Məhkəmə qərarları › İş №2(078)-1132/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1132/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1132/2024 12.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 (bir min) ABŞ dollar, yəni 1700 (bir min yeddi yüz) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 400 (dörd yüz) manat və 37 (otuz yeddi) manat dövlət rüsumunun, tərcümə xidməti üçün 9 (doqquz) manat və notarius xidməti üçün 6 (altı) manat olmaqla ümumilikdə 2152 (iki min bir yüz əlli iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddi tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin əczaçılıq ixtisasına qəbul olunaraq təhsil almaq üçün Naxçıvan şəhərinə gəlmişdir. Təhsil aldığım müddətdə Cavabdeh ilə dostluq münasibəti başladı. 2023-cü ilin mart ayında Cavabdeh ona 1000 dollar borc pula ehtiyacı olduğunu və may ayına qədər qaytaracağını söylədi. Həmin vaxt Türkiyədən valideynləri təhsil haqqı ödəməyi üçün ona 1000 (min) ABŞ dollar pul göndərmişdilər. O, Heydərə inanıb etibar etdiyindən ona yox deyə bilməmiş və 09 mart 2023-cü il tarixində yaşadığı binanın qarşısında, Cavabdeh maşınında və bacısı X1 yanında 10 ədəd yüzlük dollar olmaqla, 1000 (min) ABŞ ABŞ dollar pulu borc olaraq Cavabdeh vermişdir. Cavabdeh pulu alan zaman notariusa gedib borc müqaviləsi ilə rəsmiləşdirəcəklərini söyləsə də, bunu etmədi və pulu aldıqdan iki gün sonra Bakı şəhərinə getdi və borc müqaviləsini notarial qaydada bağlamadılar. Daha sonra cavabdeh Şuşa şəhərindən ona şəkillər göndərərək “sənin pulunu qaytarmaq üçün işləyirəm” deyirdi. Borc pulu qaytaracağına söz verdiyi müddət keçəndən sonra cavabdehə dəfələrlə pulu qaytarmağını söyləsə də, cavabdeh pulu verməkdən yayınmağa başladı. Beləcə keçən müddət ərzində Heydər ona olan borcunu ödəməkdən yayınmışdır. Çarəsiz qalıb cavabdehin atasının nömrəsini əldə etmiş və atasına zəng vurub Heydərin pulu qaytarmasını tələb etsə də, atası “pulu verəndə məndən soruşmuşdun?” deyərək heç bir köməklik etmədi. Polisə müraciət etdi və polisdən ona verilən məlumat əsasında öyrəndi ki, şikayəti üzrə araşdırma aparılır, Heydərin izahatını alıblar və Heydər hər ay 600 manat ödəniş edərək borclu olduğu pulu ödəyəcəyini bildirmişdir. Ödənişi köçürdə bilməsi üçün bankdan kart əldə etmiş vəhəmin kartın şəklini polis işçisi Zeynal bəyə göndərmiş, Zeynal bəy də Heydərə kartın şəklini göndərdiyini söyləmişdi. Lakin bu günə qədər Heydər ona olan borcundan ümumiyyətlə heç bir ödəniş həyata keçirmədi. Polisdən isə yazılı olaraq cavab verdilər ki, səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət edilməlidir. Borc kimi cavabdehə verdiyi pul onun təhsil haqqı idi və o tamamilə xoş niyyətindən, Heydərin ehtiyacı olduğunu söylədiyi üçün pulu cavabdehə verib. Hal-hazırda təhsil haqqını ödəyə bilmədiyi üçün kəsilib. İmtahanlara buraxılmadığı üçün yay məktəbinə gedir. Hazırda cavabdeh ona 1000 (min) ABŞ dolları pul borcludur. Dəfələrlə Heydərin borclu qaldığı 1000 (min) ABŞ dollar borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin mülki mübahisə ilə bağlı 400 (dörd yüz) manat ödəniş edib vəkil tutaraq, vəkildən hüquqi yardım alıb. Həmin pulun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəmədə vəkili və nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdatiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, borcu etiraf etdiyini, iddiaçıya olan 1700 manat pulu hissə-hissə olmaqla ödəyəcəyini, mülki işə onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə mülki işlə bağlı araşdırılma aparılması zərurəti yarandığından İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə Cavabdeh qarşı hər hansı şikayətin olub-olmaması, olduğu halda həmin şikayətlə bağlı sənədlərin məhkəməyə göndərilməsi barədə sorğu verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş sənədlərdən aydın olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının vətəndaşı Salman X2 MR DİN-nə ərizə ilə müraciət edərək Cavabdeh ona borclu olduğu 1000 ABŞ dolları pulun qaytarılmasına köməklik edilməsi üçün müraciət etmiş və müraciət əsasında Cavabdeh yazılı izahatı alınmışdır. Cavabdeh izahatında borcunu etiraf edərək Şuşa şəhərində işlədiyini, İddiaçı olan 1000 ABŞ dolları borcunu hər ayın sonu 600 manat olaraq hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, cavabdehin teleqramını, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi 2023-cü ilin mart ayında Əliyev X3 Burcu Nejdat qızına müraciət edərək 1000 dollar borc pula ehtiyacı olduğunu demişdir. Şifahi razılaşmaya görə cavabdeh borcu 2023-cü ilin may ayında ödəyəcəyinə söz vermiş, iddia tələbinin əsası kimi göstərdiyi bu faktları təsdiq edəcək mötəbər və təkzibedilməz sübutlarını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddənin dispozisiyasından da göründüyü kimi sübutetmə yükü pulun verilməsinə münasibətdə iddiaçını, öhdəliyin icra edilməsinə yəni pulun qaytarılmasına münasibətdə isə cavabdehin üzərində düşür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 1000 (bir min) ABŞ dollar, yəni 1700 (bir min yeddi yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 14686 nömrəli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə məsrəfi ilə bağlı digər məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 30332 nömrəli qəbzlə ödənilmiş 380 (üç yüz səksən) manat və xx.xx.2024-cü il tarixdə 296 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat olmaqla, ümumilikdə 400 (dörd) manat, eyni zamanda tərcümə xidməti üçün 9 (doqquz) manat və notarius xidməti üçün 6 (altı) manat olmaqla ümumilikdə 415 (dörd yüz on beş) manat Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 1000 (bir min) ABŞ dollar, yəni 1700 (bir min yeddi yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 14686 nömrəli qəbzlə ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 30332 nömrəli qəbzlə ödənilmiş 380 (üç yüz səksən) manat və xx.xx.2024-cü il tarixdə 296 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat olmaqla, ümumilikdə 400 (dörd) manat, eyni zamanda tərcümə xidməti üçün 9 (doqquz) manat və notarius xidməti üçün 6 (altı) manat olmaqla ümumilikdə 415 (dörd yüz on beş) manat Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar