Məhkəmə qərarları › İş №2(078)-1206/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1206/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1206/2021 22.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 86.44 (səksən altı manat qırx dörd qəpik) manat əsas, 20.18 (iyirmi manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 106.62 (bir yüz altı manat altmış iki qəpik) manat borcun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı təşkilat "xxxx" Kommersiya Bankı ASC-nin problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Yavər Novruzov 22 oktyabr 2021-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərmiş, ərizə 16.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizədə cavabdeh tərəfindən borcun tam ödənildiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Yavər Novruzovun iş üzrə icraata xitam verilməsi haqqında müraciətini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən 24.09.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar v e r d i m: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizənin icraatına xitam verilsin. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən 24.09.2021-ci il tarixdə X3 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar