Məhkəmə qərarları › İş №2(078)-1148/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1148/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1148/2024 09.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Vəliyeva (Qənbərli) Ülviyyə Qalib qızı və Cavabdeh3 qarşı məhkəməyə müraciət edərək 05 fevral 2021-ci il tarixli 2021/001 saylı "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 Obülfəz oğlundan 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat, Vəliyeva (Qənbərli) Ülviyyə Qalib qızından 114.86 (bir yiiz on dörd manat 86 qəpik) manat, 04 may 2017-ci il tarixli 2017/42 saylı "Əmək haqqı kartlarının emissiya edilməsi barədə" müqaviləyə əsasən Cavabdeh3 125.9 (bir yiiz iyirmi beş manat 90 qəpik) manat overdraft borcunun və hər bir cavabdehə qarşı ayrı-ayrılıqda ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun (hər bir cavabdehə münasibətdə ayrı) və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının (hər bir cavabdehə münasibətdə ayrı) tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 08 avqust 2024-cü il tarixdə iddiaçı təşkilatın nümayəndəsi X1 məhkəmənin ünvanına iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək ilkin iddia tələbində cavabdehlər Cavabdeh1, Vəliyeva (Qənbərli) Ülviyyə Qalib qızına və Cavabdeh3 qarşı pul tələbi il bağlı iddia qaldırıldığını, lakin Vəliyeva (Qənbərli) Ülviyyə Qalib qızı və Cavabdeh3 tərəfindən tələb olunan borc və dövlət rüsumu tam şəkildə ödənildiyindən iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. P.İsmayılov ərizənin nəzərə alınaraq iddia tələbinə “05 fevral 2021-ci il tarixli 2021/001 saylı "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləsinə əsasən Cavabdeh1 Obülfəz oğlundan 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat overdraft borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ayrı) və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının alının iddiaçıya verilməsi” tələb çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 09 oktyabr 2024-cü il tarixli 2(078)-1148/2020 nömrəli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “05 fevral 2021-ci il tarixli 2021/001 saylı "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləsinə əsasən Cavabdeh1 Obülfəz oğlundan 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat overdraft borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ayrı) və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının alının iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı təşkilat "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "Naxçıvan Dövlət Universiteti" arasında bağlanmış 05 fevral 2021-ci il tarixli 2021/001 saylı "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair" müqaviləyə əsasən universitetin tələbələri Cavabdeh1 və Vəliyeva (Qənbərli) Ülviyyə Qalib qızına "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 04 may 2017-ci il tarixli 2017/42 saylı "Əmək haqqı kartlarının emissiya edilməsi barədə" miiqaviləsinə əsasən Cavabdeh3 Bankda kart hesabı açılmış, bank kartı emissisa olunmuşdur və təhvil-təslim aktına əsasən müvafiq olaraq "Naxçıvan Dövlət Universiteti" və "xxxx" MMC tərəfindən kart həmin şəxslərə təhvil verilmişdir. Emissiya edilən kartlar üzrə kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirməli olduğu halda, cavabdehlər tərəfindən şərtlər pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. Borcalanlarla dəfələrlə telefonla əlaqəsi saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Overdraft-kartda olan vəsaitin limitdən artıq istifadəsidir, bank iş gününə uyğun olaraq tənzimlənir, kart hesabı üzrə qalıq mənfi olduğunda yaranmış olur. İddiaçının tələbinin əsaslandığı sənədlər "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair" müqavilə, təhvil-təslim aktı, overdraft borcuna dair maliyyə arayışı, kart hesabından çıxarışdır. xx.xx.2024-cü il tarixə 05 fevral 2021-ci il tarixli. 2021/001 saylı "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair" müqaviləyə əsasən Cavabdeh1 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat overdrafl borcu öhdəliyi vardır. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Bankın nümayəndəsi P.İsmayılov elektron poçt vasitəsilə məhkəmənin elektron ünvanına sonuncu dəfə xx.xx.2024-cü il tarixli ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. "xxxx" ASC ilə "Naxçıvan Dövlət Universiteti" arasında bağlanmış 05 fevral 2021-ci il tarixli 2021/001 saylı "Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair" müqaviləyə əsasən universitetin tələbəsi Cavabdeh1 Bankda kart hesabı açılmış, bank kartı emissisa olunmuşdur və təhvil-təslim aktına əsasən müvafiq olaraq "Naxçıvan Dövlət Universiteti" və "xxxx" MMC tərəfindən kart təhvil verilmişdir. Müqavilənin şərtinə əsasən kart hesabında olan vəsaitin qalığı həddində əməliyyatlar həyata keçirmək, kart hesabı üzrə overdraft hallarına yol verməmək Borcalan üçün vəzifə kimi müəyyən olunsa da, müqavilə şərtləri Borcalan tərəfindən pozulmaqla kart hesabı üzrə overdrafta (limitdən artıq istifadə) yol verilmişdir. İşdə olan maliyə arayışdan belə müəyyən olunur ki, 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nə həmin tarixə 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat overdrafl borcu yaranmışdır. Borcalan Cavabdeh1 "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il taixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1.) əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2.). Həmin Məcəllənin 1094-cu maddəsinə görə, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin olunmalı, Cavabdeh1 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 manat Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh1 05 fevral 2021-ci il tarixli, 2021/001 saylı “Ödəniş kartlarının əldə edilməsinə və istifadəsinə dair” müqaviləyə əsasən 452.18 (dörd yüz əlli iki manat 18 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 manat Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar