Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-12/2024 09.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh təşkilatın nümayəndəsi X2 və mütəxəssis Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC ilə aralarında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASCnin hesabında olan 1 ədəd Belarus MTZ-1221.2 markalı traktor və 1 ədəd SPA-14.5 markal kotan saz və komplekt vəziyyətdə Y.E.Ələkbərovdan alınaraq ona təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi Belarus MTZ-1221.2 markalı ** KA *** dövlət nömrə nişanlı tingəçilik üçün nəzərdə tutulmuş traktor Y.Buzqov Bələdiyəsinə məxsus ərazidə şum edən zaman qarşısıalınmaz qüvvə nəticəsində traktor sürüşüb aşmış və nəticədə traktor yarasız vəziyyətə düşmüşdür. Həmin vaxt o ağır bədən xəsrəti alaraq təcili olaraq Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının reonimasiya şöbəsinə yerləşdirilmişdir. "xxxx" ASC-nin hesabına alinan kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin şərtlərinə görə bu müqavilə əsasında "xxxx" ASC-nin 08 iyun 2020-cu il tarixli 1 57 saylı məktubuna və 106 saylı protokoluna əsasən dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 60000 manat olan 1 (bir) ədəd Belarus MTZ-1221.2 markalı traktorun və dəyəri 5000 manat olan 1 (bir) ədəd SPA-14.5 markalı kotanın lizinq qaydasında 10 (on) il müddətinə lizinqə verilir. Verilən texnikalar kənd təsərrüfatı məhsulu istehsalını artırmaq məqsədilə təyinatı üzrə istifadə edilir. Müəyyən edilmiş qalıq dəyəri dəyəri 65000 manatdan avans olaraq 13000 manat İddiaçı tərəfindən və əlavə olaraq dövlət tərəfindən tətbiq olunmuş 40% (26000 AZN) güzəşt ödənilmişdir. Müqavilə aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir;Qarşısıalınmaz qüvvə nəticəsində texnika məhv olduqda. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, iddia ərizəsində hər şeyi bildirib. xx.xx.2020-ci il tarixdə ’’Naxçıvan Aqrolizinq” ASC-nin hesabında olan 1 ədəd Belarus MTZ-1221.2 markalı traktor və 1 ədəd SPA-14.5 markal kotan saz və komplekt vəziyyətdə Y.E.Ələkbərovdan alınaraq ona təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi Belarus MTZ 1221.2 markalı ** KA *** dövlət nömrə nişanlı tingəçilik üçün nəzərdə tutulmuş traktor Y.Buzqov Bələdiyəsinə məxsus ərazidə şum edən zaman qarşısıalınmaz qüvvə nəticəsində traktor sürüşüb aşmış və nəticədə traktor yarasız vəziyyətə düşmüşdür. Həmin vaxt o, ağır bədən xəsrəti alaraq təcili olaraq Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstə olduğu üçün traktordan istifadə edə bilməyib. Bununla bağlı heç bir təqsiri yoxdur. Hadisə olan vaxt yağışlıq bir hava idi. Mart ayı idi. Lizinqlə aldığı traktora kotan da qoşmaqla yamac olan əraziləri şumlayırdı. Həmin vaxt yamacda torpaq həddindən artıq nəmlik olduğundan torpaq sürüşməsi baş verdi və traktor kotanla birlikdə yamacdan aşdı. O da xeyli xəsarət alıb və onu xəstəxanaya aparıb. Sonra gəlib hadisə yerinə baxış keçirdib. Akt tərtib edilib. Ancaq bu hadisə onun səhlənkarlığı ucbatından deyil məhz torpaq sürüşməsi səbəbindən baş verib. Lizing müqaviləsi ilə aldığı traktor və qoşqa kotan onun ucbatından məhv olmadığı üçün o müqavilənin ləğv edilməsini xahiş edir. 60000 manat traktor və 5000 manat da kotan qiymətidir. Traktor demək olar ki, tam yararsız bir vəziyyətdə həyətdə durur. Hadisə olan gündən müqavilə şərtlərinə əməl etmir. Pulu da işsiz olduğu üçün ödəyə bilmir. Müqavilədə də qeyd edir ki, qarşısı alınmaz qüvvə nəticəsində hadisə baş verərsə. 25000 manat ödənilib. 10 illik müqavilə bağlanıb. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmsil etdiyi şəxsin izahatını təsdiqlədiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, mütəxəsisin fikri ilə razılaşmır. Çünki torpaq sürüşməsi az bir sahəni də əhatə edir. Şahbuz rayonu Keçili kəndində torpaq sürüşməsi baş vermişdi. 10-12 evi bu hadisə zamanı köçürdülər. Heç orada sürüşmə 5 hektarı əhatə etmirdi. Məhkəmə iclası zamanı dindirilən cavabdeh təşkilatın nümayəndəsi X6 iddianı rədd edərək izahatında bildirmişdir ki, iddia tələbində olan traktorla bağlı onlara pul ödənilmir və bu halda pul tələbi barədə iddia qaldırılacaq. Burda səbəbkar ancaq iddiaçıdır. Bu hadisə heç bir qarşısı alınmaz təbbi qüvvə nəticəsində baş verməyib. Əgər belə bir hadisə baş versəydi həmin vaxt hamının məlumatı olardı. Məhkəmə iclası zamanı dindirilən cavabdeh təşkilatın nümayəndəsi X8 iddianı rədd edərək izahatında bildirmişdir ki, sürüşmə hadisəsi ancaq iddiaçının səhvi nəticəsində olub. Burda səbəbkar ancaq iddiaçıdır. Bu hadisə heç bir qarşısı alınmaz təbii qüvvə nəticəsində baş verməyib. Əgər belə bir hadisə baş versəydi həmin vaxt hamının məlumatı olardı. Bu hadisə ilə bağlı yerində müayinə keçirilib və hadisə ilə bağlı ekologiya nazirliyi və yerquruluşu geologi kəşfiyyat komitəsinin nümayəndələri iştirak edib, akt tərtib edilib. Həmin akt məhkəməyə təqdim edilib. Əgər torpaq qatı hissəsində maillilik olduğu halda traktor sürücüsü ona nəzarət etməlidir. Tərəflər arasında lizinq müqaviləsi bağlanıb. Lizing müqaviləsinin də şərtləri hamıya bəllidir. Lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilməlidir. İddiaçı hadisəni əgər təbii qarşısı alınmaz qüvvə ilə əsas gətirirsə orada heç bir təbii torpaq hadisəsi baş verməyib. Bu aydın məsələdir ki, traktora qoşulmuş kotanın və həmin ağırlıq səbəbindən və sürücü nəzarəti itirdiyi halda traktor aşıb. 540 manat məcburi sığorta pulu da ödənməlidir. Texnikanı alan zaman onun göstəricisində hansı yerlərdə texnikadan istifadə edilməlidir. İddiaçı müavilədə də bildirib ki, hansı hallarda məsuliyyət daşıyır. Məhkəmə iclası zamanı dindirilən mütəxəssis Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X3 iddianı rədd edərək izahatında bildirmişdir ki, əgər sözügedən mübahisəli işlə bağlı həqiqətən də hadisə torpaq sürüşməsi nəticəsində baş versəydi bu Ekologiya Nazirliyində qeydiyyata götürülərdi. Çünki bütün təbii hadisələr nazirlikdə mütləq qeydiyyata götürülür. Belə hadisə ilə bağlı heç bir qeydiyyat götürülməyib. Torpaq sürüşməsi geologi bir prosesdir. Müxtəlif səbəblərdə baş verir. Torpağın aşağı qatının suxurları yağış sularından və yaxud digər yumuşalma prosesindən sürüşə bilər. Bu hadisədən uzun müddət keçdiyi üçün dəqiq deyə bilmir. Amma hər halda təbii sürüşmə baş verən ərazidə təqribən sürüşmə zonası 5 hektar məsafəni əhatə edir. 1 ildir baş verdiyi üçün mən dəqiqliklə heç nə deyə bilmir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Əsəd oğlu ifadəsində göstərmişdir ki, hadisə mart ayında baş vermişdi. Onlar hadisə yerinə gedib. Sürüşmə olmayan bir ərazidir. Bir neçə dəfə baxdıqdan sonra akt tərtib edilib. Torpaqda nəmlik olsa da Şirxan texniki qaydalara əməl etmədən yamacın kənarları ilə işləyirmiş. Tarktorun aşmasına səbəb isə kotanın ağırlığı olub. Belə olan vəziyyədə sürücü kotanı qaldırmalı idi. Ancaq sürücü səhlənkarlıq edib və nəticədə traktor aşıb. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən qabaq çoxlu yağış yağmışdı. Torpaq çox sürüşkən idi. Şirxan yeri şumlayan zaman torpaq maili olduğundan traktor üzüaşağı aşdı. Traktora birləşmiş kotan yerdə idi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman əkin əkirdilər. Hadisə baş verməmişdən qabaq çoxlu yağış yağmışdı. Torpaq çox sürüşkən idi. Traktor aşdı. Traktor düz şəkildə aşdı. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman əkin əkirdilər. Hadisə baş verməmişdən qabaq çoxlu yağış yağmışdı. Torpaq çox sürüşkən idi. Traktorun arxa təkərləri yerində oynadı. Traktor aşdı. Traktor aşan zaman ona qoşulan kotan yuxarı idi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib, onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarına, şahidlərin ifadələrinə və iş materiallarında olan digər sənədlərə mülki prosessual məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hallar sübuta yetmir. İş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin hesabına alınan alınan Kənd Təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləsinə əsasən "xxxx" ASC-nin 08 iyun 2020-cu il tarixli 1 57 saylı məktubuna və 106 saylı protokoluna əsasən dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 60000 manat olan 1 (bir) ədəd Belarus MTZ-1221.2 markalı traktorun və dəyəri 5000 manat olan 1 (bir) ədəd SPA-14.5 markalı kotanın lizinq qaydasında 10 (on) il müddətinə İddiaçı lizinqə verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil aktı ilə ’’Naxçıvan Aqrolizinq” ASC-nin hesabında olan 1 ədəd Belarus MTZ-1221.2 markalı traktor və 1 ədəd SPA-14.5 markal kotan saz və komplekt vəziyyətdə Y.E.Ələkbərovdan alınaraq İddiaçı təhvil verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ’’Naxçıvan Aqrolizinq” ASC-nə ərizə ilə müraciət edərək Müqavilənin 6.1.2-ci maddəsinə əsasən müqavilə qüvvədən düşüyündən müqavilənin ləğv olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(078)-995/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8053 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş məlumatda qeyd olmuşdur ki, ekspertizanın aparıla bilməsi üçün göndərilmiş vəsatət təmin olunmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və xx.xx.2023-cü tarixdə iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8053 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş məlumatda qeyd olmuşdur ki, bioloji ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspertizanın aparılaraq rəy verməsi mümkün olmamışdır. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Babək rayon Y.Buzqov Bələdiyəsinə aid torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, ərazidə heç bir torpaq sürüşməsi, torpaq çökməsi və torpaq aralanması baş verməmişdir. Şum aparılan ərazinin kənarı çaili sərt yamacı olduğuna görə traktor həmin sahənin kənarına həddən artıq yaxınlaşdığından nəm torpaqda sürüşərək dərəyə yuvarlanmışdır. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 14 may 2024-cü il tarixdə məhkəmə tərəfindən veriliş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Babək rayon Y.Buzqov Bələdiyəsinə aid ərazidə torpaq sürüşməsi ilə bağlı Nazirlikdə heç bir müraciət qeydə alınmamışdır. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 14 may 2024-cü il tarixdə məhkəmə tərəfindən veriliş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, baxış zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən lizinqə götürdüyü Belarus MTZ-1221.2 markalı traktor ilə xx.xx.2023-cü il tarixdə Babək rayon Y.Buzqov Bələdiyəsinə aid ərazidə torpaq ərazisində texniki təhlükəsizlik qaydalarını nəzərə almayaraq maili və nəm sahədə şum aparmaq istəyərkən traktorsürüşərək dərəyə yuvarlanmışdır. Nəticədə texnika yararsız vəziyyətə düşmüşdür. Hadisə torpaq sürüşməsi nəticəsində deyil, öz ehtiyatsızlığı səbəbindən baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tərəfindən iddia tələbində müqavilənin ləğvinə əsas hesab edilən halınqarşısıalınmaz qüvvənin baş verib-verməməsi barədə aidiyyəti orqanlara sorğu verilmiş, alınmış cavablarda heç bir təbii hadisənin baş vermə halının qeydə alınmadığı göstərilmişdir. İddiaçı öz iddiasının təsdiqi üçün istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu halda isə tələb əsassız hesab edilərək rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, -“2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun”. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-12/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-12/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver