Məhkəmə qərarları › İş №2(078)-12/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-12/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-12/2022 23.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin baxılmamış saxlanılması barədə) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Quliyev Vətən Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC Cavabdeh qarşı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlə Bank olmayan kredit təşkilatı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0045856-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 7808.92 (yeddi min səkkiz yüz səkkiz manat doxsan iki qəpik) manat əsas, 3326.60 (üç min üç yüz iyirmi altı manat altmış qəpik) manat faiz, 18.27 (on səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə və 1429.03 (bir min dörd yüz iyirmi doqquz manat üç qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12582.82 (on iki min beş yüz səksən iki manat səksən iki qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclası 14 iyul 2021-ci il tarixdə, saat 17:00-a təyin olunmuş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin iş üzrə Cavabdeh məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixdə teleqram göndərərək hazırda iddiaçı təşkilatla bağlı cinayət işinin başlandığını, özünün də həmin işlə əlaqədar olaraq zərərçəkmiş şəxs olduğunu bildirmiş və mülki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırılması zamanı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 04 dekabr 2020-ci il tarixli ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi barədə qərarın surətindən müəyyən edilmişdir ki, İdarədə Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə qarşı ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq başlanmışdır. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nə qarşı başlanmış ibtidai istintaq başa çatmadığı üçün hazırki tələbə baxmaq qeyri-mümkün olduğundan məhkəmə hesab edir ki, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraat Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 04 dekabr 2020-ci il tarixli ********* nömrəli cinayət işinin istintaqı başa çatanadək dayandırılmalı olduğundan məhkəmənin 14 iyul 2021-ci il tarixdə iş üzrə icraat dayandırılmışdır. Məhkəmə tərəfindən Nəsimi Rayon Polis İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsin sorğulara verilərək müvafiq cavablar alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 04 avqust tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası 23 avqust 2022-ci il tarixdə saat 15:00-a təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia ərizəsində göstərilmiş ünvanlar üzrə rəsmi qaydada məlumat verilmiş, tərəflər qeyd edilən tarixdə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü və bu səbəblərin üzrlü olması barədə sübut təqdim etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı 259.0.7-ci maddələri tədbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin məzmununa görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən "xxxx" ASC C.Cabbarlı filialına xx.xx.2021-ci il tarixdə 26373 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən "xxxx" ASC C.Cabbarlı filialına xx.xx.2021-ci il tarixdə 26373 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar