Məhkəmə qərarları › İş №2(078)-1203/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1203/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1203/2021 17.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" KB ASCnin xeyrinə 885.11 (səkkiz yüz səksən beş manat on bir qəpik) manat əsas borc, 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat faiz, 5.33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1004.32 (bir min dörd manat otuz iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" KB ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 12 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 120 ay müddətinə 20000 manat kredit limiti açılmışdır. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka 27 sentyabr 2021-ci il tarixinə 12 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 885.11 (səkkiz yüz səksən beş manat on bir qəpik) manat əsas borc, 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat faiz, 5.33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1004.32 (bir min dörd manat otuz iki qəpik) manat borcu mövcuddur. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 885.11 (səkkiz yüz səksən beş manat on bir qəpik) manat əsas borc, 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat faiz, 5.33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1004.32 (bir min dörd manat otuz iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2020-ci il tarixli 2420sSTB2/20 nömrəli Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 120 ay müddətinə 20000 manat kredit limiti açılmışdır. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. 27 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən 12 avqust 2020-ci il tarixli 2420sSTB2/20 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh 27 sentyabr 2021-ci il tarixə olan borcu 885.11 (səkkiz yüz səksən beş manat on bir qəpik) manat əsas borc, 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat faiz, 5.33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1004.32 (bir min dörd manat otuz iki qəpik) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli bildiriş məktubnundan məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 12 avqust 2020-ci il tarixli 2420sSTB2/20 nömrəli kredit müqaviləsi üzrə 885.11 (səkkiz yüz səksən beş manat on bir qəpik) manat əsas borc, 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat faiz, 5.33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1004.32 (bir min dörd manat otuz iki qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" KB ASC tərəfindən 24.09.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 07 oktyabr 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə 11 oktyabr 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i m: İddia təmin edilsin. Cavabdeh 12 avqust 2020-ci il tarixli 2420sSTB2/20 nömrəli kredit müqaviləsi üzrə 885.11 (səkkiz yüz səksən beş manat on bir qəpik) manat əsas borc, 113.88 (bir yüz on üç manat səksən səkkiz qəpik) manat faiz, 5.33 (beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla cəmi 1004.32 (bir min dörd manat otuz iki qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. "xxxx" KB ASC tərəfindən 24.09.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar