tələb və təklif əsasında aparılır. Vanuslarla bağlı və onun yenisi ilə bağlı dəqiq yeni qiymət verə bilmirlər. Əgər bu gün Yusif müəllim maşının ehtiyat hissələrini hər hansı bir maşın hissələri mağazasından baha qiymətə alıbsa bu o demək deyil elə həmin hisslər standart olaraq həmin məbləğdir. Almaniya maşın ehtiyatı hillərinin 2-ci əl işlənimiş hissələri vardır. Həmin hisslər parçalanıb yenidə istismar üçün düzəldilir. Vanusun yararlılığı ilə bağlı rəy verə bilmirlər. 2012-ci il istehsalı olan maşın 12 ildir istismar olunur. O saz vəziyyətdə olan forsunkanı orta bazar qiymətində hesablayıb. Başmaq və tapançaların 2-ci əl qiyməti yoxdur. Sepin də 2-ci əl variantı yoxdur. Forsunkanın qiymətini də orta bazar qiymətinə hesablayıb. 12 ildir istismar olunan maşın neçə yeni hisslərlə qiymət qoyula bilər?. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı salona gəldi. Özü maşını seçib bəyəndi. Qeyd etdi ki, özünün Kadenza markalı maşını var. Aldığı maşınla kadenza maşını barter etsinlər. O da dayısı Cavabdeh telefon edib razılaşmışdır. İddiaçı ilk olaraq 14000 manat pul verdi. Lakin iddiaçının maşının qiyməti burada ucuz satılacağı üçün onun Bakı şəhərində satılmasını məsləhət bilmişlər. Özü xərc çəkib maşını Bakı şəhərinə göndərdi. Yusif müəllimin 25000 manat borcu qaldı. Dedi ki, “maşınımı satsanız o puldan 25000 manatını çıxarsınız”. 1 aydan çox olardı ki, Yusif müəllim yeni maşını idarə edirdi. Hətta dedi ki, “oğlumun xoşu gəlib maşını o idarə edir”. Həmin vaxt iddiaçı onlara etibarnamə verdi. Sonra Yusif müəllim başladı narazılıq etməyə ki, “maşın işləmir. Onu qaytaracağam”. Hətta maşını bir neçə usta yanına aparmışdı. O Yusif müəllimlə də usta yanına gedib, maşının forsunkasını dəyişmək istəmişlər ancaq tapa bilmədilər. Maşın demək olar ki, çox usta tərəfindən sökülüb. Yusif müəllim onlara demədən gedib etibarnaməni də ləğv etdirib. İlk onlar təklif edib ki, əgər maşın xarabdırsa gətir qaytar. Ancaq Yusif müəllim dedi ki, “yox oğlumun çox xoşuna gəlib”. Yusif müəllim kadenza markalı öz maşınına 35000 manat qiymət dedi. Onlar da dedi ki, 25000-28000 arası qiymətə satılacaq. Maşını 25000 manata satıblar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı salona gəldi. Yay idi. Maşın pereboy işləyirdi. 6 ədəd forsunka, 4 ədəd dalçik salındı. Kompleks işi görüb 200 manat əl xərci alıb. 2-ci əl forsunka olur. Yenisi də olur, köhnəsi də. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Oktay oğlu ifadəsində bildirmişdir ki, İddiaçı əvvələr də tanıyıb. Axırıncı dəfə Mersedes markalı maşını təmir üçün gətirmişdi. Maşının matorunu söküb və Yusif müəllim israrla dedi ki, motoru yenidən maşına qoysun qeyd etdi ki, başqa bir ustaya aparacaq. Payız vaxtı idi. Bir dəfə də maşının dinamosu xarab olmuşdu. Düzəltdilər. 200 manat motorun sökülüb yığılmasına, 30 manat da maşının enjektoruna pul alıb. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı əvvələr də tanıyıb. 12 ildir maşın ustası kimi işləyir. Avto servisdə işləyir. Yusif müəllim maşını gətirəndə bildirdi ki, maşın pereboy işləyir. Yusif müəllim maşını aparıb yenə təzədən gətirdi. Baxan zaman forsunkasına və naklatkasına baxılıb. Yağını dəyişibdir. Bəlkə 10 dəfəyə qədər maşını gətirdi. Maşının atratkasını yağlanıb, sveçanı dəyişib və yağını dəyişib. Yusif müəllim maşını ona satan adamla birgə gətirmişdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş İddiaçı Məmməd oğlu ifadəsində bildirmişdir ki, İddiaçı əvvəllər də tanıyıb. Ondan maşın ehtiyat hissəsi alıb. Nağd pulla almayıb. Hissə-hissə pulunu verib. 2 ədəd forsunka alıb. 800 manat da pul verib. Səhv etmirsə digər hissələr də almışdı. Hamısı birlikdə 800 manat pul edirdi. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, buraxılış ili 2012-ci il S350 Minik modeli qara rəngli 3500 manat mühərrik həcmi **********9168 mühərrik nömrəsi WDD2211571A496701 ban nömrəsi olan 67BG067 qeydiyyat nişanlı Mecsedes Benz markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, həmin tarixdə Mecsedes Benz markalı avtomobildə elektron müayinə aparılmış və müayinənin nəticəsinə görə giriş vanusunda-1-ci tərəf mühərrikin əsas valı ilə uyğunsuzdur. Giriş vanusunda-2-ci tərəf mühərrikin əsas valı ilə uyğunsuzdur. Katalizatorun üzərindəki 1-ci noks sensorunda problem var. Karterdəki yağ basınc selonoidində problem var. Termostata baxılmalıdır. Təkər sensorları işləmir. "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Mecsedes Benz markalı avtomobilin aşağıda qeyd olunan dəyişdirilmiş ehtiyat hissələrinə baxış keçirilmiş və hissələrdəki nasazlıqlar aşkar edilmişdir.: 1.pnevmanın moturu-yarasız; 2.dinama-yararsız;

3. farsunka (6 ədəd)-yararsız;

4. strater (1 ədəd)-yararsız;

5. katalizator daççiki (4 ədəd) yararsız;

6. şamlar (6 ədəd) yararsız. ** BG *** qeydiyyat nişanlı Mecsedes Benz markalı avtomobilin mühərrikinin düzgün işləməsi üçün adları aşağıda qeyd olunan ehtiyyat hissələri tələb olunur. 1.vanus 4 ədəd 2.tapança 3 ədəd 3.sep 2 ədəd 4 sepin başmaqları (dəst). Naxçıvan Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(078)-113/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında İddiaçı məxsus olan buraxılış ili 2012-ci il S350 Minik modeli qara rəngli 3500 manat mühərrik həcmi **********9168 mühərrik nömrəsi WDD2211571A496701 ban nömrəsi olan ** BG *** qeydiyyat nişanlı Mecsedes Benz markalı avtomobilin mütəxəssis rəyinə görə yararsız hesab edilən pnevmanın motoru, dinama, 6 ədəd forsunka, 1 ədəd strater, 4 ədəd katalizator daçiki, 6 ədəd şamların qiyməti və avtomobilin düzgün işləməsi üçün tələb olunan 4 ədəd vanus, 3 ədəd tapança, 2 ədəd sep və sep başmaqları dəstinin ehtiyat hissələrinin orta bazar qiyməti nə qədər olması sualı qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 287 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 11 noyabr 2023-cü il tarixli, ikinci əl avtomobil ehtiyyat hissələri satışı ilə məşğul olan Sənan Şıxəliyev tərəfindən tərtib edilmiş məlumatda və 11 noyabr 2023-cü il tarixli usta X6 tərəfindən tərtib edilmiş, 11 oktyabr 2023-cü il tarixli Şahid2 tərəfindən tərtib edilmiş, 09 noyabr 2023-cü ii tarixdə İddiaçı tərəfindən tərtib edilmiş arayışlarda qeyd edilənlərə əsasən 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin 08 adda ehtiyyat hissələrinin istifadədə olması (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4248,00 (dörd min iki yüz qırx səkkiz) manat müəyyən edilir. Həmin avtoehtiyyat hissələrinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 2012-ci il buraxılışlı “Mercedes Benz S350” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin (02 ədəd sep, 02 ədəd böyük ölçülü başmaq, 02 ədəd balaca ölçülü başmaq, 03 ədəd tapança (firma) və 06 ədəd alışdırma şamı (Bosch) istisna olmaqla) dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki iddia tələbinə dəyişdirmə müqaviləsinin şərtlərini tətbiq etmək mümkün deyildir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.3-cü maddəsinə görə dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. İşin hallarından, tərəflərin izahatlarından aydın olur ki, iddiaçı cavabdehə öz avtomobilini alqı-satqı müqaviləsi üzrə satmamış, onun mülkiyyətinə verməmiş, etibarnamə əsasında istifadəsinə-idarəçiliyinə vermişdir. Cavabdeh isə avtomobili birbaşa iddiaçının mülkiyyətinə vermişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı avtomobilin təmiri nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə alqı-satqı müqaviləsinin normaları, iddiaçının cavabdehə qarşı avtomobilin satışından əldə edilən məbləğin ödənilməsi tələbinə münasibətdə tapşırıq müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə görə satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İşə məhkəmədə baxılan zaman tərəflərin izahatları, şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı həyata keçirildikdən az müddət sonra avtomobildə nasazlıq aşkar edilmiş, cavabdeh tərəf dərhal məlumatlandırılmışdır. Hətta avtomobilin satışını həyata keçirən şahidin iddiaçıya avtomobilin geri qaytarılmasını təklif etməsi nasazlığın məhz satışdan əvvəl olmasını sübuta yetirən hallardan biridir. Alqısatqı prosesindən cəmi 1 ay müddətində mütəxəssis rəyində qeyd edilən sayda hissələrdə olan yararsızlıqların olması həmin müddətdə bu nöqsanların yaranması hüquqi məntiqə də uyğun deyildir. Belə olan halda isə iddiaçı avtomobildə olan nasazlıqların aradan qaldırılmasına dair çəkdiyi xərcin cavabdeh tərəfindən qarşılanması barədə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. İstər mütəxəssis arayışı, istər ekspert rəyi ilə İddiaçı mübahisə predmeti olan nəqliyyat vasitəsinə çəkdiyi xərc iddia tələbində qeyd edilən məbləğdə 8432 (səkkiz min dörd yüz otuz iki) manat məbləğində olması sübuta yetirilməmişdir. Belə ki, iddiaçı nasaz olan hissələrin yeniləri ilə əvəz edildiyini bildirmiş və aldığı hissələrin dəyərini göstərməklə cavabdehdən çəkdiyi xərcin əvəzini tələb etmişdir. Bununla bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyində qeyd edilən məbləğ iddia tələbində göstərilən məbləğlə eyniyyət təşkil etməmişdir. Ekspert məhkəmə iclasında dinlənilmiş, rəyə dair izahatını göstərmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan avtomibilin yeni olmaması, hissələrinin aşınma halı nəzərə alınmaqla iddiaçının çəkdiyi xərcin orta bazar qiyməti əsas götürülməklə hesablanmalıdır və bu barədə ekspert rəyi birbaşa sübut kimi qiymətləndirilməlidir. Ona görə ki, iddiaçının çəkdiyi xərc olaraq tələb etdiyi ehtiyyat hissələrinin hər hansı firmadan daha yüksək qiymətə alması cavabdehin həmin məbləğdə olan hissələrin dəyərini həmin qiymətdə ödəmək vəzifəsi hesab edilməməlidir. Həmin hissələrin yararlı, istifadə olunmayan ikinci əl hissələr alınmaqla da xərcin qarşılana bilməsi nəzərə alınmalıdır. Bir halda ki, tərəflər yeni avtomobilin deyil, istifadə olunmuş avtomobilin alqı-satqısını həyata keçirmişdilər. Bundan əlavə ekspert rəyində yararsız hissələrin orta bazar qiyməti barədə sual qoyulmuş, həmin sual ekspert tərəfindən hərtərəfli araşdırılmaqla cavablandırılmışdır. Aparılan təmir xərcinə münasibətdə ustalara çəkilən xərc onların öz ifadələri əsas götürülməklə nəzərə alınmalıdır. Belə ki, şahid qismində dindirilmiş X6 təmir xərci olaraq İddiaçı 200 manat pul aldığını, Rəhimov X7 Həsənovun təmir sexinə 200 manat pul ödədiyini bildirmiş, Naxçıvan Avtoservisə isə 100 manat pul ödənilməsi barədə iddia ərizəsinə arayış əlavə edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, İddiaçı nasaz şəkildə ona təqdim edilmiş avtomobilin düzəldilməsi üçün çəkdiyi xərcin dəyəri olaraq 4248 (dörd min iki yüz qırx səkkiz) manat xərc və 500 manat usta pulu olmaqla ümumilikdə 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat pul Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə avtomobilin satışından əldə edilən puldan 5000 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına münasibətdə isə tələbin əsassız olması nəticəsinə gələrək həmin hissədə tələbin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı öz mülkiyyətində olan avtomobili etibarnamə əsasında Cavabdeh vermiş, cavabdeh isə hazırda mübahisə predmeti olan avtomobili iddiaçının mülkiyyətinə vermişdir. İddiaçının ona məxsus olan nəqliyyat vasitəsinin satışından əldə edilən razılaşdırılmış vəsaitin qalan hissəsini tələb etsə də bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Avtomobilin alqısatqı prosesində iştirak etmiş şahid X1 avtomobilin satışının 30000 manat olaraq danışılmadığını, dayısı Cavabdeh avtomobili dəyər-dəyməzinə satdığını, əlavə olaraq avtomobildə olan nasazlığı təmir etdirdiyini bildirmiş, təmir xərcini özü çəkmişdir. Cavabdeh izahatında avtomobili dəyər-dəyməzinə satdığını bildirmiş, konkret rəqəm göstərməmişdir. Bununla bağlı avtomobilin satışından əlavə vəsait qalıb-qalmadığını iddiaçı sübuta yetirə bilməmişdir. Həmin hissədə tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat pul alınıb İddiaçı ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan iddiaçı İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27301 nömrəli qəbzlə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 67.28 (altmış yeddi manat iyirmi səkkiz qəpik) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. İddia qalan hissədə rədd edildiyindən həmin qəbzlə ödənilmiş dövlət rüsumunun qalan hissəsi və xx.xx.2024-cü il tarixdə 172 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 4728 (dörd min yeddi yüz iyirmi səkkiz) manat pul alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27301 nömrəli qəbzlə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 67.28 (altmış yeddi manat iyirmi səkkiz qəpik) manatı Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Həmin qəbzlə ödənilmiş dövlət rüsumunun qalan hissəsi və xx.xx.2024-cü il tarixdə 172 nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar