Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1172/2022 16.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsi ilə Cavabdeh bir uşağın saxlanılması üçün hər ay sabit məbləğdə 110 manat tutulmaqla 02 iyul 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay sabit məbləğdə 193 (yüz doxsan üç) manat miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 2011-ci ildə Cavabdeh ilə bağlanmış nikahın pozulması, birgə nikahdan 02 iyul 2007-ci il tarixdə doğulmuş qızı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit məbləğdə aliment tutulması üçün Şahbuz Rayon Məhkəməsinə müraciət etdiyini, Şahbuz Rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli, 2(090)-104/2011 nömrəli qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, azyaşlı qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ayda 50 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edildiyini, məhkəmənin qət etdiyi alimentin məbləğinin günügündən artan yaşam dəyərlərindən çox aşağıda qalmasını və qızının böyüdükcə artan xərcləri nəzərə alaraq 2017-ci ildə alimentin miqdarının artırılması üçün Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsi ilə iddiasının qismən təmin edildiyini, qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şahbuz Rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli, 2(090)-104/2011 nömrəli qətnaməsi ilə təyin olunmuş 50 manat miqdarında alimentin məbləğinin dəyişdirilərək Cavabdeh ayda sabit məbləğdə 110 manat alimentin alınıb ona verilməsinin qət edildiyini, cavabdehlə aralarındakı nikah pozulduqdan sonra onun bir dəfə olsun qızını görməyə gəlmədiyini, onun tərbiyəsi, sağlamlığı, təhsili və saxlanılması ilə maraqlanmadığını, məhkəmənin təyin etmiş olduğu aylıq ödənilməli olan alimenti də heç bir zaman vaxtlı-vaxtında və tam ödəmədiyini, hər zaman kəsir məbləğlə ödənişlər etdiyini, qızının bütün qayğısını həm maddi, həm fiziki, həm də mənəvi olaraq təkbaşına özünün bu illər ərzində çəkməli olduğunu, uzun illərdir xəstəliyi ilə əlaqədar müalicələr aldığını, hər il müəyyən yoxlanmalardan keçməli, çox ağır və bahalı dərman preparatlarından istifadə etməli olduğunu, özünün qızı ilə bərabər Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən valideynlərinin evində yaşadığını və rayondakı məktəbdə müəllimə işlədiyini, çox dərs demək istəyi olsa da, xəstəliyi ilə əlaqədar həkimlərin buna icazə vermədiklərini, valideynlərindən tək anasının işlədiyini, atasının isə təqaüdçü olduğunu, qızı X2 orta məktəbin 10-cu sinfində oxuduğunu, müxtəlif hazırlıqlara getdiyini, onun təhsilini davam etdirə bilməsi, ali təhsil müəssisələrinə qəbul olunması üçün əlavə hazırlıqlara getmək zərurətinin yarandığını, eyni zamanda adət-ənənəyə görə də gənc qızın ehtiyaclarının günü-gündən artdığını, qızı X2 həm təhsili, həm sağlamlığı, həm ehtiyacları, həm tərbiyəsi, həm istirahəti ilə tək qadın olaraq özünün məşğul olduğunu, xəstəliyi səbəbindən çox işləmək imkanının olmadığını, eyni zamanda müalicələrini də davam etdirmək üçün həddən artıq çox xərcin yaranması, bundan əlavə ona kömək etmək imkanı olan valideynlərinin də təqaüdçü olması səbəbindən qızının müəyyən ehtiyaclarını maddi cəhətdən qarşılamaq imkanının olmadığını, bunun da onu öz yaşıdları arasında məyus etdiyini, öz dostlarından geri saldığını, qızının atası Cavabdeh 2011-ci ildən bu günə kimi yetkinlik yaşına çatmayan qızı Aygün Rəhimli ilə bir dəfə də olsun maraqlanmadığını, onu görməyə belə gəlmədiyini, Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay alınan 110 manat aliment məbləğinin qızının demək olar ki, heç bir tələbatının ödənilməsinə yetmədiyini, bu səbəbdən də, müəyyən olunmuş alimentin miqdarının artırılması zərurətinin yarandığını, xəstəliyi ilə əlaqədar öz bahalı dərmanlarını almalı, atası tərəfindən unudulmuş qızının öz məktəb yoldaşlarından geri qalmaması qayğılarını çəkməli olduğunu, övladının artan tələbatlarını müəyyən mənada bağlamaq üçün atasından ona sabit məbləğdə 193 manat miqdarında alimentin ödənilməsini istədiyini, Elçinin Bakı şəhərində öz evində yaşadığını, maddi imkanının olduğunu, əmək haqqı arayışının real olmadığını, onun yüksək qazancının olduğunu, bunları nəzərə alaraq, Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsi ilə Cavabdeh bir uşağın saxlanılması üçün hər ay sabit məbləğdə 110 manat tutulmaqla 02 iyul 2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay sabit məbləğdə 193 (yüz doxsan üç) manat miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş məhkəməyə iddia tələbinə etiraz göndərmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsinin surətinə əsasən, 05 may 2017-ci il tarixdən hesablanmaqla 02 iyul 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şahbuz Rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli, 2(090)-104/2011 saylı qətnaməsi ilə təyin olunmuş 50 (əlli) manat aliment məbləğinin dəyişdirilərək Cavabdeh ayda 110 (yüz on) manatın alınıb İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. AZ-İ seriyalı, 152017 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “İbrahimova” soyadı verilmişdir. AZ-İV seriyalı, 167850 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 02 iyul 2007-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği artırılmalıdır. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 160 (yüz altmış) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 02 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddia qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(090)-156/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 02 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.