Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1166/2021 05.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 301.08 manat əsas borcun, 11.98 manat faiz borcunun, cəmi 313.06 manat məbləğində kredit borcunun, dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********40 saylı, 04 fevral 2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən bank tərəfindən borcalana 27 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verildiyini, Cavabdeh kredit vəsaitindən istifadə etdiyini, lakin kredit borcunu və hesablanmış faizləri ödəməkdən boyun qaçırdığını, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclunun öz öhdəliklərini yerinə yetirmədiyini, borcun ödənişini təmin etmədiyini, cavabdehin "xxxx" ASC-yə 301.08 manat əsas borc, 11.98 manat faiz borcu, cəmi 313.06 manat məbləğində borcunun mövcud olduğunu, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 301.08 manat əsas borcun, 11.98 manat faiz borcunun, cəmi 313.06 manat məbləğində kredit borcunun, dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli artıq ödənilmiş dövlət rüsumu hissəsinin qaytarılması haqqında qərardadı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi verərkən dövlət rüsumu olaraq 02 sentyabr 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi əsasında ödədiyi 30 (otuz) manat dövlət rüsumu məbləğinin artıq ödənilmiş 10 (on) manatlıq hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Nərimanov" filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, BPM**********40 nömrəli Kredit Müqaviləsinə əsasən, borcverən borcalana şəxsi istehlak məqsədləri üçün 27 (iyirmi yeddi) ay müddətinə 04 may 2021-ci il tarixədək 1000 (min) AZN məbləğində kreditdən istifadəyə görə illik 26% ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürür. Kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Kredit Müqaviləsinə əlavə olunmuş 1 saylı əlavəyə (ödəniş cədvəli) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə 04 mart 2019-04 aprel 2021-ci il tarixləri aralığında hər ay 49.4 manat, 04 may 2021-ci il tarixdə isə 46.11 manat olmaqla, cəmi 1330.51 manat ödəməyi öhdəsinə götürmüşdür. 01 sentyabr 2021-ci il tarixli, 2526 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 301.08 manat əsas borc və 11.98 manat faiz borcu olmaqla, cəmi 313.06 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 29 sentyabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 29 sentyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borc üzrə 301.08 (üç yüz bir manat səkkiz qəpik) manat və faiz borcu üzrə 11.98 (on bir manat doxsan səkkiz qəpik) manat olmaqla, cəmi 313.06 (üç yüz on üç manat altı qəpik) manat məbləğində borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 01 sentyabr 2021-ci il tarixli, 2526 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 301.08 manat əsas borc və 11.98 manat faiz borcu olmaqla, cəmi 313.06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 301.08 (üç yüz bir manat səkkiz qəpik) manat və faiz borcu üzrə 11.98 (on bir manat doxsan səkkiz qəpik) manat olmaqla, cəmi 313.06 (üç yüz on üç manat altı qəpik) manat məbləğində borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1166/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1166/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver