Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-115/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh3, X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 9500 (doqquz min beş yüz) manat pulun və 115 (yüz on beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, iribuynuzlu malları almaq üçün 2021-ci il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyindən 22000 (iyirmi iki min) min manat pulu 5 faizinə 3 illiyə kredit götürməklə iri buynuzlu malları aldığını, onkoloji xəstə olduğundan iri buynuzlu mallara baxa bilmədiyini, bu səbəbdən satmaq qərarına gəldiyini, yaxın qohumları- bibisinin qızı Cavabdeh3, oğlu X3 və gəlini Cavabdeh2 onun qapısına gələrək 4 yanı balalı inək, 4 ədəd buzov, 3 bəsləmə iki illik erkək dana və bir ədəd düyə olmaqla, ümumilikdə 12 baş iribuynuzlu malları 10000 (on min) manata razılaşaraq satdığını, malın satışından razılığa gəldikləri 10000 (on min) manat pulu 05 sentyabr 2022-ci il tarixədək ödəyəcəklərinə söz versələr də, 10000 (on min) manat puldan cəmi bu günədək 500 (beş yüz) manat pul ödənildiyini, dəfələrlə telefon əlaqəsi saxlayaraq, hətta dəfələrlə evlərinə gedərək ya mallarını ya da razılığa gəldikləri pulun verilməsini tələb etsə də, pulu verəcəklərini bildirsələr də, 500 (beş yüz) manat puldan başqa heç bir ödəniş aparılmadığını, ona kənddə “qohumların iri buynuzlu malları Şərur rayonu, Tumaslı kəndində heyvanla dəyişdiriblər” dediklərini, həmin zaman cavabdehlərin qapılarına getdiyini, “mənim mallarımı ya geri qaytarın, ya da pulumu verin” dediyini, ona “nə istəyirsən onu da et, bizim pulumuz yoxdur, nə vaxt pulumuz olsa verəcəyik, kimə də şikayət edirsən, et qorxumuz yoxdur” dediklərini, halhazırda cavabdehlərin onun 9500 (doqquz min beş yüz) manat pulunu vermədiklərini, məcbur qalıb məhkəməyə müraciət etdiyini göstərərək, Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 9500 (doqquz min beş yüz) manat pulun və 115 (yüz on beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh3 iddianı qəbul edərək, iddiaçı ilə qohum olduqlarını, mal-qaranı ondan aldıqlarını, saxlaya bilmədiklərindən qoyunla dəyişdiklərini, onlardan da bir neçəsinin öldüyünü, ziyan etdiklərini, maddi imkanları olmadığından borclarını qaytara bilmədiklərini, iddiaçıya olan borcu danmadıqlarını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən X6 iddianı qəbul edərək, iddiaçı ilə qohum olduqlarını, mal-qaranı ondan aldıqlarını, saxlaya bilmədiklərindən qoyunla dəyişdiklərini, onlardan da bir neçəsinin öldüyünü, ziyan etdiklərini, işsiz olduğundan maddi imkanları olmadığından borclarını qaytara bilmədiklərini, iddiaçıya olan borcu danmadıqlarını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qəbul edərək, iddiaçı ilə qohum olduqlarını, mal-qaranı ondan aldıqlarını, saxlaya bilmədiklərindən qoyunla dəyişdiklərini, onlardan da bir neçəsinin öldüyünü, ziyan etdiklərini, maddi imkanları olmadığından borclarını qaytara bilmədiklərini, iddiaçıya olan borcu danmadıqlarını, işsiz olduğundan borcu qaytara bilmədiklərini, işlədiyi halda borcu qaytaracağını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb, izahatları, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir АzərbаycаnRespublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin АzərbаycаnRespublikаsınınKоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, cavabdehlər iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatları yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək, həmçinin cavabdehlərin etirafını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 9500 (doqquz min beş yüz) manat pul və 115 (yüz on beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh3, X2 və Cavabdeh2 müştərək qaydada 9500 (doqquz min beş yüz) manat pul və 115 (yüz on beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-115/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-115/2023
17.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver