Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-119/2025 08.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6800 (altı min səkkiz yüz) manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Naxçıvan MR-ın Ali təhsil müəssisələrində təhsil alan TR-sı vətəndaşları olan tələbələrin vasitəsi ilə tanımış və öz 2 qızını Naxçıvan MR-da istənilən Ali təhsil müəssisəsinə qəbul etdirmək üçün onunla əlaqə yaratmışdır. Cavabdeh ilə iddiaçı razılığa gəlmişlər ki, iddiaçının 2 qızını Naxçıvan MR-da istənilən Ali təhsil müəssisəsinə qəbul etdirməsi üçün iddiaçı cavabdehə Bank vasitəsilə 4000 ABŞ dolları pul göndərəcək və cavabdeh də əvəvzində iddiaçının 2 qızını Ali təhsil müəssisələrindən birində qeydiyyata aldıracaq. Türkiyə Respublikası vətəndaşı İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh "AKBANK" vasitəsilə razılaşdıqları 4000 ABŞ dolları pul göndərmişdir. Lakin bu günədək iddiaçının 2 qızı ali məktəbə qeydiyyata alınmamışdır. İddiaçı cavabdehlə bu mübahisəni dəfələrlə telefonda və şəxsən Naxçıvan MR-da görüşərək müzakirə etsələrdə, aralarında heç bir razılıq əldə olunmamışdır. İddiaçı məcbur qalaraq pulunu cavabdehdən istəsə də cavabdeh müxtəlif bəhanələrlə 4000 ABŞ dollarını qaytarmaqdan imtina etmişdir. Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmiş və ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, işin halları iddia ərizəsində qeyd edilmişdir. Türkiyə Respublikasının vətəndaşı İddiaçı Cavabdeh 4000 (dörd min) ABŞ dolları göndərmişdir. Bu pulu Cavabdeh ona göndərmə səbəbinin İddiaçı 2 qızını Naxçıvan MR ali təhsil müəssisələrinə qeydiyyata aldırmaqla əlaqədar olduğunu bildirmişdir. İddiaçı ilə birlikdə Cavabdeh ilə əlaqə saxlamağa çalışdıqlarını, daha sonra Cavabdeh ona “mənə biraz zaman ver borcum çoxdur” dediyini İddiaçı dəfələrlə Cavabdeh pulunu geri qaytarmasını istəsə də, Cavabdeh hər dəfə ona “bugün-sabah qaytaracağam” deyə məşğul etdiyini, İddiaçı pulu Cavabdeh 2 qızının ali təhsil müəssisəsinin ödənişi kimi deyil, qızlarının qeydiyyata alınması üçün ödədiyini bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkilsonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il saat 14:50-də telefonaqramla bildirmişdir ki, Bakı şəhərində müalicə olunduğunu, səhhətində problem olduğunu, əməliyyat olunacağını və heç bir halda məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddiaçının qaldırmış olduğu iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli "AKBANK" bank qəbzlərinin surətlərindən məlum olur ki, İddiaçı Cavabdeh 4000 (dörd min) ABŞ dolları pul göndərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə Naxçıvan Şəhər Polis İdarəsinə Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə İddiaçı Cavabdeh qarşı hər hansı şikayətin olub-olmaması, olduğu halda həmin şikayətlə bağlı sənədlərin məhkəməyə göndərilməsi barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq göndərilmiş sənədlərdən aydın olmuşdur ki, Naxçıvan Şəhər Polis İdarəsinin 01 iyul 2024-cü il tarixli qərarı X1 müraciəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin 09 dekabr 2024-cü il tarixli məktubuna, əsasən, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilib və həmin material üzrə Türkiyə Respublikasının vətəndaşı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. xx.xx.2024-cü il tarixli Naxçıvan MR DİN məktubuna, əsasən, Naxçıvan MR DİN İstintaq və Təhqiqat İdarəsində və Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cavabdeh barəsində cinayət işi istintaqı olmamışdır. xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Prokurorluğunun məktubuna, əsasən, Cavabdeh barəsində qeyd edilən xüsusatlar üzrə material olmamışdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 4000 (dörd min) manat pulun verilməsi iş materiallarında olan bank ödəniş qəbzi ilə sübuta yetirilir. Məhkəmə qeyd edir ki, hazırki pul tələbinə müqavilə münasibətləri deyil, müqavilədənkənar münasibətlər-əsassız varlanma öhdəlikləri tətbiq edilməlidir. Belə ki, tərəflər arasında hər hansı müqavilə münasibətlərinin olması təsdiq edilmir. İddia ərizəsindən və iddiaçının nümayəndəsi və vəkilinin izahatından tərəflər arasında mülki xarakterli olmayan münasibətlər nəticəsində hazırki tələbin yaranması aydın olur. Bu halda isə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4000 (dörd min) ABŞ dollarının Azərbaycan manatına münasibətdə 6800 (altı min səkkiz yüz) manat pul tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin manatla ifadə edilməsi nəzərə alınmalıdır. Çünki iddiaçı tərəfindən cavabdehin adına göndərilən bank ödəniş qəbzinin 05 sentyabr 2022-ci il tarixinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankın 05 sentyabr 2022-ci il tarixli məzənnəsindən aydın olur ki, 1 ABŞ dolları 1.70 AZN manatı nisbətində olmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh 6800(altı min səkkiz yüz) manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə ********** nömrəli qəbzlə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-ə ********** nömrəli qəbzlə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-119/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-119/2025
08.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver